Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol FOTOLAR

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol” mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, əvvəlcə nazirliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinə toxunaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi müstəqillik yolunda ciddi dönüş yaratdı.

Nazir qeyd edib ki, dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşırdı: “O, respublikamız üçün aktual olan ekoloji problemlərin həll edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev təbii sərvətlərin qorunmasına, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılmasına xüsusi önəm verirdi. Ulu Öndər Heydər Əliyevin iradəsi ilə 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühüm 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin 1969-1982-ci illərdə ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz Onun diqqət və qayğısı ilə yaradılıb. Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Respublikasında flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən edib”.

Rəşad İsmayılov deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yeni ekoloji siyasət formalaşıb, Bakı və Abşeronun yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına daha böyük əzmkarlıqla başlanılıb. “Ulu Öndərin sədrliyi ilə yaranmış, hazırda isə Onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya - Yeni Azərbaycan Partiyasına cəmiyyətdə böyük rəğbət formalaşıb. Nazirliyin bütün tabeli qurumlarında ümumilikdə 5 minə yaxın Yeni Azərbaycan Partiyası üzvünü birləşdirən partiya təşkilatlarının sıraları genişlənir və keyfiyyət cəhətdən təşkilatlanmaqda davam edir” ,- deyən natiq əlavə edib ki, Yeni Azərbaycan Partiyasının üzvləri əmək fəaliyyətində fərqlənən əməkdaşlardır. Onun sözlərinə görə, son illərdə nazirliyin əməkdaşları, xüsusilə gənclər Yeni Azərbaycan Partiyası sıralarına üzv olmaq üçün fəal təşəbbüs göstərirlər.

Nazir onu da qeyd edib ki, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq edilir: “Belə ki, 2019-cu ilin 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası arasında birgə fəaliyyət proqramı imzalanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində, dövlətə və hakimiyyətə etimadın gücləndirilməsində Yeni Azərbaycan Partiyası üzvlüyünü daşıyan nazirlik əməkdaşlarının məsuliyyəti daha böyükdür. Nazirlikdə çalışan Yeni Azərbaycan Partiyası üzvləri xüsusi fəallıq nümayiş etdirirlər və ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsas təbliğatçıları kimi çıxış edirlər”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 15 İyun – Milli Qurtuluş Gününün müasir dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib: “Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilası, müstəqilliyimizin dönməzliyinin, şərəfli Zəfər yolumuzun başlanğıcı kimi tarixə düşən bu gün xalq-lider birliyinin təntənəsini əks etdirməklə həyatımızda yeni bir dövrün əsasını qoymuşdur. Hər birinizə məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan olduqca mürəkkəb və təhlükəli vəziyyətlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində xaos hökm sürür, ölkədə vətəndaş qarşıdurması, parçalanma meyilləri güclənir və bütün bu proseslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, beynəlxalq münasibətlər sistemində hökm sürən böhran, günü-gündən dərinləşən iqtisadi tənəzzül fonunda baş verirdi. Belə bir ağır dönəmdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü”.

YAP Sədrinin müavini vurğulayıb ki, ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu: “Azərbaycanın xilası naminə xalq Ulu Öndərə üz tutdu və respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq taleyüklü tarixi missiyanı, olduqca mürəkkəb siyasi məsuliyyəti üzərinə götürdü. Beləliklə, 33 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu, Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi yaddaşlara yazıldı”.

Tahir Budaqov bildirib ki, Ümummilli Liderin xalqımız qarşısında ən önəmli xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır: “Bu uzaqgörən siyasət nəticəsində Azərbaycanın inkişafı davamlı xarakter almış və dövlətçilik ənənələri daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artırmış, regionun aparıcı dövlətinə çevrilərək beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmişdir. Bütün bunlar isə Azərbaycanın milli gücünün artmasını, müasir dövlətçilik tariximizin ən böyük nailiyyətlərinə və şanlı Zəfərə imza atmasını şərtləndirmişdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın qüdrətinin və gələcəyə aydın strateji baxışının parlaq nümunəsidir. “Yaşıl enerji zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur yaradılır, yaşayış məntəqələri, sosial obyektlər və istehsal müəssisələri son standartlara uyğun qurulur. Azərbaycanın qədim memarlıq ənənələri ilə müasir şəhərsalma konsepsiyalarının vəhdəti əsasında görülən işlər dayanıqlı məskunlaşmaya xidmət göstərir və bütün bu proseslər ekoloji tarazlığın qorunması prioriteti gözlənilməklə baş verir. Bu gün Azərbaycan beynəlxalq miqyasda ətraf mühitin mühafizəsində, iqlim dəyişikliklərinə qarşı mübarizədə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində fəal rol oynayan qabaqcıl ölkələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaşıl inkişafın təşviqi dövlət siyasətinin əsas prinsipi kimi xüsusi diqqət mərkəzində saxlanılır”.

YAP Sədrinin müavini əlavə edib ki, Ümummilli Liderimizin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən daim milli maraqların müdafiəsini, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasını öz fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən etmişdir: “Bu gün partiyamız cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək ölkəmizin tərəqqisinə öz töhfəsini verir. Şübhə yoxdur ki, Heydər Əliyev yoluna, Qurtuluş məfkurəsinə sədaqət nümayiş etdirən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da məqsədyönlü fəaliyyətini inamla davam etdirərək xalqımıza yeni uğurlar qazandıracaqdır. Hər birinizi qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və şərəfli fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçi - hüquqşünası Azad Əliyev isə çıxışında bildirib ki, xalqa və dövlətə xidmət Ulu Öndərin qurucusu olduğu, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur: “Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi zərurətə çevrilib. Bununla əlaqədar ideoloji işin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə bizim - Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə böyük məsuliyyət düşür”.

Çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi Nərmin İsgəndərli qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində, ətraf mühitin mühafizəsi sahəsində ideoloji işin təşkilində, dövlət siyasətinin təbliğində Yeni Azərbaycan Partiyasının üzvü olan nazirlik əməkdaşları aktiv iştirak edirlər: “Mən də bu proseslərdə daha fəal olmaq məqsədilə xalqımızın ən çox inandığı siyasi birliyə - Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağa qərar vermişəm. Ulu Öndərimizin yaratdığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına mühüm töhfələr verən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyuram”.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri