Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Milli qürurumuz Azərbaycanın Zəfər Günü

Milli qürurumuz Azərbaycanın Zəfər Günü

Icma.az bildirir, Azertag portalına istinadən.

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 noyabr, AZƏRTAC

Bu gün azad və müzəffər xalq kimi — Zəfərimizin işığını birlikdə duymaq, sevincini bölüşmək, gələcəyə doğru əzmlə addımlamaq, möhtəşəm tariximizi yaşatmaq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bu Qələbə təkcə hərbi zəfər deyil, eyni zamanda, xalqımızın birliyinin, milli qürurunun, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin gücünün təntənəsidir. Zəfər Günü milli ləyaqət, milli qürur, rəşadət və ədalət bayramıdır. Əsgərlərimiz yalnız torpaq uğrunda deyil, şərəf, azadlıq, suverenlik, xalqımızın işıqlı gələcəyi uğrunda mübarizə apardılar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əməkdar müəllim, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Milli qürurumuz – Azərbaycanın Zəfər Günü” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Vətən müharibəsinin hər günü qəhrəmanlıq dastanı, hər anı fədakarlıq və milli qürurla yazılmış bir tarixdir. Bu hadisə regionun siyasi xəritəsini dəyişməklə yanaşı, postsovet məkanında “dondurulmuş münaqişə” anlayışının tarixi iflasını göstərdi. Azərbaycan ədaləti yalnız diplomatiya masasında deyil, həm də müasir döyüş meydanında sübut etdi.

Ulu Öndər Heydər Əliyev müdrikliklə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək gələcək qələbəmizin bünövrəsini qoydu. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, torpaqlarımızın azadlığı üçün ilk növbədə iqtisadi və hərbi güc vacibdir. Məhz düzgün strategiya nəticəsində Azərbaycan sürətlə gücləndi, iqtisadi cəhətdən müstəqil, müasir, qüdrətli dövlətə çevrildi.

2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda status-kvo kökündən dəyişildi. Məğrur və qətiyyətli sərkərdəmiz – Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız həm hərbi, həm də diplomatik sahədə tarixi əhəmiyyət kəsb edən Qələbə qazandı. Ali Baş Komandanın nümayiş etdirdiyi iradə və qətiyyət, peşəkar sərkərdəlik məharəti, orduya güclü dəstəyi hər bir döyüşçüyə mənəvi güc verir, düşmən üzərində qələbəyə ruhlandırırdı.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırdı. Ondan cəmi bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyəti qarşısında qaldı. İkinci Qarabağ müharibəsi Azərbaycan hərb tarixinin ən möhtəşəm bir zəfər səhifəsi kimi əbədi olaraq şanlı tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın hərbi əməliyyatları, xüsusilə Şuşanın azad edilməsi müasir dünya tarixinə hərb sənətinin yüksək nümunəsi kimi peşəkar və qətiyyətli əks-hücum əməliyyatı olaraq daxil oldu.

2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonları bircə güllə belə atılmadan azad edildi. Bu, Azərbaycanın hərbi qələbədən sonra onun davamı olan diplomatik-siyasi qələbəsi idi.

2023-cü il sentyabrın 19-dan 20-ə keçən gecə 23 saatlıq antiterror tədbirləri nəticəsində qələbənin tamlığı, bütövlüyü, ölkənin tam suverenliyi təmin edildi. Antiterror tədbirlərindən sonra Ermənistan tərəfindən hələ 1990-cı illərin əvvəllərində işğal edilmiş Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı.

Artıq azad edilmiş və erməni vandalları tərəfindən viran edilmiş Qarabağın bütün ərazisində gecəli-gündüzlü quruculuq işləri həyata keçirilir, dövlətimizin hərtərəfli qayğısı və diqqəti ilə regionun bütün kənd, qəsəbə və şəhərlərində intensiv şəkildə infrastruktur bərpa edilir. Bu ərazilərimiz əvvəlki gözəlliyinə qovuşaraq daha möhtəşəm olur, yüksək səviyyədə inkişaf etdirilir. Avtomobil, dəmir yolları çəkilib, elektrik stansiyaları quraşdırılıb, hava limanları tikilib, yeni şəhərsalma və beynəlxalq səviyyəli nəqliyyat-kommunikasiya layihələri həyata keçirilib. İnsanların öz əzəli torpaqlarına qayıdışı mərhələ-mərhələ təmin olunur, bu da regionda sülhün və sabitliyin bərqərar olmasına əhəmiyyətli töhfə verir.

Bu gün Azərbaycan logistika sahəsində dünyanın lider dövlətlərindən biridir. İcra edilən genişmiqyaslı layihələr Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirir və bu da ölkə iqtisadiyyatı üçün xüsusi imkanlar yaradır. Nəqliyyat, telekommunikasiya infrastrukturunun, kosmik sahənin inkişafı uzunmüddətli perspektivə hesablanıb. Azərbaycan artıq kosmik sahəyə ayrılan investisiyaların bəhrəsini görməkdədir. İkinci Qarabağ müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq Azərbaycana əlavə üstünlük yaratdı.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırılacağını ehtiva etdi. Bəyannaməyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı təqdirdə bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Qeyd edək ki, Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsindən düz 100 il sonra imzalanıb. 1921-ci il oktyabrın 13-də imzalanmış bu müqavilə bəyan edirdi ki, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsi isə Qarabağın qarantının Türkiyə olduğunu təsbit etdi. Bu Bəyannamə Azərbaycana və Türkiyəyə qarşı ikili standartlar mövqeyindən yanaşan, regionda siyasi maraq və nüfuz uğrunda mübarizə aparan dövlətlərə dərin mənalı bir ismarıcdır. Bəyannamədə bir çox önəmli məsələlər - beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunub. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilib.

Azərbaycan Respublikasının nüfuzu dünya müstəvisində günü-gündən artmaqdadır. 2025-ci il avqustun 9-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında Sülh sazişinin paraflanması həyata keçirildi. Bu, bütövlükdə Qafqaz bölgəsində sülhün, sabitliyin, əməkdaşlığın, gələcək inkişafın etibarlı və möhkəm təminatıdır.

Şəhidlərimizin ruhu bu gün azad edilmiş torpaqlarda, dalğalanan bayraqlarda, yenidən dirçələn Şuşada, Cıdır düzündə əsən küləkdə, gül açan xarıbülbüldə, səslənən muğam sədalarında yaşayır! Onlar bu torpaq, bu bayraq, bu azadlıq uğrunda canlarını qurban verdilər. Qazilərimizin fədakarlığı, döyüşçülərimizin şücaəti isə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi!

Zəfər təkcə torpaqların azad olunması deyil —Zəfər ədalətin bərpası, xalqın birliyinin, inamının, qətiyyətinin, milli-mənəvi dəyərlərimizin təntənəsidir! Bu Zəfər gələcək nəsillər üçün də milli ləyaqət, güc və ilham mənbəyi olaraq əbədi qalacaq! Bu gün azad torpaqlarda həyat yenidən qaynayır – şəhər və kəndlər bərpa olunur, məktəblər, yollar, evlər tikilir.

Bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin işıqlı, nurlu ideyalarının, düşünülmüş siyasi kursunun, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, ordumuzun rəşadətinin, xalqımızın birliyinin parlaq təcəssümüdür!

Qarşıdan gələn Zəfər bayramı münasibətilə xalqımızı, rəşadətli ordumuzu, müzəffər Ali Baş Komandanımızı ürəkdən təbrik edir, yeni-yeni böyük uğurlar arzu edirəm! Hər birimiz üçün əziz olan bu günlərdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz ruhu qarşısında baş əyirəm!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri