Icma.az
close
up
RU
Suveren Azərbaycanın Zəfər Günü mübarək olsun!

Suveren Azərbaycanın Zəfər Günü mübarək olsun!

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

30 il əvvəl yaşanan vətən həsrətinə, nisgilinə 2020-ci il 8 noyabrda son qoyuldu. Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. 8 noyabr Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə xalqımızın, ordumuzun birliyinin, həmrəyliyinin şanlı tariximizə Zəfər günü kimi yazıldığı gündür. Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Zəfər Günü ilə bağlı sərəncam Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin "dəmir yumruq" əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bununla da, biz separatizmin kökünü kəsə bildik. Suverenliyimizi tam bərpa edə bildik. Bu gün dünya ictimaiyyəti Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistan da bu reallığı qəbul etmək məcburiyyətindədir. Çox xoşbəxt dövlətik ki, öz təqvimimizə zəfər günlərini daxil etdik. Biz artıq qələbə günlərini qəbul edirik. İşğal günləri təqvimdə tarix kimi qalıb. Bu isə misilsizdir. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Cənab Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz. Bu, İlham Əliyev cənablarının yenilməyən qətiyyəti idi. Buna görə də onun 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.

Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox .Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının milli qürurumuzun təntənəsinə çevrilən 8 noyabr Zəfər Günü ilə bağlı sərəncamı bir daha bu tarixi günü əbədiləşdirdi.

8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbə günü deyil, həm də milli kimliyimizin və müstəqilliyimizin rəmzidir. Bu gün sübut etdi ki, Azərbaycan xalqı istənilən çətinliyi dəf edə, ədaləti bərpa edə və öz taleyinin sahibi ola bilər. Zəfər Günü gənc nəsillər üçün böyük bir dərsdir. O, bizə göstərdi ki, Vətən sevgisi, birlik və ədalət uğrunda mübarizə hər bir xalqın ən böyük silahıdır. 8 Noyabr artıq Azərbaycan tarixinin əbədi səhifəsinə çevrilmişdir. Bu gün bizim milli qürur, şərəf və birlik günümüzdür.

Zəfər Günü hər il daha böyük ruh yüksəkliyi ilə qeyd olunur, çünki bu Qələbə bir millətin dirçəlişinin, bir dövlətin qüdrətinin, bir xalqın yenilməzliyinin rəmzidir. Bu Qələbə göstərdi ki, Azərbaycan xalqı bir olduqda, onu heç bir qüvvə məğlub edə bilməz. Əbədiyyətə qədər dalğalanacaq bayrağımızın hər bir rəngi – torpağımızın azadlığı, millətimizin birliyi və ruhumuzun saf təcəssümüdür. Bu 44 gün Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Xalq öz ərazi bütövlüyünü bərpa etdi, 30 illik ədalətsizliyə son qoydu. Qələbə günləri təkcə torpaqların azad olunması ilə deyil, həm də xalqın öz tarixi ədalətinə qovuşması, milli kimliyinin bərpası ilə əlamətdar oldu. Qarabağ artıq bir arzudan reallığa çevrildi. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində bir yumruq kimi birləşərək dünyaya sübut etdi ki, ədalət, birlik və Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər nəsildən-nəslə ötürüləcək, şəhidlərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti, xalqımızın iradəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacaq. 44 günün qəhrəmanları – xalqın, dövlətin və ordunun birliyindən doğan Böyük Qələbə bizim milli qürurumuzun simvoludur.

Zəfər Günün mübarək, Azərbaycan!

Qarabağ Azərbaycandır!

Elşən Əzizov

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri