Icma.az
close
up
RU
Milli qürurun və böyük dirçəlişin tarixi səhifəsi ŞƏRH

Milli qürurun və böyük dirçəlişin tarixi səhifəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın çoxəsrlik şanlı tarixinə qızıl hərflərlə həkk olunmuş 26 avqust – Laçın Şəhəri Günü sadəcə təqvimdə adi bir bayram günü deyil, milli qürurumuzun, sarsılmaz dövlət iradəmizin və doğma yurda əbədi qayıdışımızın müqəddəs rəmzidir. Bu tarixi gün Laçının otuz ilə yaxın davam edən qaranlıq işğal dövründən sonra yenidən doğulmasının, öz tarixi-mədəni kimliyinə qovuşmasının və yeni, müasir həyata başlamasının başlanğıc nöqtəsidir.
Laçın rayonu zəngin təbii ehtiyatları, gur dağ çayları, sıx meşələri, nadir yaylaqları və qədim abidələri ilə Azərbaycan mədəniyyətinin və coğrafiyasının ən qiymətli incilərindən biridir. Eyni zamanda o, Qarabağı ölkəmizin digər bölgələri ilə birləşdirən mühüm coğrafi-strateji mövqeyə malikdir. Məhz bu geostrateji əhəmiyyətinə görə Laçın 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin əsas hədəflərindən birinə çevrilərək işğal edildi. İşğal illərində Laçın şəhəri və rayonun kəndləri dəhşətli erməni vandalizminə məruz qaldı. Evlər, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tamamilə dağıdıldı, tarixi və dini abidələrimiz təhqir olundu, infrastruktur məhv edildi. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Laçın ərazisində qanunsuz məskunlaşma siyasəti apardı və bölgənin tarixi simasını dəyişdirməyə çalışdı. Lakin onlar unutdular ki, torpağın əsl sahibi heç vaxt öz yurdunu unutmur və onunla bağlarını qoparmır.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir şanlı eranın əsasını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında dastan yazaraq düşməni diz çökdürdü. Hərbi sahədə qazanılan parlaq qələbələr diplomatik cəbhədə də uğurlarımızı şərtləndirdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Laçın rayonu bir güllə belə atılmadan, hərbi itki verilmədən 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi.
Bununla belə, Laçın şəhəri və ətraf bir neçə kənd müvəqqəti olaraq Laçın dəhlizinin keçdiyi zonada qalırdı. Dövlətimizin qətiyyətli siyasəti nəticəsində qısa müddətdə yeni Laçın yolu çəkildi və 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə, həmçinin Zabux və Sus kəndlərinə daxil oldu. Şəhərin mərkəzində ucaldılan üçrəngli dövlət bayrağımız ölkəmizin ərazi bütövlüyünün tam bərpasının nümayişi idi. Dövlət başçısının həmin gün xalqa müraciətində söylədiyi “Biz bu torpaqlara qalib kimi qayıtmışıq” sözləri xalqımızın milli fəxarət nidasına çevrildi və hər bir azərbaycanlının qəlbində silinməz iz qoydu.
Bu gün Laçın erməni faşizminin dağıntılarından təmizlənərək sürətlə yenidən qurulur. Şərqi Zəngəzur iqtisadi rayonunun bu dilbər guşəsində dövlətimiz tərəfindən genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Beynəlxalq standartlara cavab verən avtomobil yolları çəkilir, mürəkkəb relyefli dağlarda tunellər salınır, həmçinin bölgənin hava nəqliyyatı əlaqələrini gücləndirəcək Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etdirilir. Bölgənin daxili potensialından istifadə edilərək yeni su elektrik stansiyaları tikilir, Laçın "Ağıllı şəhər" və "Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq yenidən qurulur. Eyni zamanda, müasir memarlıq üslubunda yaşayış binaları, məktəblər, xəstəxanalar, uşaq bağçaları və istehsalat müəssisələri istifadəyə verilir.
Dövlətimizin uğurla icra etdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı ailə artıq öz doğma yurd-yuvalarına qayıdıb. Laçın küçələrində yenidən uşaq gülüşləri eşidilir, şəhərin mədəni, iqtisadi və sosial həyatı yenidən canlanır. İnsanlar uzun illər həsrətində olduqları torpaqlarda indi təhlükəsiz və firavan şəraitdə qurub-yaradırlar.
26 avqust – Laçın Şəhəri Günü təkcə bir coğrafi ərazinin azad edilməsi deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə uca ehtiramın, qazilərimizin fədakarlığının və gələcək nəsillərə qoyulan ən büyük mirasın təntənəsidir. Bu gün hər bir azərbaycanlı bütöv, müstəqil və güclü Azərbaycanın vətəndaşı olmaqdan sonsuz fəxarət hissi duyur. Azad Laçın artıq dirçəlişin, sarsılmaz birliyinin və böyük zəfərin simvolu kimi tariximizdə əbədi yaşayacaqdır. Bu torpaqların əsl sahibləri öz doğma yurdlarında bundan sonra hər zaman sülh, əmin-amanlıq və firavanlıq içində ömür sürəcəklər.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri