Icma.az
close
up
RU
Füzuli zəfərin, qürurun və yenidən dirçəlişin rəmzi ŞƏRH

Füzuli zəfərin, qürurun və yenidən dirçəlişin rəmzi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Füzulinin müasir tarixində ən ağrılı səhifələrdən biri 1993-cü il avqustun 23-də şəhərin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Uzun illər davam edən işğal dövründə doğma yurdlarından didərgin düşən minlərlə insan ağır məhrumiyyətlər yaşadı. Şəhərin və kəndlərin dağıdılması, tarixi-mədəni abidələrin zədələnməsi, doğma ocaqların viran qalması Füzulinin yaddaşında dərin izlər buraxdı. Lakin bütün bu ağrılara baxmayaraq, füzulililərin qəlbində doğma torpağa qayıdış ümidi heç zaman sönmədi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, Ordumuzun gücünü və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusunun rəşadətli əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və bir sıra ətraf kəndlər işğaldan azad edildi. Bu xəbər bütün Azərbaycanda böyük sevinc və qürur hissi ilə qarşılandı. Füzulinin azadlığı uğrunda vuruşan qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı tariximizin unudulmaz səhifəsinə çevrildi.
Füzulinin azad edilməsi təkcə hərbi qələbə deyildi. Bu, illərlə doğma yurd həsrəti çəkən insanların ümidlərinin gerçəkləşməsi, tarixi ədalətin bərpası və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda mühüm mərhələ idi. Həmin gün bir daha sübut olundu ki, xalqın birliyi, dövlətin qüdrəti və Vətən sevgisi qarşısında heç bir maneə əbədi dayana bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın qəhrəmanlıq salnaməsinə, milli yaddaşına və müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Füzuli Şəhəri Günü şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın, Azərbaycan Ordusunun şanlı Zəfərinə sonsuz qürurun ifadəsidir. Bu tarix, eyni zamanda, uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıdışının, dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasının rəmzidir. Hər il bu gün qeyd edilərkən təkcə qələbənin sevinci yaşanmır, həm də gələcək nəsillərə Vətənə sədaqət, milli birlik və tarixi yaddaş kimi dəyərlər ötürülür.
Bu gün azad Füzulidə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin real nəticələrini nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin inşası və sakinlərin doğma yurdlarına qayıdışı şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Füzuli artıq yalnız keçmişin ağrılarını xatırladan məkan deyil, həm də gələcəyə inamla baxan Azərbaycanın quruculuq əzminin parlaq nümunəsidir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesində qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Özbəkistan Respublikasının Azərbaycana göstərdiyi maddi və mənəvi dəstək, xalqlarımız arasındakı tarixi dostluğun və sarsılmaz qardaşlığın bariz nümunəsidir.
Özbəkistanın Füzulinin dirçəlişinə verdiyi töhfənin ən parlaq nümunələrindən biri şəhərdə inşa edilən Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəbdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və qardaş ölkənin dəstəyi ilə yaradılan bu təhsil ocağı iki xalqın dostluğunun, qarşılıqlı etimadının və gələcəyə yönəlmiş əməkdaşlığının rəmzinə çevrilib. Müasir tədris imkanları ilə seçilən məktəb Füzulidə uşaqların keyfiyyətli təhsil almasına xidmət etməklə yanaşı, şəhərin sosial həyatının canlanmasına da mühüm töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Füzuliyə səfərləri şəhərin dirçəlişinin, dövlət qayğısının və Böyük Qayıdış strategiyasının ardıcıl həyata keçirilməsinin mühüm göstəricisidir. Dövlət başçısının bu torpağa hər səfəri yeni layihələrin başlanması, infrastrukturun inkişafı və doğma yurdlarına qayıdacaq insanların həyat şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 17-də Füzuliyə səfəri şəhərin azad edilməsinin birinci ildönümünə təsadüf etdi. Həmin səfər zamanı Füzuli Beynəlxalq Hava Limanında yaradılmış şəraitə baxış keçirildi, şəhərdə yeni yaşayış və infrastruktur layihələrinin təməli qoyuldu, Füzuli–Ağdam avtomobil yolunun inşasına start verildi. Dövlət başçısının azad olunmuş torpaqda apardığı bu işlər Füzulinin gələcəyinə dair aydın strategiyanın və qəti siyasi iradənin ifadəsi idi.
Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilməsi, müasir avtomobil yollarının çəkilməsi, enerji və digər kommunal infrastrukturun yenilənməsi şəhərin regional nəqliyyat və iqtisadi əlaqələrdə mövqeyini gücləndirir. Eyni zamanda, yaşayış binalarının, təhsil və sosial xidmət obyektlərinin yaradılması insanların təhlükəsiz və rahat şəkildə doğma yurdlarına qayıtması üçün mühüm zəmin formalaşdırır. Bütün bu layihələr azad edilmiş ərazilərin dirçəldilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.
Bu gün Füzulidə görülən işlər Azərbaycan dövlətinin gücünü, xalqımızın quruculuq əzmini və Böyük Qayıdışın gerçəkliyə çevrildiyini nümayiş etdirir. Bir vaxtlar dağıntılar içində qalan şəhərin yerində müasir yaşayış məkanlarının qurulması, yolların uzanması, məktəblərin fəaliyyətə başlaması və insanların doğma torpaqlarına dönməsi Zəfərin ən gözəl davamıdır.
17 Oktyabr — Füzuli Şəhəri Günü bizi bir daha tarixi qələbəmizin qədrini bilməyə, şəhidlərimizin əziz xatirəsini uca tutmağa və milli birliyimizi qorumağa çağırır. Füzuli bu gün azadlığın sevincini, qardaşlığın gücünü və quruculuğun təntənəsini özündə birləşdirən şəhərdir. Onun yenidən dirçəlməsi Azərbaycanın güclü dövlət, müzəffər xalq və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisidir.
Bu müqəddəs torpaqda hər yeni tikili, hər salınan yol, hər açılan məktəb gələcəyə ünvanlanan bir ümid mesajıdır. Füzulinin sabahı onun qəhrəman keçmişi qədər parlaq, insanlarının arzuları qədər genişdir. Əminliklə demək olar ki, azad Füzuli bundan sonra da inkişafın, sülhün, dostluğun və milli qürurun ünvanı olacaq.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri