Icma.az
close
up
RU
Milli ruhda komandamız olmalıdır, başqa heç cürə D liqasından çıxa bilməyəcəyik MÜSAHİBƏ

Milli ruhda komandamız olmalıdır, başqa heç cürə D liqasından çıxa bilməyəcəyik MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanılı futbol mütəxəssisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi 3 gün öncə Haiti ilə görüşdə məğlub oldu. Sizin üçün gözlənilən nəticə idi, yoxsa millimizin qalib gələcəyinə inanırdınız?

Haiti millisi ilə oyunda komandamızın məğlub olmayacağını düşünürdüm. Baxmayaraq ki, Haiti millisi bizim yığma ilə oyuna qədər səkkiz oyun idi məğlub olmurdu. Komandaya inamım var idi. Oyun başlayanda daha da ümidlənmişdim. Ancaq sonra futbolçular sadə səhvlər etməyə başladı. Haiti millisinin futbolçuları ilk imkan düşən kimi bu səhvlərin birindən yaralandı. Haitinin 10 nömrəsi müdafiənin sol cinahında iki futbolçumuzu rahatlıqla keçib, qapıya zərbə vurdu. Bu azmış kimi, Şahruddin Məhəmmədəliyev qaytardığı topu birdən-birə qapının qabağında boş qalan iki haitili futbolçu əziyyət  çəkmədən topu qapıdan keçirdi. Sonrakı dəqiqələrdə yığmamız xaotik hücumlarla qol vurmağa çalışsa da, bunu etmək ustalıq səviyyəsi çatmadı.

- Ümumiyyətlə, Azərbaycan millisində oyun sarıdan dəyişən nəsə gördünüz?

Yığmamızda yaxşı mənada nəzərə çarpan, seçilə hücum görünmədi. Rəqib demək olar ki, bütün komponentlər də yığmamızı üstələdi.

- Sizcə, Azərbaycan millisi nə vaxt və necə qalib gələ bilər rəqiblərinə? Millimizin artıq Avropanın ən zəif komandalarından olduğunu söyləmək olar?

Yığma komandanın qalib  gəlməsi üçün bizə milli ruhda böyümüş, bütün bacarıqlarını meydanda qoyan və lazım olanda yoldaşının yerinə də mübarizə aparan futbolçulardan ibarət millimiz olmalıdır. Başqa heç cür biz D liqasından çıxa bilməyəcəyik. Ən önəmlisi isə odur ki , milli komandanı formalaşdırmaq üçün akademiyalarda düzgün iş qurulmalıdır.

- Milli komandamıza yeni oyunçular da cəlb edilib. Amma onlar yenə oynamadı və adət etdiyimiz oyunçular meydana çıxmışdı. Sizcə, olmazdı ki, elə yeni tsikl üçün daha yenilənmiş, millidə daha da oynamağa ac oyunçularla heyət qurulardı?

İkinci hissədə meydana buraxılan gənclər hardasa oyuna canlanma gətirdilər. Amma bu da yetərli deyil. Çünki bu gənc futbolçuların yanında təcrübəli və ustalıq səviyyəsi yaxşı olan futbolçular olmalıdır ki, yığmaya cəlb olunan gənclər də inkişaf etsinlər.

- Belarusla görüşdə millidən hansı nəticəni gözləyirsiz? Sizcə, bir neçə gün əvvəl Tacikistana 5:0 qalib gələn belarusları Bakıda məğlub etmək oalcaq?

- Millimizi Belarusla oyuna hazırlamaq daha çətin olub. Çünki son görüşün ardından heyətdə mütləq bəzi dəyişikliklər olunmalıdır. Komanda daxilində bir lider formalaşmalıdır. Həmin lider hər kəsi arxasınca apara bilməlidir, komanda da futbolçuları inandırmalıdır. İndiki dönəmdə bu çox vacibdir. Əgər komanda daxilində bunu edə bilsək, inandırıram siziistənilən milliyə qarşı oynayıb, qalib gəlmək də olar.

- DÇ-2026da rəqiblərimizin hamısı bəlli oldu. Ukrayna, İsrail və Fransa ilə qarşılaşacağıq. Bizi daha ağır nəticələr gözləyir?

- Əvvəldə qeyd etdiyim kimi, rəqiblərin kimliyindən asılı olmayaraq milli komanda formalaşdırmaq lazımdı. Onda komandamız istənilən rəqibə qarşı mübarizə aparmaq iqtidarında olacaq. Biz ölkə olaraq bunu bacararıq. Sadəcə bu yöndə düzgün işləmək lazımdır. 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Mart 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see198

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see190

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see184

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see160

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see159

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see156

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see147

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see142

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see140

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see137

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see128

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see128

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see125

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri