Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Aqşin Yenisey: Azərbaycan ədəbiyyatı heç Azərbaycana çıxa bilmir, nəinki dünyaya MÜSAHİBƏ

Aqşin Yenisey: Azərbaycan ədəbiyyatı heç Azərbaycana çıxa bilmir, nəinki dünyaya MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şair Aqşin Yenisey Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

- Salam, necəsiniz, Aqşin bəy?

- Salam, bəy, çox sağ olun. Siz?

- Yaxşı olun, var olun. Suallarım var, imkan, zaman varsa, söhbətləşək.

- Buyurun, bəy, amma bir saatımız var, bir azdan çıxmalıyam.

- Elə ondan başlayaq ki, bəy, yoxsa müəllim, hansı müraciət sizi narahat etmir?

- Heç bir fərqi yoxdur.

Toyxanada “yay oxdan çıxıb”, ölkə dəyib bir-birinə

- Xalq artisti Aygün Kazımovanın “Can ol” mahnısında misralardan biri budur: “yay çıxıbdır oxdan”. Xalq artisti belə mahnı sözlərini peşəkarlara həvalə etmir. Bu, bir dəhşət, daha bir dəhşəti isə odur ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Aygün Kazımovanın bu yanlışına haqq qazandırıb. Bildirib ki, Aygün xanım nə edirsə düz edir. Axı ortada dil faktoru var... Dilin aşınmaya məruz qalmasından söhbət gedir. Bir şairin bu cür yanaşması nə dərəcədə doğrudur?

- Cəmiyyətin intellektual səviyyəsini göstərən bir məsələdir bu yay-ox məsələsi. Üç gündən sonra unudulacaq bir mahnının sözləri günlərdir müzakirə olunur və hamı linqvistik peşəkarlıq nümayiş etdirir. Yay-oxu kəşf edən türklərin tarixiylə bağlı hər il onlarla kitab yazılır, tərcümə olunur. Bir televiziya, bir media orqanı maraqlanmır. Toyxanada “yay oxdan çıxıb”, ölkə dəyib bir-birinə. Tüfeyli beyinlərin mövzusudur bu. Mənlik deyil.

Akademik təhsil məni ana dilimdən iyrəndirdi

- Aqşin Yenisey niyə doktorantura oxumur, niyə elmi dərəcə üçün çalışmır ? Maraqlı olan elmi dərəcə deyil, ədəbiyyatın hansısa qolunu araşdırmaq, bu istiqamətdə maraqlı faktlar, tezislər ortaya qoymaqdır. Sizin dissertasiya işinizi çox maraqla oxuyardım. Bilirəm ki, maraqlı mətn yaradacaqsınız...

- Məni elmin akademik yönündən uzaqlaşdıran elmimizin dili oldu: Sovet dövründə cansızlıq mühiti formalaşdırmağa hesablanmış inzibati-ideoloji müdaxilələrin yaratdığı bir dil - elmimizin dili. Bu dil çox şey danışıb heç nə deməməyin diliydi. O vaxt magistr təhsilimi yarıda qoymağıma da elmimizin dili səbəb oldu.

Akademik heyət coğrafiya fakültəsinin tələbəsi olaraq mənə təbiətin dilində yazmağa qadağa qoymuşdu. Kür-Araz ovalığı, yaxud Kiçik Qafqaz dağları haqqında elmi məqaləmi saxtakarlığı aktlaşdıran sovet pleniumlarının dilində yazmalıydım. Yovşanı elə sözlərlə təsvir edirdim ki, özüm də onun bitki olduğuna inana bilmirdim. Akademik təhsil məni ana dilimdən iyrəndirdi. Və bu dildə elmi iş yazmaqdansa, lal olmağa üstünlük verdim.

Azərbyacanda təhsil prosesinin elmi təfəkkürü məhv etməsinin səbəbiydi bu dil. Məktəbləri məktəblilərə, universitetləri tələbələrə cəhənnəm edən təhsilimizin diliydi. Elm adamlarımızın, akademik və professorlarımızın tonlarla çap olunan kitabları bu dildə yazıldığı üçün "ölü doğulurdu". Bu kitablar yalnız üzündən köçürüb elmi işini başından eləmək istəyənlərin yadına düşürdü.

Hərdən yeni nəşr olunan elmi kitablara, məqalələrə baxıram, yenə həmin dildir. Müəllifini yaşadan, oxucusunu öldürən bir dil! Halbuki əsl dil bunun tam əksini edir. Bir də mən nə sənətə, nə elmə dolanışıq mənbəyi kimi baxmamışam. Cəmiyyətlə aramda çox dərin uçrumun olmasının səbəblərindən biri də budur.

Siyasət qələbə üçün otuz il gözlədi, sənətin səbri daha böyükdü

- Müzəffər ölkənin qələm tutanları müzəffər ədəbiyyat yarada bilirmi? Bildirirlər ki, məğlubiyyət ədəbiyyatdan qalibiyyət ədəbiyyatına keçid olmalıdır. Sizcə, zəfər ədəbiyyatı yarada bilirikmi?

- Sənətin siyasət anlayışıyla siyasətin sənət anlayışı fərqlidir. Siyasət sənətə peşə sahəsi kimi baxır. Peşə ilə sənəti bir-birindən ayıra bilməyəndə ortaya belə mövzular çıxır. Peşə insanın seçdiyidir. Dəmirçi, kömürçü və s. Sənət isə insanı seçəndir. Şair, bəstəkar və s.

Yalnız Orta əsr düşüncəsində ilişib qalmış xalqlar sənəti peşə kimi anlayırlar və onu faydalılığına görə dəyərləndirirlər. Yaxud totalitar sistemlər sənəti peşəyə çevirirlər. Məsələn, keçmiş Sovet İttifaqında şairlik, yazıçılıq, bəstəkarlıq və s. sənət sahələri peşələşdirilmişdi. Çünki bəlli standartlar vardı və hər bir sovet şairi, yazıçısı, bəstəkarı nəyi necə yazacağını, bəstələyəcəyini qabaqcadan bilirdi (Öldürülən, sürgün olunan və qınına çəkilib ictimai imtiyazlardan imtina edən təsadüfi sənət adamlarını çıxmaq şərtilə).

Sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur. Əsl sənətin gəlir gətirməməsinin səbəbi də budur; onun ölçülərinin cəmiyyətin gözləntiləriylə üst-üstə düşməməsi. Cəmiyyət, xalq ölçə bildiyinə dəyər verir. Çünki yalnız ölçə bildiyindən faydalana bilir. Din deyir, Allah doğmayıb, doğulmayıb, yəni ölçülə bilən deyil, xalq onu Həcclə, namazla, qurbanla ölçülə bilən şəklə salıb faydalanmaq istəyir. Ümumiyyətlə, əsl sənət və sənət adamı insanlıqla öz arasındakı uçrumu doldurmağa çalışan deyil, daha da dərinləşdirəndir. Siyasət qələbə üçün otuz il gözlədi, sənətin səbri daha böyükdü. Tələsmək lazım deyil.

- Əksər şair, yazıçı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarı qınayır, onların dünyaya çıxa bilməməsinin günahını Anarda görür. Anar da bildirib ki, bu, onun son seçkisidir, daha sədrliyə namizədliyini irəli sürməyəcək. Sizcə, Anardan sonra dünyaya çıxa biləcəyikmi, yoxsa Anara qarşı ittihamlar öz uğursuzluğunu ort-basdır etməkdir?

- Azərbaycan ədəbiyyatı heç Azərbaycana çıxa bilmir, nəinki dünyaya. Bu yaxınlarda bir yazıçının bir kitabının müasir menecmentlik yoluyla dünyaya çıxmasının maliyyəsini hesabladıq. Təxminən, bir yazıçı və bir kitab üçün bir milyon manat pul lazım gəldiyini gördük. Biz tacir təfəkkürlüyük, burdan al, ordan sat. Azərbaycanda heç kim kitaba bir milyon manat sərmayə qoymaz. Mədəniyyət bazarı böyük bazardı. Orda biz yoxuq. Uzağı, futbol bazarından kimisə çağırıb şirəli dana yedirdib şəkil çəkdirə bilərik. Biz mədəniyyət bazarında təmsil olunacaq adam yetişdirməmişik. Orada düşdüyümüz kompleksin həyacanından ürəyimiz partlaya bilər.

Ölkədən "beyin axını" da ortabablığa yaradılan şəraitə görə baş verir

- Təhsillə bağlı da maraqlı yanaşmalarınız olur. Sizcə, cəmiyyətin Snelmanı olub, təhsilimizi düzəldə bilərikmi? Niyə Snelman olmaq istəmirik, niyə təhsilimizdəki çatışmazlıqları, boşluqları doldura bilmirik?

- Təhsil məsələsi bütün islam coğrafiyasında problem içindədir. Bunun da səbəbi təhsilin iqtisadi dəyərinin çox aşağı olmasıdır. Elm yaradıcılıq sahəsi deyil bizdə, inzibati bir mühitdir. Təhsil bizdə daha çox ideoloji məsələdir. Son hədəfi diplom və maaş olan təhsil elə belə də olmalıdır. Təhsilin inkişafı üçün iqtisadi şərtlər dəyişməlidir. Ölkədə bütün sahələrdə ortabablıq mühiti hakimdir. Burada yüksək təhsil alsan belə iş görə bilməzsən. Ortabablıq mühiti imkan verməz. Ölkədən "beyin axını" da ortabablığa yaradılan şəraitə görə baş verir. Azərbaycanda çiçək açmaq istəyirsənsə, İlon Mask olsa da, özünü ortabab kimi aparmalısan ki, mühit səni qəbul etsin.

Ciddi mövzulardan danışanların çoxu qeyri-ciddi adamlardır

- Bəzən AMEA Dilçilik İnstitutundan tələb olunmalı məsələni şair və yazıçılardan umurlar. Bildirirlər ki, şair və yazıçılar dil yaratmalıdırlar. Sizcə, kirayələrdə yaşayan, bir qarnı ac, bir qarnı tox yazıçılardan bu qədər gözlənti çox deyilmi?

- Bu gün dili texnoloqlar, mühəndislər, süni zəkalar yaradır. Şairlər folklorik dünyada dil yarada bilərdilər. Marsa gedən adamın nəyinə lazımdır şairin yaratdığı dili? AMEA-nın nəşr etdiyi kitabların dilinə baxın, hələ də Kommunsit Partiyasının idarəetməni asanlaşdırmaq üçün yaratdığı partiya sxolastikasının dilidir. Dilimizin yenilənməsi üçün üç ildir 100 cildlik ən müasir elmi-kütləvi ədəbiyyatın siyahısını hazırlayıb qapı-qapı gəzirik. Bir adam yaxın durmur. Qalstuklarının bazburutuna baxmayın, ciddi mövzulardan danışan adamların çoxu qeyri-ciddi adamlardır.

- Qarşınızda iki yol var. Bir yolun başında sizi xalq yazıçısı, akademik Kamal Abdulla gözləyir, digər yolun başında isə xalq şairi Ramiz Rövşən. Hansının yolu ilə gedərdiniz?

- Mən artıq onların hər ikisinin yanından ötüb keçmişəm, qarşıda məni ya böyük ədəbiyyat gözləyir, ya da heç nə.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri