Icma.az
close
up
RU
Milli səma nəqliyyatının 85 yaşı tamam olur

Milli səma nəqliyyatının 85 yaşı tamam olur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2 İyun Azərbaycanda Mülki Aviasiya Günüdür

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Xatırladaq ki, 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməli sayılan ilk uçuş qrupu yaradılmışdır.

Azərbaycan mülki aviasiyasının tarixi bir neçə mərhələyə bölünür. İlk mərhələdə Bakıdan Moskva, Xarkov, Tbilisi, Həştərxan şəhərlərinə hava xətləri açılıb, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulub. Ölkəmizdə ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülüb. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilib. Ölkəmizdə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilib və 2 ildən sonra istifadəyə verilib.

1941–1945-ci illər Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya da “Hər şey cəbhə üçün!” şüarı ilə fəaliyyət göstərib. Müharibədən sonrakı illərdə isə mülki aviasiya yeni mərhələyə qədəm qoyub. Belə ki, “İL-14”, “İL-18” sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil olub. Bu dövr 1970-ci illərə qədər davam edib.

1970-1980-ci illər isə ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilib, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılıb.

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış böhran ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Ulu öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlarla aviasiya tarixində yeni bir mərhələ açılıb, onun sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilib.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına tamamilə cavab verir, “Azərbaycan Hava Yolları” QSC mülki aviasiyanın ən nüfuzlu assosiasiyası – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür.

Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları”nın və onun tabeliyindəki aşağıbüdcəli “Buta Airways”in təyyarə parkında bu gün yetərincə “Airbus”, “Boeing”, “Embraer” kimi ən müasir avialaynerlər var. Bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirmək mümkündür.

Ümumiyyətlə, ölkəmizdə mülki aviasiyanın inkişafı daim diqqətdə saxlanılıb. Bu il mayın 28-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bunun bariz ifadəsi kimi yüksək dəyərləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.

Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq aeroportdur. Bu layihələr arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri