Icma.az
close
up
RU
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun 20 yaşı tamam olur

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun 20 yaşı tamam olur

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə qurulan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 20 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, “Füyuzat”ın məlumatına görə, MİMTA Fondu keçən bu 20 il ərzində bir sıra mötəbər addımlarla Azərbaycanda milli-mədəni irsin öyrənilməsi, tanıdılması və təbliğində mühüm rol oynayıb.

Öz ənənəsinə sadiq qalan MİMTA Fondu sadalanan istiqamətdə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə çoxsaylı tədbirlərin, seminar və müsabiqələrin təşkilini təkcə ölkə daxilində deyil, ölkəmizdən xaricdə də davam etdirir.

Fond bu illər ərzində öz daxilində müxtəlif şöbələr təsis etmişdir ki, bu şöbələr hər biri təkbaşına müstəqil bir qurumun geniş fəaliyyəti ölçüsündə işlər ortaya qoya bilmişdir. MİMTA Fondunun 100 il sonra bərpa etdiyi “Füyuzat” və “İşıq” jurnalları, nəşriyyat işini həyata keçirən MİMTA Yayımları, internet və media sahəsində “Füyuzat tv” , “mimta.az“, “fuyuzat.az” vebsaytı, tədbirlərin işıqlandırılmasını, foto-video xidmətlərini həyata keçirən Elegant Media bu şöbələrin əsas aparıcı hissəsidir. Təbii ki, bunların hər biri Fondun müstəqil və qarşılıqlı layihələrini də həyata keçirməkdən məsuldur.

Yola saldığımız 2024-cü il də MİMTA Fondu üçün məhsuldar keçib. Fondun təsis etdiyi mətbu orqanlardan 18 ildir fəaliyyət göstərən “Füyuzat” dərgisinin illik 6 nömrəsi işıq üzü görüb. Jurnal həmçinin Azərbaycanı xaricdə keçirilən bir sıra mötəbər sərgi və tədbirlərdə təmsil etmişdir. Eyni zamanda MİMTA Fondunun digər mətbu orqanı olan və 13 ildir nəşri uğurla davam etdirilən “İşıq” jurnalının da müvafiq illik sayları nəşr olunaraq oxuculara təqdim edilib.

MİMTA Fondunda keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminar və görüşlər ötən il ərzində də müntəzəm şəkildə təşkil edilib.

Bundan başqa, MİMTA Fondunun layihəsi əsasında hazırlanan sosial çarxlarda, sənədli filmlərdə ölkəmizin qarşılaşdığı sosial, həyati problemlər qabardılır. Bu işlərə misal kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxının adını qeyd edə bilərik. Sosial çarx Qarabağda istər erməni işğalı dövründə, istərsə də işğaldan sonra davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılara həsr edilib.

Fondun nəzdində fəaliyyət göstərən MİMTA Yayımları da ötən ildə məhsuldar fəaliyyəti ilə seçilib. Nəşriyyat müxtəlif istiqamətli həm yerli, həm də xarici sərgilərdə, konfranslarda iştirak edib, təqdimatlar, imza günləri təşkil edib, bir sıra uğurlu layihələrə imza atıb. MİMTA Yayımlarının bu günə qədər ümumilikdə nəşr etdiyi hər kitabın özünəməxsusluğu olsa da, bu kitablar arasında bir neçəsi məxsusiliyi ilə seçilir. Məsələn, Əməkdar jurnalist, yazıçı Yunis Orucovun qələmə aldığı “Tunel” romanı məhz bu kitablardandır. Kitab 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib.

MİMTA Fondu 2024-ci ildə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi həyatımızda mühüm rol oynayan ideoloqlarımızdan biri – Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edib, Azərbaycanın önəmli elm adamlarını və ictimai-siyasi xadimləri bu masa ətrafında toplayaraq milli tariximizə və onun önəmli səhifələrindən biri olan Ə.Hüseynzadənin həyat və yaradıcılığına, irsinin tanıdılmasına töhfə verib.

MİMTA Fondu ölkə daxilində təşkil olunmuş müxtəlif tədbirlərdə də layiqincə təmsil olunur. Belə ki, ölkəmizdə keçirilən beynəlxalq və yerli kitab festivalları, digər ədəbi, ictimai və mədəni tədbirlər də hər zaman Fondun diqqət mərkəzində olub, bütün tədbirlərdə təmsil olunub.

Ümumiyyətlə, bu il 20 yaşını tamamlayan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu fəaliyyət göstərdiyi bu illər ərzində xalqımızın milli irsini, mədəni, tarixi dəyərlərini qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə yorulmadan çalışmış, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək professionallıq, dəqiqlik nümayiş etdirərək məqsəd və hədəflərinə çatmışdır. Min illərdən gələn milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməklə qalmamış, özü də gələcək nəsillərə milli, mədəni, tarixi irs miras qoya bilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri