Icma.az
close
up
RU
Milli şura nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı: İstənilən öhdəliyi götürməyə hazırıq...

Milli şura nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı: İstənilən öhdəliyi götürməyə hazırıq...

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2013-cü ildə "milli şura” adlı antimilli dəstə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlamışdı. Mətbuatda məktubla əlaqədar müəyyən məqamlar yer alsa da, onun tam mətni yayılmamışdı. "Yeni Azərbaycan" qəzeti sözügedən məsələyə toxunaraq şərhlər vermişdi. Amma bugünlərdə həmin müraciətin tam mətni ilə əlaqədar redaksiyamıza məlumat daxil olub. Daha dəqiq desək, vaxtilə qondarma "milli şura"da təmsil olunmuş şəxslərdən biri Rusiya Prezidentinə ünvanlanmış məktubu bizə göndərib.

Jurnalistikanın etik norma və prinsiplərinə riayət edərək məktubu olduğu kimi dərc edirik:

"Hörmətli Vladimir Vladimiroviç.


Sizə Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan Respublikasında fəaliyyət göstərən Demokratik Qüvvələrin Milli Şurası adından müraciət etməkdən məmnunluq duyuruq. 

Azərbaycan dövlətinin yaxın qonşusu, etibarli strateji tərəfdaşı olan bir ölkənin Prezidenti və xalqımızın sadiq dostu kimi Sizin ədalətinizə inanır, səmimiyyətinizə güvənirik.

Siz demokratik və hüquqi dövlətin qurucusu, dünya siyasətində öz liderlik keyfiyyəti ilə fərqlənən tarixi şəxsiyyətsiniz. Rəhbəri olduğunuz Rusiya Federasiyası beynəlxalq münasibətlər sistemində legitim və aparıcı qüvvə kimi haqlı və prinsipial mövqeyi ilə fərqlənir. Eyni zamanda, ölkə daxilində həyata keçirdiyiniz demokratik islahatlar region dövlətləri, o cümlədən qonşu Azərbaycan üçün nümunə təşkil edir.

Zati-alinizə məlumdur ki, bu gün Azərbaycanda demokratik ənənə və dəyərlərə zidd siyasət həyata keçirilir, bütün hüquq və azadlıqlar boğulur. Gerçək müxalifətin bütün sivil mübarizə imkanları məhdudlaşdırılıb və sərbəst fəaliyyətinə ciddi maneələr yaradılıb.

Qətiyyətli və demokratik Lider kimi Sizə müraciət etməkdə məqsədimiz ölkəmizdə bütün siyasi məhbusların azad edilməsi, media və sərbəst toplaşma azadlığının təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinin bərpa edilməsi, siyasi fəallara qarşı təqiblərə və korrupsiyaya son qoyulması və digər bu kimi məsələlərdə xalqımıza köməklik gostərməyinizi xahiş etməkdir. 

Xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirik ki, hazırkı iqtidar heç bir halda ölkədə demokratik mühit yaratmaq arzusu və niyyətində deyil. O səbəbdən ya Sizin iradənizlə Rusiya Federasiyası kimi qüdrətli və ədalətli bir dövlət bu hakimiyyətə sanksiya tətbiqi də daxil olmaqla müxtəlif üsullardan istifadə etməklə ciddi təzyiq göstərməli, ya da hazırkı siyasi komanda qəti şəkildə hakimiyyətdən uzaqlaşdırılmalıdır.

Xahişimizi nəzərə alaraq yardımçı olacağınız təqdirdə, Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq.

Hörmətlə, 


Demokratik Qüvvələrin Milli Şurası adından:

Cəmil Həsənli


Əli Kərimli


Tofiq Yaqublu


Gültəkin Hacıbəyli

Kamil Vəli Nərimanoğlu


Qubad İbadoğlu


Vidadi Mirkamal


Nurəddin Mustafayev


Mehman Əliyev".

P.S. Məktubun mətni "milli şura" adlı xəyanətkar yığıncaqda təmsil olunan ünsürlərin, bütövlükdə redikül müxalifətin riyakarlığını bir daha aşkara çıxarır. Bu gün Rusiya Prezidentinin ünvanına "işğalçı", “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Cəmil Həsənli, Əli Kərimli və digər "şuraçı" yoldaşları nə üçün  2013-cü ildə yazdıqları məktubda Vladimir Putini "qətiyyətli və ədalətli lider" “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar?

Bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah “demokrat” deyə müraciət olunur? Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, siyasi buqələmunların rəngidir.

Nəhayət, məktubda yer alan "Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq" fikri həmin ünsürlərin xəyanətkar mövqeyini əks etdirir. Onlar başqa bir dövlətin başçısına bu cür xitab etməklə "hakimiyyətə gələcəyimiz təqdirdə, milli məsələlər də daxil olmaqla istənilən şərt və istəyinizi yerinə yetirəcəyik" mesajı verməyə çalışırlar.

Necə deyərlər, görünən dağa bələdçi lazım deyil və yaxud əlavə sözə nə hacət...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Yanvar 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri