Icma.az
close
up
RU
Milli Şura nın xaç ata sı Əli Kərimli

Milli Şura nın xaç ata sı Əli Kərimli

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Xalqlar həbsxanası" adlandırılan keçmiş SSRİ imperiyası artıq 34 ildir dünya siyasi xəritəsindən silinsə də, lakin onun hüquqi varisi olan hazırkı Rusiya Federasiyası keçmiş imperiya mərkəzi (metropoliya) rolunu yerinə yetirməyi davam etdirir və bütün metropoliyalar kimi o da çökmüş imperiyanın periferiyalarında öz casus şəbəkəsini, əlaltılarını, muzdlu siyasi xidmətçilərini, "beşinci kolon" üzvlərini bəsləyir, himayə edir. Bütün postsovet ölkələrinin hakim dairələrində, siyasi elitalarında Kremlin sifarişlərini yerinə yetirən siyasi kuklalar, marionetlər, əlaltılar və muzdlular var. Azərbaycan da istisna deyil. Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimlinin siyasi hekayələri də bu acı həqiqəti təsdiqləyir.
Uzun illər ərzində biri iqtidarda, digəri isə müxalifətdə təmsil olunan bu iki şəxs, əslində, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına yox, özgə maraqlarına xidmət ediblər. Onlar ya siyasi divident naminə, yadaki sadəcə maddi mənfəət qarşılğında şimaldan gələn sifarişləri yerinə yetiriblər. Başqa sözlə desək, Ramiz Mehdiyev və Əli Kərimli Kremlin kuklaları antimissiyasını yerinə yetiriblər. Bu, ehtimal və ya təxmin deyil, təkzibolunmaz gerçəklikdir. Əli Kərimlinin təmsil olunduğu "Milli Şura"nın 2013-cü ildə Rusiya prezidentinə göndərdiyi məktub da, Ramiz Mehdiyevin Kreml rəhbərliyinə ünvanladığı məktub da bu gerçəkliyi təsdiqləyir. Hər iki məktubun məzmunu, hədəfi mahiyyətcə üst-üstə düşür. Birinci məktubun da, ikinci məktubun da müəllifləri onlara göstəriləcək dəstək qarşılığında Kreml qarşısında hər cürə öhdəlik götürməyə hazır olduqlarını bəyan ediblər. Bu xoşagəlməz həqiqəti heç kim dana bilməz.
Lakin həm Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyevin barəsində açılan cinayət işi, həm də AXCP sədri Əli Kərimlinin barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi Rusiyanın maraqlarına xidmət edən "5-ci kolon"u, necə deyərlər, başsız qoydu. Beləliklə, Ramiz Mehdiyev-Əli Kərimli siyasi mafiyasının antimilli fəaliyyətlərinin qarşısı alındı. “Ramiz Mehdiyev işi” çərçivəsində Əli Kərimlinin və onun ətrafındakı şəxslərin əməllərinin yeni detallarının üzə çıxması onu göstərir ki, bu adamlar uzun illər ərzində çox ustalıqla maskalanmağı və saxta "müxalifət"çilik görüntüsü yaratmağı bacarıblar. İlk baxışdan bir-birinə duametral əks qütblərdə yer alan bu adamlar (Ramiz Mehdiyev, Əli Kərimli və onların əlaltıları) əslində eyni mərkəzdən idarə olunublar və Azərbaycan dövlətinə qarşı antikonstitusion fəaliyyətlərə cəhd göstəriblər.
Kreml bu adamların potensialını hesablayaraq üzdə fərqli düşərgələrin adamları kimi görünməklərinə baxmayaraq, onları eyni sifarişin icrası üçün bir araya gətirib. Ramiz Mehdiyev "sadiq dövlət adamı", Əli Kərimli isə "barışmaz, radikal müxalifət lideri" rolunu demək olar ki, qüsursuz şəkildə oynayaraq, əsl həqiqətdə isə vətənə, dövlətə, xalqa və milli maraqlara qarşı hərəkətlərlə məşğul olublar. Ortaya çıxan şok gerçəklər AXCP sədrinin dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə həqiqətən də əlbir olduğunu göstərir. İstintaq davam etdikcə yeni faktlar üzə çıxacaq və bu şəxslərə qarşı irəli sürülən ittihamlara daha çox aydınlıq gətiriləcək. "Milli Şura"nın "xaç ata"sı Əli Kərimli ilə "Dövlət Şurası" ideyasının müəllifi Ramiz Mehdiyevin aqibəti Moskvaya və digər xarici mərkəzlərə ümid bəsləyən hər kəsə dərs olmalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri