Icma.az
close
up
RU
Milli suverenlik ideyasının dirçəldilməsi

Milli suverenlik ideyasının dirçəldilməsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqının tarixində elə məqamlar var ki, onlar nəinki bir millətin taleyini dəyişir, həm də gələcək nəsillər üçün yol göstərən ideoloji və mənəvi mayaka çevrilir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bu baxımdan əsl milli oyanış manifestidir. Bu dövlətin ömrü qısa olsa da, ideyaları zamanları aşaraq müasir müstəqil Azərbaycan dövlətinin ideoloji təməlini formalaşdırmışdır. Ancaq bu tarixi yaddaşın qorunması, milli suverenlik ideyasının dirçəldilməsi və simvolik mənaların yenidən ayağa qaldırılması üçün bir nəfərin – Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi missiyasını xüsusilə qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev bir əsrin ideyasını dirçəldən lider kimi tarixə yazıldı. Naxçıvanda üçrəngli bayraq onun qətiyyəti sayəsində dalğalanmağa başladı. 1990-cı ilin payızında SSRİ-nin süquta uğramağa başladığı bir dövrdə, Azərbaycanın taleyi dumanlı və təhdidlərə açıq idi. Qanlı 20 Yanvar faciəsindən sonra xalqda dərin bir etimadsızlıq və təlatüm yaranmışdı. Məhz belə bir mürəkkəb tarixi dönəmdə Heydər Əliyev Moskvadakı siyasi karyerasına son verib, doğma torpağı Naxçıvana qayıtdı və burada Azərbaycanın dövlətçilik məfkurəsinin dirçəlməsi üçün həlledici addımlar atdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımız rəsmi şəkildə qəbul edildi. Bu, təkcə bir simvolun geri qaytarılması deyildi. Bu, xalqın milli mənlik şüurunun yenidən ayağa qalxması, suverenliyə olan inamın ideoloji bərpası idi. Ulu öndər Heydər Əliyev bu tarixi qərarı belə qiymətləndirirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi surətdə təsdiq etməklə, biz xalqımıza, gələcək nəsillərə azadlıq, istiqlaliyyət ruhunu aşıladıq. O vaxt bu, böyük cəsarət tələb edirdi.” Doğrudan da, o dönəmdə SSRİ hələ dağılmamışdı və belə bir qərarın qəbul edilməsi siyasi baxımdan riskli, lakin tarixi baxımdan labüd idi. Bu addım sonrakı illərdə Azərbaycanın müstəqilliyinin bərpası prosesinə ideoloji əsaslar verdi və milli kimliyin yenidən bərpa edilməsində dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını təşkil edən demokratik dövlət quruculuğu, hüquqi bərabərlik və suverenlik ideyaları 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpası ilə yenidən aktuallaşdı. Lakin bu tarixi ardıcıllığın təmin olunması üçün ideoloji və siyasi yaddaşın bərpa edilməsi, yəni Xalq Cümhuriyyətinin yalnız xatirə olaraq deyil, real siyasi varislik kontekstində tanıdılması lazım idi. Bu vəzifəni isə yalnız Ulu öndər Heydər Əliyev səviyyəsində düşünən bir siyasi lider yerinə yetirə bilərdi. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Əgər biz tariximizi bilməsək, öz keçmişimizi dərk etməsək, gələcək quruculuqda da büdrəyərik. Müstəqilliyin dayağı məhz xalqın tarixidir, kimliyidir.” Bu baxımdan, 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın ucaldılması Azərbaycan tarixində ilk dəfə suverenlik rəmzinin yenidən rəsmi surətdə tanınması idi. Bu akt, əslində, Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcı oldu və Naxçıvan tarixi müstəvidə milli oyanışın və dirçəlişin mərkəzinə çevrildi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilən “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisliyini rəsmi şəkildə təsdiqlədi. Bu sənəddə 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsinin müddəaları əsas götürülməklə, Azərbaycan xalqının öz taleyini müəyyən etmək hüququna malik olduğu qeyd olundu. Bu hüquqi sənədin qəbuluna gedən yol isə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsləri, siyasi uzaqgörənliyi və xalqla ideoloji bağlılığı sayəsində mümkün oldu. Naxçıvanda başlayan istiqlal rüzgarı Bakıya, oradan isə bütün Azərbaycana yayıldı. Ulu Öndərin dövlətçilik mirası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini təkcə qoruyub saxlamayıb, həm də gücləndirərək regionda söz sahibi bir dövlətə çevrilib. Xalq Cümhuriyyətinə və Ulu Öndərin dövlətçilik irsinə dərin hörmətin ifadəsi olaraq, 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən qərara əsasən 28 May – Müstəqillik Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü elan edildi. Bu yanaşma təkcə tarixi ardıcıllığın deyil, həm də ideoloji davamlılığın hüquqi formalaşmasıdır. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki: “Bizim dövlətçiliyimiz Azərbaycan Xalq Cümhuriyyətindən başlayır. Biz bu tarixi yaşatmalı, gələcək nəsillərə çatdırmalıyıq.” Azərbaycan Xalq Cümhuriyyəti, onun ideyaları, Ulu öndər Heydər Əliyevin Naxçıvanda atdığı tarixi addım və bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bir-biri ilə uzlaşan vahid bir milli dövlətçilik zənciridir. Naxçıvanda qaldırılan bayraq təkcə keçmişə ehtiram deyil, həm də gələcəyin qurulmasına verilən ciddi mesaj idi. Azərbaycan xalqı hər il 28 may – Müstəqillik Gününü yalnız bir tarix olaraq deyil, həm də milli kimliyin, suveren iradənin, vətəndaş məsuliyyətinin rəmzi kimi qeyd edir. Bu bayramda Azərbaycan təkcə 1918-ci ildə yaranan Cümhuriyyətin ruhunu yad etmir, həm də 1990-cı ildə Naxçıvanda ucalan o ilk bayraq vasitəsilə öz müasir dövlətinin ideoloji mayasını anır. Çünki müstəqillik sadəcə bir hüquqi status deyil, o, bir milli kimlikdir, tarixin mirası və gələcəyin zəmanətidir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see366

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see281

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see274

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see267

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see263

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see262

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see256

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see253

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see251

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see251

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see247

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see243

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see240

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see238

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see229

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see227

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see218

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see199

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see196

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri