Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionlarında İİV infeksiyasının və QİÇS-in yayılması ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

İİV və QİÇS anlayışlarının fərqi nədədir? Ölkəmizdə və dünyada İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət hansı səviyyədədir? Respublikada İİV-ə yoluxmuş şəxslərin aşkarlanması necə həyata keçirilir?

Lent.az xəbər verir ki, bu və digər suallara Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov aydınlıq gətirir.

- Famil müəllim, İİV və QİÇS anlayışlarının fərqi nədədir?

- İİV infeksiyası – İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. İİV infeksiyasının gedişində 4 mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür.
QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.

- Ölkəmizdə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət hansı səviyyədədir?

- Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək, 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə mərkəzində rəsmi qeydiyyatdadır. Onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır.

Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.
İnsan İmmunçatışmazlığı Virusuna qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.

- Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin aşkarlanması necə həyata keçirilir?

- Hazırda ölkəmizdə İİV/QİÇS-lə bağlı xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İİV-in aşkarlanma strategiyasının təkmilləşdirilməsi, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə dövlət və özəl tibb müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, RQMM tərəfindən risk qrupları ilə yanaşı, ümumi əhali arasında da maarifləndirici tədbirlərin və kütləvi müayinələrin təşkili, diaqnostikada yüksək həssaslığa, spesifikliyə malik testlərdən istifadə olunması bu istiqamətdə atılan addımlardandır.

Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriyada həyata keçirilir. Bunlarla yanaşı, İİV-ə yoluxmaya daha yüksək meylli və nisbətən cəmiyyətə qapalı olan risk qruplarının İİV-ə testləşməsi RQMM tərəfindən təşkil olunan səyyar və stasionar könüllü müayinə məntəqələrində aparılır. Müayinələr ödənişsiz, anonimlik və konfidensiallıq prinsipinə tam əməl olunmaqla icra olunur. Bu, fərdlərin sosial stiqmadan azad, qorxu hissi olmadan testdən keçmələrinə şərait yaradır və İİV diaqnozunun məxfiliyini təmin edir.

Bütün bu tədbirlər İİV infeksiyasının vaxtında və erkən mərhələdə aşkarlanması, effektiv müalicənin başlanması üçün zəruri şərtlər yaradır. Nəticədə, İİV testləşməsi təkcə tibbi diaqnostika və müalicə prosesinin əsas elementi deyil, həm də sağlam və məlumatlı cəmiyyətin qurulması üçün vacib sosial alətdir.

- İİV-ə yoluxmuş şəxslərin müalicəsi varmı?
- Antiretrovirus Terapiyası (ART) - İİV-ə qarşı mübarizənin əsasını təşkil edən, virusa qarşı yüksək effektivliyə malik müalicə üsuludur. ART-nin əsas məqsədi virusun orqanizmdə replikasiyasının qarşısını almaqla, qanda virusun səviyyəsini təyin olunmayan səviyyəyədək endirməkdir. Nəticədə, virusun ötürülməsinin qarşısı alınaraq, epidemioloji təhlükəsizlik təmin edilir, immun sistemin fəaliyyəti bərpa olunaraq, orqanizmdə digər opportunistik infeksiyaların, yanaşı xəstəliklərin və ağırlaşmaların inkişafının qarşısı alınır, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və ölüm hallarının azaldılmasına nail olunur. Müntəzəm və düzgün tətbiq olunan müalicə nəticəsində İİV infeksiyası artıq ölümcül xəstəlik deyil, idarəolunan xroniki bir xəstəliyə çevrilib.

Ölkəmizdə İİV-lə yaşayan şəxslərə ART 2006-cı ildən etibarən tətbiq edilir. İİV-lə yaşayan şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən uğurla həyata keçirilir və koordinasiya olunur. Hazırda on mindən artıq İİV-lə yaşayan Azərbaycan vətəndaşı antiretrovirus müalicə proqramı çərçivəsində daimi nəzarət və müalicə altındadır.

Ölkəmizdə tətbiq edilən müalicə sxemləri ÜST-nin tövsiyələrinə əsasən, milli protokola uyğun olaraq İİV-lə yaşayan insanlara ödənişsiz qaydada, anonimlik və konfidesiallıq prinsipi qorunmaqla təyin edilir. Regionlarda yaşayan vətəndaşların müalicəyə əlçatanlığını təmin etmək məqsədilə ARV preparatların verilməsi regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir.

- İİV-ə yoluxmanın qarşısının alınmasında hansı profilaktik tədbirlər əhəmiyyətlidir?

- Xüsusilə vurğulamaq istərdim ki, maariflənmə xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edən vacib profilaktik tədbirlərin əsasını təşkil edir. İİV/QİÇS-lə mübarizədə insanlar maariflənməklə xəstəliyin yoluxma yolları, müayinə üsulları, həmçinin xəstəlikdən qorunmaq yolları barədə məlumatlı olurlar. Bu məqsədlə RQMM-in təkmilləşmiş təlim komandası tərəfindən daimi olaraq, ümumi əhali, risk qrupları arasında, həmçinin tibb mütəxəssisləri arasında silsilə təlimlər və maarifləndirici tədbirlər keçirilir.

RQMM maariflənmədə, xüsusilə orta və ali təhsil ocaqlarının müəllim və şagird-tələbə heyətinə də xüsusi önəm verərək, təhsil dövrü ərzində Bakıda və regionlarda müxtəlif təhsil ocaqlarında silsilə təlimlər təşkil edir. Mərkəz tərəfindən hazırlanan maarifləndirici materialların, videoçarxların sosial şəbəkələrdə, metrolarda, sürət qatarlarında, reklam tablolarında yayımlanması da profilaktikanın əsasını təşkil edir.

Bununla yanaşı, RQMM tərəfindən həyata keçirilən profilaktik tədbirlərə Təmasdan Öncə (PrEP) və Təmasdan sonra Profilaktika (PEP), Anadan uşağa ötürülmənin profilaktikası (AUÖP), risk qrupları arasında zərərin azaldılması proqramı üzrə həyata keçirilən tədbirlər aiddir. Təmasdan öncə profilaktika (PrEP) İİV-lə yoluxmamış, lakin yüksək yoluxma riski altında olan şəxslərdə virusun qarşısının alınmasına yönəlmiş, profilaktik tibbi tədbirdir. Bu üsul təmasdan öncə antiretroviral preparatın müəyyən müddət ərzində profilaktik məqsədlə qəbuluna əsaslanır. PrEP insan orqanizmində virusun hüceyrələrə daxil olub çoxalmasının qarşısını alır və beləliklə, İİV-ə yoluxma ehtimalını 90–99 faiz azaldır.

Təmasdan Sonra Profilaktika (PEP) İİV -ə yoluxmuş şəxslə qorunmamış təsadüfi cinsi kontakt və ya peşəkar təmasdan sonra virusun orqanizmdə çoxalmasının qarşısını almağa yönəlmiş, ARV preparatların 28 günlük qəbuluna əsaslanan profilaktik tədbirdir. PEP-in effektivliyi yalnız vaxtında müraciət və dərmanların düzgün qəbulundan asılıdır. İİV-li şəxslə təsadüfi cinsi təması olan insanlar və peşə zədələnməsi olan tibb işçiləri təmasdan sonrakı ilk 72 saat ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər.

Təmasdan Sonra Profilaktika 2006-cı ildən ölkədə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilir. Tibb işçiləri arasında aparılan profilaktika nəticəsində İİV-ə yoluxma halı qeydə alınmayıb. İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilə tibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steril tibbi avadanlıqlardan istifadə tövsiyə olunur. Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji və s. tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyat tədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin, RQMM tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” çap olunaraq, tibb işçiləri arasında paylanılıb.

Anadan uşağa ötürülmənin profilaktikası – İİV-in anadan uşağa bətndaxili inkişaf dövründə, doğuş zamanı və südəmər dövrdə ötürülməsinin qarşısını almağa yönəlmiş tədbirlər kompleksindən ibarətdir. Bütün qadınların hamiləlik dövründə qadın məsləhətxanalarında qeydiyyata durması, İİV-ə və digər cinsi yolla yoluxan infeksiyalara müayinə olunması, İİV-lə yaşayan qadınların mütləq şəkildə sağlam ailə planlaması məqsədilə ART proqramına cəlb olunması, həkim nəzarətində olmaları tövsiyə olunur.

AUÖP-ə həmçinin yenidoğulmuşun profilaktikası da aiddir. RQMM tərəfindən yenidoğulmuşların İİV-ə yoluxmasının qarşısının alınması məqsədilə suspenziya şəklində 28 günlük profilaktik dərman verilir və yenidoğulmuş nəzarətə götürülür.
Qeyd etmək vacibdir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan uğurlu profilaktika proqramları nəticəsində mərkəzdə qeydiyyata götürülən və müalicə proqramına cəlb olunan bütün hamilə qadınlardan doğulan uşaqlar cəmiyyətə sağlam təhvil verilib.

- İİV-lə yaşayan insanların üzləşdikləri çətinliklər hansılardır?

- Bir çox hallarda İİV-lə yaşayanlar stiqma və diskriminasiyaya məruz qalırlar. Stiqma və diskriminasiya cəmiyyət tərəfindən insanların müəyyən xüsusiyyətlərinə, vəziyyətlərinə və ya xəstəliklərinə görə mənfi baxılması və sosial izolyasiyaya məruz qalması deməkdir. Bu, əsasən virus haqqında yanlış təsəvvürlər, yoluxma yolları ilə bağlı məlumat çatışmazlığı və İİV-lə bağlı sosial stereotiplərdən irəli gəlir. İnsanlar bəzən İİV-lə yoluxmuş şəxsləri riskli davranış sərgiləyən kimi qiymətləndirir, cəmiyyət isə qorxu və mənfi reaksiyalarla buna əlavə təsir göstərir. Həmçinin, bəzi hallarda tibbi və sosial müəssisələrdə ayrı-seçkilik müşahidə olunur ki, bu da İİV-lə yaşayan şəxslərin sosial izolyasiyasına, psixoloji gərginliyinə və müayinə və müalicələrdən çəkinmələrinə səbəb olur.

Sonda qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan mütəmadi maarifləndirmə, ictimai məlumat kampaniyaları və könüllü müayinə məntəqələrində müayinə imkanları, Mərkəzdə ixtisaslaşmış psixoloqlar tərəfindən aparılan konsultasiyalar nəticəsində stiqmanın azaldılmasında və İİV-lə yaşayan insanların sosial inteqrasiyasının təmin edilməsində mühüm dəyişikliklər müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:367
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Dekabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri