Milli üzvləri Qarabağ Universitetində tələbələrlə görüşdü
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Qadınlardan ibarət Azərbaycan milli futbol komandasının üzvləri və məşqçi heyəti, eləcə də AFFA Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.
Futbolpress.az xəbər verir ki, səfər çərçivəsində milli komandanın üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə milli komandanın futbolçuları və məşqçiləri öz təcrübələrini tələbələrlə bölüşüblər.
Proqramın davamında milli komandanın üzvləri və nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olublar.
Səfərin sonunda qadınlardan ibarət A milli komandanın üzvləri, məşqçi heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















