Icma.az
close
up
RU
Qarabağ Universitetində Vətən müharibəsi qaziləri tələbələrlə GÖRÜŞDÜ

Qarabağ Universitetində Vətən müharibəsi qaziləri tələbələrlə GÖRÜŞDÜ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində Vətən müharibəsi qaziləri ilə universitet tələbələrinin görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Agentliyin tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilən, yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilən Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov, Vüsal Şabanov, Ülvi Salayev, Bəkir Əsgərzadə və hərbi-həkim Namiq Seyfəddinli iştirak edib.

Onlar Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Müharibədən sonra keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov qazilərin fədakarlığı və mübarizə əzmini yüksək qiymətləndirib, onların cəmiyyətimiz üçün mənəvi dayaq olduğunu vurğulayıb. Bu cür görüşlərin gənclərin milli ruhda formalaşması baxımından böyük əhəmiyyətini diqqətə çatdırılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, postmüharibə dövründə onların reabilitasiya xidmətləri və vasitələri ilə təminatı istiqamətində aparılan işlərə dair məlumat verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri