Milli vətənə qayıtdı
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Ayxan Mirzəzadə (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar.
Azərbaycan millisi yarışı 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.
Baxış sayı:123
Bu xəbər 07 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















