Milli Bakıya qayıtdı
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Boksçularımız Avropa birinciliyində 1 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

