Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Milli yaddaş və milli mədəniyyətlər silinəcək Orxan Fikrətoğlu

Milli yaddaş və milli mədəniyyətlər silinəcək Orxan Fikrətoğlu

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Orxan Fikrətoğlunun "Yaddaş" adlı yeni yazısını təqdim edir.

Qlobal siyasi düzənin yaddaşı yoxdur. Yaradılan yeni münasibətlər fonu da yaddaşsızdır. Əgər gələcək kimi vəd edilən bu "süni ərəfə" mövcud sivilizasiyanın daha yüksək bir mərtəbəyə keçididirsə, onun qaydaları, fikrimcə, təbii şəkildə formalaşmalıydı. Təkərin icadı, atın əhliləşməsi, neftin sənayeləşməsi dövrü və digər bu tip təbii ərəfələr kimi.

Bu gün ən yeni insan sivilizasiyası süni texnolojilərlə tamam fərqli bir zehniyyətə uyğunlaşdırılır. Dərketmə, adekvat qiymət vermə, qarşındakı predmeti düzgün anlama amilləri artıq atipikdir. Bu gün sürətli informasiya axınında düşüncəsiz və yaddaşsız insan tipi, dövlətlər və xalqlararası yeni münasibətlər məcmuələri, yeni davranış və əxlaq normaları yaradılır.

Dünya dəyişir, gözümüzün önündə yenidən şəkillənir. Yeni "əxlaq müstəvisi" olacaq paralel "dünya" düşünülür. Hal-hazırda baş verən və bir neçə il ərzində baş verəcək siyasi böhranlardan sonra siyasi və iqtisadi baxımdan real dünyada daha çox virtual düzənlə şəkillənəcək fərqli yaşam modeli formalaşacaq. Yeni hərbi birliklər, bloklar, ekosiyasi qruplar yaranacaq.

Adətən, ölkələrin qarşısında yeni siyasi hədəfləri yaradan və hədəfləyən amil millətlərin öz dövlətlərinə verdikləri sosial sifarişlər olur. Bu sifarişlərin ruhani komponentləri isə milli mədəniyyətlərin mətbəxlərində cilalanır.

Azərbaycanlı zehniyyətinə son illər edilən müxtəlif təklif və çağırışların qarşısında əbədi olaraq dəyişməz qalan və bizi daim bir millət olaraq ayaqda saxlayan ən sakral ruhsal məqam milli mədəniyyətimizdir. Bu gün biz mədəni halədə ancaq milli mədəniyyətimizə söykənərək, yaddaş ərazimizə edilən yad və ekspansiv basqılara sinə gərə bilərik.

Törə əxlaqı ilə formalaşmış ənənəvi milli mədəniyyətimiz bu gün üzsüz "Joker mədəniyyəti " ekspansiyası ilə açıq savaşdadır.

Bu gün yeddi yaşlı "Dijital nəvə" yetmiş yaşlı "Atipik zehniyyatlı" milli yaddaşa sahib olan babasını təklif edilmiş elektron dünyada tamam fərqli dəyər və zehniyyatla "idarə edir ". Bu gün ağsaqqal institutu, əsrlərlə formalaşmış ailə modeli, ənənə və əxlaq kimi min illik təfəkkür sistemi cəmiyyətdə arxaizmdir. "Atipik zehniyyatlı" baba arxetipi cəmiyyətdə dominantlıq edən süni reallıqda mifik nağıl obrazından savayı bir obraz deyil. İnsanlıq bu dövrə qədər heç zaman ənənəvi əxlaq normalarının, oturuşmuş milli dəyərlərin, milli institutların bir nəsil aralığında dəyişdiyini yaşamamışdı. Dünya öz əbədi yaddaşını heç zaman bu qədər sona qədər "Delete" etməmişdi.

Bu reallıq özü-özünəmi yarandı?

Belə sürətli dəyişmə mexanizmi təbii şəkildə baş verən evalyusiya prosesdirmi, təbii seçimdirmi?

Artıq "Babalar" dünyaya doğrudanmı lazım deyillər ? Bu verdikti kimlər verir? Milli yaddaşı, min illik tarixi xatirələri, adət və ənənələri bu gün kimlər və niyə bizə unutdururlar? Kimlər "Köhnəmi və təzəmi " etik dilemmasını qarşımızda sual kimi qoyur?

"Texnointibah günün tələbidir" tezisini bu gün kimlər müəyyən etdi?

Kimlər yeni dünya modelini bu tezisə uyğun dəyişir?

Azərbaycan mədəniyyəti bu gün həmin bu süni texnointibah nağılı arealında milli dəyər olaraq bizi qoruya bilirmi? Bu gün yaradılan musiqimiz, ədəbiyyatımız hansı qaynaqlardan bəhrələnir? Rəngkarlığımız milli dəyər olan Abşeron rəsm məktəbini qoruyub saxlaya bilibmi? Xalçaçılıq necə, bu məktəbin davamı varmı? Qacar məktəbi rəsm yönü, siyahi-qələm nəqqaşlığı və ya qrafik tərzi, Sultan Məhəmməd miniatür məktəbi bu gün şərti olaraq yeni sənət xətti kimi müasirləşərək bəşər mədəniyyətini zənginləşdirməyə qadirdirmi? Ya əksinə, bizə təlqin edilmiş yeni "sənət şərtilikləri" artıq milli mədəniyyət çeşidləridir.

Biz dəyişmişik? Biz dəyişmişik.

Biz istədik-istəmədik, dünyanın "qloballaşma nağılı"nın qulağı və gözü olan sosial şəbəkələrin bir parçasına çevrilmişik. Biz bu yeni nağılda yaddaşsız istifadəçilərik. Yenidən yaradılırıq. Bizə yeni miflər, yeni tarix və yeni yaddaş sırınır.

Psevdomədəniyyət - sosial şəbəkələr kütlə intellekti və eqosu ilə süstlənən fərqli düşüncəyə malik irreal mühitdir. Bir mühit real həyatda yoxdursa, onun sabahı ola bilərmi? Olarsa, bu sabah necə şəkillənər? Yeni insan növü olan "şəbəkə insanı" tipi harda yaşayacaq? Hansı mədəniyyətdən qaynaqlanacaq? Hansı əxlaqa sahib olacaq? Onun mənəvi dəyərləri olacaqmı?

Milli mədəniyyətmiz bu gün paraleldə saxta və çox sürətlə bizi dəyişdirən "fikir axını" mexanizmindən insanımızı qoruyurmu?

Biz bu saxta və sürətli beyin axınından milli mədəniyyətimizi qoruya bilirikmi ?

Sosial şəbəkələrdə milli yaddaş yoxdur, ancaq sosial yaddaş var. Şəbəkələrdə istifadəçilər sürətlə dəyişən münasibətlər fonunda və informasiya axarlılığında formalaşdırılır. Şəbəkələrdə ancaq bu gün var, sabah yoxdur. Təklif olunan yeni reallıqda yaddaş da yoxdur.

Bununla belə, bu gün mobil şəbəkələr insan əzası qədər aktualdır. Onsuz heç bir insan fərd olaraq öz sınırında mövcud deyil.

Deməli, bu gün mən sizə artıq yeni və milli baxımdan atipik insandan danışıram. Və bu insanın dini, milli, etnik, ən başlıcası, zehni mənsubiyyəti onu yetişdirmiş min illik milli eqrodağdan qaynaqlanmır.

Bu isə o deməkdir ki, cənablar, çox yox, bir nəsildən sonra bu gün atalarını anlamayan uşaqlar sabah həmin sürətlə öz balalarını da anlamayacaqlar. Balalar da eləcə öz atalarını anlamayacaqlar. Və onların qayğısına bizim qaldığımız qədər qalmayacaqlar. O balalar da zamanında öz balalarını beləcə unudacaqlar. Və sonda insan ancaq öz eqosu ilə Tanrı qarşısında təkbaşına qalacaq. Artıq milli yaddaşdan qaynaqlanan ataların uşaqlarına, uşaqların atalarına və sonra da öz balalarına olan insaflı və sevgi dolu münasibətlər məcmuəsi tamamilə yox olacaq. Və insan ancaq özü özü üçün, təkbaşına yaşayaraq absalyutla tamam yeni münasibətlər quracaq. Bu tip düşüncə əlbəttə ki, yeni dinlərin, yeni mədəniyyətlərin və idarəçilik modellərinin yaranmasına səbəb olacaq. Milli yaddaş və milli mədəniyyətlər silinəcək. İnsanlıq tamam fərqli bir tərzdə mövcud olacaq və özünü ifadə edəcək. Bəşəriyyət bu cür yaşamaqdan irəli gedəcəkmi? Ənənəvi tanrısını tanıyacaqmı? Mən bu suallara cavab verməyəcəm. Bununla bərabər dəyişmənin artıq real proses olduğunu da bilirəm.

Biz öz xilasımız naminə milli mədəniyyətimizi təbliğ etməliyik ki, yaddaşımız və gələcəyimiz əbədi mövcud olsun.

Azərbaycan mentallığı min illərlə formalaşmış ənənəvi milli mədəni dəyərlər sistemində, hiss edərək yaratdığı, yaşam təcrübəsinə söykənərək dərk etdiyi min illik milli ənənədə əbədi olaraq yaşamaq fikrindədirsə, bu yeni və gözlə görünməyən dağıdıcı ekspansiyanın qarşısını ondan da güclü bir mövcudolma mexanizmi yaratmaqla kəsə bilər. Bu isə artıq milli azadlıq və milli mədəni ərazilərimizin sərhədlərinin qorunması məsələsidir.

Biz bu gün öz meydançamızda oynamırıq; rəqibin meydançasındayıq. Sosial şəbəkələr və digər bu tip texnosahədəki "nouxaualar" ilk baxışdan bizə texniki tərəqqinin bir parçası kimi təqdim edilir. Bu, həqiqətən də, belədir. Biz bu tip yeni texniki zehniyyatı qədim Oğuz ellərində görməmişdik. Və özümüz də yaratmadıq.

Uşaqlarmız bu şərti yenilikləri idarə edə bilsinlər, deyə xaricdə təhsil alırlar. Əlbəttə ki, zəki uşaq millətin sərvətidir. Buna ancaq sevinmək lazımdır. Bəs görəsən, bizə bu yeni texnosahədə öz uşaqlarımızın əliylə öyrədilən və təlqin edilən nədir?

Bax, Qəribi də burda ağlamaq tutur.

Nədən biz musiqidə Üzeyir bəyi deyil, digər "mister bəylər"i bir milli dəyər olaraq gündəmə gətiririk? Bunu bizim yerimizə öz ərazimizdə kimlər müəyyən edir? Bizim zövqümüzü kimlər təyin edir?

Mərhum aktyora böyrək köçürülməsi niyə baş tutmayıb? - Açıqlama MEDİA qəza ilə bağlı çağırış etdi Xalq artisti Leyla Bədirbəyli - 105
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri