Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

ARKA işləyir Orxan Fikrətoğlu ilə MÜSAHİBƏ

ARKA işləyir Orxan Fikrətoğlu ilə MÜSAHİBƏ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yazıçı-jurnalist, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Orxan Fikrətoğlu ARKA-nın fəaliyyəti ilə bağlı müsahibə verib. 

Redaktor.az müsahibənin mətnini təqdim edir: 

- Orxan müəllim hal-hazırda nə yazırsınız?

- Bu gün mən daha çox uzun illər boyu yazılmış əyri mətnləri redaktə edirəm.Mədəniyyəti yeni abzasdan yazıram.Və qəti əminəm ki yazdığım əlyazmalar yanmayacaq.

- Ümumiyyətlə Azərbaycanda mədəniyyət hansı səviyyədədir?

- Mədəniyyət xalqın yaşam tərzidir.Təcrübəsindən əmələ gəlmiş ənənəsidir.Sadəcə toplum ənənədən və eyni şəkillənmədə mədəniyyətindən uzaqlaşıb.Qadjet dəbi ilə yaşayır.

- Bəs Orxan Fikrətoğlu mədəniyyətin, milli mənəvi dəyərlərin qorunması üçün nə edir?

- Mücadilə edir.Yel dəyirmanları ilə deyil,yer dəyirmanları ilə sistem savaşı aparır.Cahilliyə qarşıdır. Sənət insanın daxili aləmini, mənəvi halını təkminləşdirmək, onu ilahiləşdirmək üçündür.

-Bir-birindən tam ayrı olan sahələrlə Orxan Fikrətoğlunu nə birləşdirir?

- Cəmiyyət Orxan Fikrətoğlunu sevdiyindən heykəl kimi görmək istəyir. Gərək Orxan Fikrətoğlu nə yesin, nə içsin ancaq sənətiylə məşğul olsun deyir. Mən heç vaxt ruhumu satmamışam. Yaratdığım ədəbiyyatı, filmləri,esse və publisistikanı diktə ilə yazmamışam. Bununla belə, ailəmi dolandırmalıyam.Ona görə də “daş” daşıyıram.

- Belə bir təsurat var ki, ARKA özü bir iş görmür, film çəkmir, amma yaxşı bir film görən kimi onu mənimsəməyə çalışır.

- (Gülür). Çox bəsit yanaşmadır. Cahil yanaşmadır.Mənbədən xəbərsizlikdir. Mən sizə faktları deyim, o faktları ki, jurnalistlər, cahil camiə, kinoya gəlib artıq özünü “kinoçu” sayanlar tamamiylə səhv anlayışlarla yaşayırlar və mən artıq iki ildir ki bu aydın həqiqətləri onlara izah edə bilmirəm. ARKA-nın konkret özəl məlumat saytı var və orda bizim nə işlər gördüyümüz hər gün açıq aydın yazılır. Həmçinin biz “Kinoinfo” adında saytı da hər ay maliyyə ilə təmin edirik. O sayta Əlisa Cabbarov rəhbərlik edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının məsul işçisi. Biz onlara hər ay pul köçürürük. Əlisa Cabbarov da peşəkar kino işinin bilicisi kimi ARKA-nın fəlayiyyətini “Kinoinfo” saytında jurnalistlərə çatdırır. Hər ıki saytda ARKA-nın nə etdiyi, hansı filmlərə maliyyə ayırdığı şəffacasına yazılır. Amma yenə mənə bu tip bəsit suallar verilir. Demək bizi ittiham edənlərin Orxan Fikrətoğlu ilə, Mədəniyyət Nazirliyi ilə açıq qərəzi var.Sizə bir neçə təkrarlanan qərəzi deyim.Birincisi, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası ARKA-nın tabeliyində deyil. Bizim oranı təmir etməyə nə hüquqi nə də maliyyə əsasımız yoxdur. Eyni zamanda “Nizami Kinoteatrı”da bizə aid deyil. Onlar hər ikisi özü-özünü maliyyələşdirməli olan qurumlardır. Ən əsası ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir bunu təkrar-təkrar deməyə məcburam. ARKA operatordur, filim istehsal edən pradyüsser şirkətlərini maliyyələşdirən,onlara ayaöa qaldırmaqla yeni prodyuser kinosunun təməlini yaradan şəffaf qurumdur. Biz kino çəkmirik ki, çəkilmiş filmlərin keyfiyyətinə də cavabdeh olaq, biz filim çəkmək istəyən prodyüsser şirkətlərinə dəstək oluruq.Əlbəttdə ki, ssenarinin keyfiyyətini yoxlayırıq, rejissorun səriştəsinə bələd oluruq. Ancaq müsabiqə yoluyla. Biz işə başladığımız bu az müddətdə artıq otuza yaxın prodyüsser şirkətini işlə təmin etmişik. Bu isə o deməkdir ki, otuza yaxın pradyüsser şirkəti istehsal təcrübəsi əldə edib.Nə qədər iş yerləri açılıb. Biz yaranana qədər bu şirkətlərin heç bir iş təcrübəsi yox idi, bəzilərinin ofisləri belə yox idi. Təsəvvür edin biz 2024-cü ildə 47 layihəni istehsala buraxmışıq, 47 filim istehsal olunub. Haçan olub belə bir şey?.Bizə qədər olub? Azərbaycan kino tarixində ilk dəfə özəl sector ARKA ya on milyona yaxın maliyyə öhdəliyi götürüb. Nazirlər kabinetinin kinonun inkişafına mane olan 1997 ci ildə qəbul edilmiş sərt 38 -ci düzəliş qaydaları dəyişdirilib. Bu günə qədər biz müsabiqə yoluyla büdcədən dörd milyon yüz min biz pul xərcləmişik, bir milyon yeddi yüz min manat vəsaiti isə özəl sektordan əldə etmişik.Bu da sənə özəl dövlət istehsal münasibətlərinin şəkillənməsi.İlk dəfədəri ki kino istehsalına özəl sector iki milyona yaxın yatırım edib. 1983-cü ildən kino işindəyəm, hələ mən Azərbaycan dövlətinin pulundan başqa milli kino prosesinə bu qədər maliyyə yatırıldığını kənardan görməmişdim.

- 5 ildir müharibə bitib amma müharibəylə bağlı hələ də uğurlu deyiləcək filim çəkilməyib. Səbəb nədir?

- Bu da yalandır. Siz filmləri izləmirsiz? ARKA-nin son iki ildə müharibə haqqında onlarla filmi istehsalata buraxıb.” Hadrut sən azadsan,”Müharibənin gözləri”, “44”,Ölüm axtaran qadın”,Danışır və göstərir Şuşa”,”Vəsiyyət”,”Torpağı sanı yaşayasan”,”Borc”,” Mənə bənzər adam görməmisiniz ki?”,”Ağalı”,” Səssiz zaman”,”Doğma torpaq”,”Geri dönüş”,” Nar qız”,”Tənha insanın monoloqu” kimi filmlər çəkilib. Amma reallığı araşdırmaq peşəkarlığı olmayan naşılar deyirlər ki, müharibə haqqında filimlər çəkilmir. Filim var,çəkilib sadəcə sən ARKA-ya zəng vur dəqiqləşdir və öyrən ki hansı gün Nizami kinoteatrında nümayiş olunur.

- Bina problemini həll edə bilməyən ARKA kinonun problemini necə həll edəcək?

 -Bizim binamız zehniyyatımızdır. Filmlər binalarda çəkilmir. Biz öz başına ofis tikə və ya icarəyə götürə bilmərik, təbii ki, ofis barəsində məsələ qaldırmışıq və Mədəniyyət Nazirliyi bunu tezliklə təmin edəcək.Amma elə bu kiçik otaqda da az iş görmürük.Mənə bu yetir.

- Orxan müəllim hamını ARKA-nın pulu düşündürür.

- (Gülür). Mən bunu bilirəm. Məni isə ancaq iş düşündürür. Əyri elə bilər ki, hamı əyridir. Bizə tutulan absurd iradlardan biri də budur ki, pul niyə hesabda qalır. Oğurlamırıq da… ona görə hesabda qalır. Nə edim oğurlayım?. Mən bura göndərilən kimi monitorinq keçirtdim. Nəticəyə gəldim. Özəl sektoru işə cəlb etməklə dövlət vəsaitinə qənaət etdik. Vergilərdən azad olmağa nail olduq. Posprodakşn müsabiqəsi elan etməklə artıq hazır filmərin ortağı olduq. Hilal Baydarovn “Boşluğa xütbə” filmi və digər filmlər A kateqoriyalı festivvalara düşdü. Qənaət etdiyimiz pul ilə Berlin,Kann ,Venetsiya film festivvalarında pavilyonlar açıb Azərbaycan kinosunu təbliğ etdik.Azərbaycanda iki il dalbadal altı beynəlxalq festival keçirdik. Qorqud ata daxil.

- Molla Nəsrəddin filimini çəkilişinə niyə ARKA nəzarət etdir?

- Molla Nəsrəddin layihəsi “Türksoyun” layihəsidir. Yəni o filimi tək Azərbaycan çəkmir, bütün türk ölkələri çəkir.Bizim boynumza düşən öhdəliyi də icra edirik.

- Molla Nəsrəddin filimini niyə Vaqif Mustafayev çəkir?

- Kim çəksin bəs? Daneliya ölüb. Ryazanov da yoxdur. Ciddiliyə qalsa Vaqif Mustafayev Azərbaycan kino tarixinə düşmüş adamdır. Düşünürəm ki, bu mövzuNU bizdən elə ən yaxşı Vaqif Mustafayev çəkə bilərdi.

- ARKA-nın bədii şurası hansı kriteriyalara əsasən seçilib?

- Bir mənalı olaraq kino camiəsində tanınan adamlar olur. Yəni kənardan gələn biri bədii şuranın üzvü ola bilməz.Yüksək peşakarlar olmalıdırlar.Onlar Mədəniyyət Nazirliyi ilə razılaşdırılıqdan sonra işə başlayırlar.Bizdən məvacib də alırlar. Şəxsən mən bədii şuranın işindən razıyam. Müsabiqədən keçməyənlər əlbəttdə ki, bədii şuranı pisləyəcək.

- Azərbaycanın Yeni kino dalğasını yaradıram demisiz. Bunu necə edəcəksiz? Bu istiqamətdə hansı işlər görmüsüz?

- Bu dalğanı Mədəniyyət nazirliyi yaradır. Biz yeni dalğa dedikdə Azərbaycanda prodyüsser kinosunun yaranışını nəzərdə tuturuq. Yeni dalğa nə deməkdir, yeni dalğa o deməkdir ki, bu günə qədər kino dövlət tərəfindən maliyyələşirdi, amma biz tamamiylə mənzərəni dəyişdik. Dövlət artıq sadəcə operatordur. Bu yeni istehsal yanaşması artıq yeni sənaye dalğasıdır.

- Sizcə milli mənəvi dəyər və milli əxlaq üzərindən müasir kino dili və cərəyanı formalaşdırmaq olar? Məsələn milli mənəvi dəyərlərimizi hansı Avropa və ya Qərb dəyəri ilə mix edib ortaya yeni kino cərəyanı və ya dili çıxartmaq olar?

- Kino dili universal dildir.Bu dildə danışmağı öyrənməliyik.Və özümüzə aid vizual platforma yaratmalıyıq.

- Sizin Agentlik Avropa və Dünya festivallarında iştirak edən, müasir gənc rejissorlara maliyyə ayırmağı üstün tutur yoxsa Azərbaycan ictimaiyyətində güclü mövqeyi yaşlı olan rejissorlara?

- Əlbəttdə gənclərə.

İlkin Naib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri