Icma.az
close
up
RU
“Millimiz Avropa çempionatına çox yaxşı hazırlaşmışdı” Taleh Nəsibov

“Millimiz Avropa çempionatına çox yaxşı hazırlaşmışdı” Taleh Nəsibov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Millimiz Avropa çempionatına çox yaxşı hazırlaşmışdı” - Taleh Nəsibov

“Oyunlarımız çox çətin keçdi. Qrupda birinci olduq. Bundan sonra pley-offda bizi çox güclü rəqiblər gözləyirdi”.

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov milli komandamızın tarixində ikinci dəfə Avropa çempionu olmasını şərh edərkən deyib. 

O, qazanılan uğuru komandanın hazırlığını yüksək səviyyədə olması ilə əlaqələndirib: “Rəqiblər güclü olsa da, komandamız turnirə çox yaxşı hazırlaşmışdı. Fiziki durum yaxşı idi. Bunun sayəsində ardıcıl qələbələrlə finala adladıq. Həlledici görüşdə də qalib gəlməklə ikinci dəfə Avropa çempionu olduq. Biz həm də son dünya çempionuyuq. Bu onu göstərir ki, uşaqların hazırlığı tam yerində idi”. 

Federasiya rəsmisi qazanılan uğurda azarkeşlərin də rol oynadığını söyləyib: “Slovakiyadakı səfirliyimizin əməkdaşlarına minnətdarlığımızı bildiririk. İlk gündən bizim yanımızda oldular. Komandanı turnir boyu dəstəklədilər. Hər oyunumuzda zala istər Bratislavada, istərsə də Avropanın digər şəhərlərində yaşayan həmyerlilərimiz toplaşırdılar. Eləcə də Azərbaycanda komandamıza çox güclü dəstək var idi. Bu dəstəyin qarşılığında komandamız hər oyuna qələbə üçün çıxırdı. Yekunda da çempion olduq”.

T.Nəsibov ölkə rəhbərliyinin milli komandamıza dəstəyini xüsusi vurğulayıb: “Cənab Prezidentimizə təşəkkürümüzü bildiririk. Vətənə qayıdan kimi dövlət başçımız tərəfindən Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılması haqda sərəncamı eşitdik. Həm federasiyamız, həm də komandamız adından cənab Prezidentimizə minnətdarıq. Daim dövlət başçımız bizə diqqət göstərir. Bu, bizi çox qürurlandırır. Məhz bu diqqət və qayğının nəticəsi daim komandamızın qazandığı uğurlu nəticələrdə böyük rol oynayır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 İyun 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri