Icma.az
close
up
RU
525ci qəzet “Federasiya olaraq Bakıdakı dünya çempionatına ciddi hazırlaşırıq” Taleh Nəsibov

525ci qəzet “Federasiya olaraq Bakıdakı dünya çempionatına ciddi hazırlaşırıq” Taleh Nəsibov

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibovun müsahibəsi

- Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla birgə ölkə çempionatının IX turunun mərkəzi oyununu - “Zirə” - “Birbaşa” matçını canlı izlədiniz. “Birbaşa”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşü necə edərdiniz?

- Maraqlı oyun oldu. Hər iki komanda qələbəyə layiq idi. “Birbaşa” matçın gedişində rəqib qapısına doğru 6-7 zərbə vurdu, onlardan da üçü qolla nəticələndi. “Zirə” isə əksinə, daha çox çalışsa da cəmi iki dəfə fərqlənə bildi. Dirəkdən qayıdan topları da oldu. Bəlkə də bunları nəzərə alaraq heç-heçə daha ədalətli nəticə olardı.

- Necə düşünürsünüz, ötən illə müqayisədə “Birbaşa” və “Zirə”də inkişaf hiss olunur?

- Bəli, hər iki komanda inkişaf edir. Bu da federasiyamızın uğurudur. “Birbaşa” Çempionlar Liqasının qalibi oldu. Bu uğurdan sonra gənclər və idman naziri Fərid Qayıbovla birgə federasiyamızın prezidenti Orxan Məmmədov komandanın üzvləri ilə görüşdü. Həmin görüşdə  “Birbaşa”nın rəhbəri Ramin Hacıyev də iştirak edirdi.

- Razısınız ki, “Birbaşa”nın Çempionlar Liqasının qalibi olması həm də Azərbaycan Minifutbol Federasiyasının işini düzgün qurmasının nəticəsidir?

- Bu haqda bəlkə də mənim fikir bildirməyim düzgün çıxmaz. Amma onu deyə bilərəm ki, maksimum dərəcədə çalışırıq ki, buraxdığımız hansısa səhv addımları gələcəkdə təkrarlamayaq və federasiyanın işini uğurlu istiqamətdə yönəldək. İş gedir. Çempionatın təşkili, oyunların canlı yayımlanması, marketinq tərəfi, sosial şəbəkələr və s. Sevindirici haldır ki, hətta Gənclər və İdman Nazirliyinin federasiyalarla iclaslarında Minifutbol Federasiyası nümunə kimi göstərilir.

- Gələn il Bakı minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Mötəbər yarışa hazırlıqlar necə gedir?

- Dünya çempionatına hazırlıq gedir. Artıq kubok və medalların hazırlanması prosesinə başlanılıb. Dünya çempionatının keçiriləcəyi məkan bəllidir, oyunlar Gimnastika Arenasında keçiriləcək. Bu ay Gənclər və İdman Nazirliyində geniş toplantı keçiriləcək. Həmin iclasda hər istiqamət üzrə nümayəndələr təyin olunacaq. Dünya çempionatında iştirak edəcək komandaların yerləşəcəyi məkanlar da bəllidir. Açılış və bağlanış mərasimləri ilə bağlı da işlər davam etdirilir. İndidən deyə bilərəm ki, möhtəşəm tədbir olacaq. Dünya çempionatına hazırlıq prosesi federasiyamızın prezidenti Orxan Məmmədovun da daim diqqətindədir. O da istəyir ki, mundial möhtəşəm səviyyədə, necə deyərlər, adımıza layiq təşkil olunsun. Buna görə də, hər xırda detalla da maraqlanır, öz tövsiyələrini verir. Biz də Orxan müəllimin işə həssas yanaşmasını nəzərə alaraq, federasiya olaraq hər detala daha diqqətli yanaşırıq.

- Turnir üçün milli komandamızın hazırlıq prosesi artıq müəyyənləşib? Baş məşqçi ilə bu barədə söhbət olub?

- Əlbəttə, bu barədə söhbətlərimiz olur. Dünya çempionatından öncə beynəlxalq turnirdə iştirak etmək istəyirik. Həmin yarış Monteneqroda təşkil edilə bilər. Hazırda bu barədə danışıqlar gedir. Çalışırıq hazırlıq prosesi ilə bağlı hər şey baş məşqçimiz Elşad Quliyevin istədiyi kimi olsun. Ona görə də toplanışın məkanı onun seçimidir. Bildiyiniz kimi, Avropa çempionatı öncəsi Monteneqroda turnirdə iştirak etdik. Oradakı atmosfer çox xoşuma gəlmişdi. Üstəlik, komandamız da həmin yarışın qalibi oldu.

- Əvvəlki dünya çempionatında dördüncü yeri tutduq. Bu dəfə ev sahibi olduğumuzu nəzərə alsaq, demək olar ki, hədəf yalnız çempionluqdur?

- Əlbəttə. Lakin bu, asan məsələ deyil. Dünya çempionatında 32 komanda iştirak edəcək. Komandalar güclənir, heç kim yerində saymır. Biz də dayanmırıq, öz üzərimizdə işləyirik. Məqsədimiz daim irəli getməkdir. Dünya çempionatında da ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Millimiz favorit komandaların sırasındadır.

- Bir müddətdir minifutbol arenasının inşası ilə bağlı müzakirələr gedir. Bu məsələdə hər hansı yenilik var?

- Hələlik müəyyən daxili məsələlər var ki, tam olaraq cavabını tapmayıb. Onun üzərində iş gedir. Federasiya olaraq qarşımızda ən birinci məqsəd Azərbaycan üçün böyük minifutbol bazasının, arenasının inşasıdır. Orada minifutbol üzrə dünya və Avropa çempionatları, eləcə də Çempionlar Liqasının oyunları keçirilə bilər. Bu halda sözügedən yarışları istənilən vaxt rahatlıqla qəbul edə bilərik. Təbii ki, Dünya Minifutbol Federasiyasının tam standartlarına cavab verən stadionun inşa olunmasını istəyirik. Tennis akademiyasının arenasından narazılığımız yoxdur. Ölkə çempionatının oyunları burada keçirilir, üstəlik, daha əvvəl müxtəlif beynəlxalq turnirlər də bu arenada baş tutub. Lakin arenanın ölçüləri standartlara tam uyğun deyil. Kiçik də olsa, fərqlər var.

- Minifutbola maraq dünyada günü-gündən artır. Beynəlxalq qurumlar tərəfindən minifutbolun tanınması məsələsində bir yenilik var?

- Xeyr, hələ ki, yeni xəbər yoxdur. Amma biz beynəlxalq qurumların iclaslarında iştirak edirik. Həmin toplantılarda minifutbolun Olimpiya Oyunlarına salınması, yaxud da FİFA, UEFA tərəfindən tanınması barədə məsələ qaldırırıq. Bunun üzərində beynəlxalq qurumlar da çalışırlar. Biz də öz tərəfimizdən nə kömək lazımdırsa, əlaqələrdən istifadə edirik, müəyyən danışıqlara gedirik. Sadəcə reallıqlar var. Minifutbol son illər çox inkişaf edib. Avropada lap çox. Fikrimcə, gec-tezi var. Biz də Azərbaycanda bu idman növünü 2017-ci ildən bu yerə gətirmişik. Yeddi il ərzində gördüyümüz işlər göz qabağındadır. Həm vəsait xərclənib, həm də böyük əmək sərf olunub. Hesab edirəm ki, başqa federasiyalardan geri qalmırıq. Nə qədər adam burada çalışır, yarışır. Gənclərimiz sağlam həyat tərzi sürürlər, pis vərdişlərdən uzaqdırlar. Bu, bizim üçün çox mühüm məsələdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri