Icma.az
close
up
RU
Millimizə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarladı

Millimizə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarladı

İsveç millisinin ulduz futbolçusu Viktor Qyökereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

Moderator.az xəbər verir ki, 26 yaşlı hücumçu bu göstəricini sözügedən oyunda "poker" etməklə nail olub.

Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç millisində bir görüşdə dörd qol vuran ilk oyunçudur.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında dörd dəfə fərqlənmişdi. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda da eyni uğura imza atmışdı.

seeBaxış sayı:15
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri