Azərbaycan millisinə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveç millisinin ulduz futbolçusu Viktor Qyökereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu bu göstəricini sözügedən oyunda "poker" etməklə nail olub.
Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç millisində bir görüşdə dörd qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında dörd dəfə fərqlənmişdi. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda da eyni uğura imza atmışdı.

Millimizə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarladı
20 Noyabr 2024 13:45
Qyökereş Azərbaycanla matçda İbrahimoviçin uğurunu təkrarlayıb
20 Noyabr 2024 11:19
İsveçli hücumçu Azərbaycan millisi ilə matçda Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
20 Noyabr 2024 10:36
Siani Zlatan İbrahimoviçin nifrət etdiyi futbolçunun adını açıqlandı
13 Dekabr 2024 12:48
“Barselona” Viktor Qyökereş ilə maraqlanır
10 Yanvar 2025 23:43

