Icma.az
close
up
RU
Millimizin baş məşqçisi : Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram

Millimizin baş məşqçisi : Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev və futbolçusu Əli Bəşirov Qəbələdə təşkil olunan 3-cü MDB Oyunlarında Rusiya yığmasına qarşı keçirilən final görüşündən (2:3) sonra fikirlərini bildiriblər.

Sportal.az xəbər verir ki, Nəbiyev komandanın güclü rəqibə qarşı layiqli mübarizə apardığını söyləyib:

“Rəqibin bu turnirdəki ilk iki oyununu təhlil etmişdik. Bu gün taktiki cəhətdən istədiyimiz hər şey birinci hissədə uğurlu alındı. Fasilədən sonra da ardıcıl iki qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi. Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur. Bu gün də ikinci hissənin ortalarından etibarən komandada eniş yaşandı. Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdir. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdür. Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik. Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.

Əli Bəşirov məğlubiyyətə görə məyus olduqlarını deyib:

“Rusiya yığmasının keyfiyyətli rəqib olduğunu bilirdik. Lakin bu gün biz daha yaxşı çıxış etdik, gözəl oyun sərgilədik. 2:0 hesabı ilə önə keçdikdən sonra 3 qol buraxmaq üzücüdür. Buna baxmayaraq, komandamızla fəxr edirik”.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Oktyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri