Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: “Böyük komandalara qarşı OYNAYANDA...”

Millimizin baş məşqçisi: “Böyük komandalara qarşı OYNAYANDA...”

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev komandanın Avopa çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis İsveçrəyə 0:8 hesabı ilə məğlub olduqları oyunda komandanın gücünün yetmədiyini vurğulayıb:

“İlk matçda rəqib çox güclü idi. Bilirdik ki, İsveçrə konkret birinci yer üçün oynayacaq. Bu gün belə komandalara qarşı oynamağa çətinlik çəkirik. Bacardığımızı etdik. İlk hissədə 0:2 hesabı ilə geridəydik, ikinci yarıda isə gücümüz çatmadı. İkinci oyunda Estoniya ilə görüşdük. İsveçrəyə baxanda zəif, bizdən isə güclü idilər. İlk matçda Kipri 3:0 hesabı ilə məğlub etmişdilər. Üçüncü görüşdə itirəcək bir şey yox idi. Qızlara dedim ki, çıxın, oynayın. Açıq futbol göstərməyə çalışmağımıza baxmayaraq, uduzduq”.

Ağayev komandanın zəif olmasının səbəbini seçimlər və ölkə çempionatının başlamaması ilə əlaqələndirib:

“Qısası, indi gücümüz buna çatır. Çatışmayan odur ki, seçimlər zamanı çətinlik çəkirəm. Digər səbəb çempionatın hələ başlamamasıdır. Başqa ölkələrdə artıq I dövrə bitir, bizdə isə hələ çempionata start verilməyib. Qızlar çox hazırlıqsız idi. Belə olan halda bu cür səviyyəli turnirlərdə oynamaq çox çətindir”.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində yer aldığı B Liqasının V qrupunda İsveçrə millisinə 0:8, Estoniya və Kiprə isə 0:3 hesabı ilə məğlub olub. idman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri