Icma.az
close
up
RU
Milli komandanın çıxışı birmənalı qiymətləndirilmir ŞƏRH EDİLDİ

Milli komandanın çıxışı birmənalı qiymətləndirilmir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan milli komandası üçün nəticələr həm uğurlu, həm də gözlənilməz oldu. Yarışa böyük ümidlərlə yollanan yığmamız, bəzi əsas idmançılardan gözlənilən nəticəni ala bilmədi. Ən çox diqqət çəkən məqamlardan biri isə 73 kq çəki dərəcəsində çıxış edən, dünya və Avropa çempionu Hidayət Heydərovun ilk mərhələdə yarışdan kənar qalması oldu". Bu sözləri SİA-ya açıqlamasında paralimpiyaçı cüdoçu İlham Zəkiyev deyib.

Onun sözlərinə görə, Heydərov portuqaliyalı Otari Kvantidze ilə görüşdə şido (cəza) ilə məğlub olaraq gözlənilməz şəkildə mübarizəni erkən dayandırdı. Bu məğlubiyyət onun 22 ay davam edən və 21 görüşlük ardıcıl qələbə seriyasına son qoydu və milli komanda üçün böyük təəssüf doğurdu: "Bununla belə, komandamız üçün təsəlliverici nəticə 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayevdən gəldi. O, uğurlu çıxışı ilə bürünc medal qazandı. Yarımfinalda məğlub olmasına baxmayaraq, təsəlliverici görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan rəqibi Nuqzari Tatalaşviliyə qarşı qızıl xal hesabı ilə qalib gələrək dünya çempionatında üçüncü yeri tutdu. Bu medal həm komandanın medal hesabını açdı, həm də Azərbaycanı turnirin ilk 15 komandası sırasında qərarlaşdırdı.

Ümumilikdə, milli komandanın çıxışı birmənalı qiymətləndirilmir. Hidayət Heydərov kimi aparıcı idmançının erkən mərhələdə yarışdan çıxması gözləntiləri alt-üst etsə də, Tçkayevin qazandığı medal komandaya ruh verdi. Cüdo Federasiyası və məşqçilər heyəti bu nəticələri ciddi analiz edərək qarşıdakı yarışlarda daha güclü çıxış üçün hazırlıqların gücləndiriləcəyini bildirib. Bu çempionat, həm zəif cəhətləri görmək, həm də gələcək üçün strategiyanı düzgün qurmaq baxımından mühüm bir sınaq oldu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri