Millimizin yeni baş məşqçisi: “Komandanı formalaşdırmaq üçün çox iş görməliyik”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Milli komandada işləmək böyük məsuliyyət və şərəfdir”.
İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Yevgeni Kukseviç deyib.
53 yaşlı rusiyalı mütəxəssis təyinatına münasibət bildirib. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, komandanı formalaşdırmaq üçün çox iş görülməlidir: “İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.
Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsi Kukseviçin yığmaya təyinatını təsdiqləyib. Onunla 1 illik müqavilə imzalanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















