Millimizlə oyun öncəsi Lixtenşteynə ağır zərbə
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Lixtenşteyn yığması qarşıdakı oyunlar öncəsi kapitan Nikolas Haslerin xidmətindən məhrum olub.
İdman.Biz xəbər verir ki, Lixtenşteyn Futbol Federasiyası bu gün 35 yaşlı futbolçunun zədə səbəbindən toplanışa qatıla bilməyəcəyini açıqlayıb.
“Vaduz”un üzvü klubunun “Sion”la qarşılaşmasında zədələnib. Baş məşqçi Konrad Fyunfştyuk kapitanın yoxluğunu ciddi itki kimi qiymətləndirib:
“Kapitan Nikolas Haslerin yoxluğu bizə ağır zərbədir. O, milli komandanın aparıcı futbolçusudur”.
Haslerin əvəzinə heyətə 27 yaşlı Manuel Mikus çağırılıb. Onun noyabrın 10-da Ruqqeldə keçiriləcək ilk məşqə qoşulması gözlənilir.
Fyunfştyuk hələ noyabrın beşində heyəti açıqlayarkən bir neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcəyini demişdi. Mütəxəssis kiçik ölkə üçün hər itkinin daha ciddi çətinlik yaratdığını, yaranmış vəziyyətin digər oyunçulara məsuliyyət götürmək imkanı verdiyini söyləmişdi.
23 nəfərlik ilkin heyətdə “Vaduz”un ikinci komandasının 19 yaşlı müdafiəçisi Yonas Abidi ilk dəfə yer alıb. Qapıçı Tim-Tiado Öri isə çarpaz bağ zədəsindən sonra yenidən milliyə dəvət olunub.
Qeyd edək ki, Lixtenşteyn noyabrın 13-də Vaduzdakı “Reynpark” stadionunda Azərbaycanı qəbul edəcək, 16-da isə səfərdə Litva ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















