Millinin baş məşqçisi çətin vəziyyətə düşdü
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İraq Futbol Federasiyası milli komandanın baş məşqçisi Qrem Arnoldun 2026-cı il dünya çempionatının qitələrarası pley-off oyunları ərəfəsində BƏƏ-ni tərk edə bilmədiyini açıqlayıb.
Ölkə.az xəbər verir ki, hava məkanının bağlanması səbəbindən Arnold BƏƏ-dən çıxa bilmir. Bundan əlavə, yığmanın bir neçə futbolçusu və heyət üzvü Meksikaya viza ala bilmir, çünki hazırda səfirliklər bağlıdır.
“Biz sadiq azarkeşlərimizi əmin edirik ki, vəziyyətlə bağlı həm FİFA, həm də Asiya Futbol Konfederasiyası ilə sıx əlaqədəyik və onlar prosesi nəzarətdə saxlayırlar”, – deyə açıqlamada bildirilir.
Komanda martın 31-də Boliviya – Surinam cütünün qalibi ilə qarşılaşacaq. Görüş Meksikanın Monterrey şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Mart 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















