Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yüzlərlə pilot İrlandiyanın büdcəli "Ryanair" aviaşirkətinə qarşı məzuniyyət pulunun ödənilməməsi ittihamı ilə London məhkəməsində iddia qaldırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
İddianın təşəbbüskarı "Ryanair"də dörd il işləmiş keçmiş pilot Riçard Fillips olub. Onun bu addımını şirkətin 260-dan çox əməkdaşı dəstəkləyib.
Qeyd edək ki, "Ryanair" reyslərin, sərnişinlərin sayına və hava donanmasının həcminə görə Avropanın ən böyük aviaşirkətidir.
"EasyJet France" aviaşirkətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları isə əmək şəraitinin pisləşməsi səbəbindən avqustun 7-dən sentyabrın 2-dək tətil elan ediblər.
Vurğulanıb ki, aksiyaların keçirilmə tarixi hələ dəqiqləşdiriləcək. Bununla yanaşı, işçilərin nümayəndələri "EasyJet France" administrasiyası tərəfindən razılıq veriləcəyi halda, şirkət rəhbərliyi ilə danışıqları davam etdirməyə və tətil barədə xəbərdarlığı ləğv etməyə hazır olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Avqust 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















