Icma.az
close
up
RU
Millinin debütantı: “Fiziki baxımdan onlardan geri qalırdıq”

Millinin debütantı: “Fiziki baxımdan onlardan geri qalırdıq”

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də qarşılaşmadan iki gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Amma biz Bakıda parket örtükdə məşq edir və oynayırıq".

Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rüstəm Bağırov deyib.

Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşmada ilk dəfə millinin formasını geyinən debütant görüş barədə fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlayıb: "Burada meydançanın örtüyü terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, imkanlardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib gəlməli idik".

Bağırov debütü barədə də danışıb: "Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi. Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Bu görüşü doğma meydanda keçirəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, millimiz İsveçə 3:4 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri