Icma.az
close
up
RU
Millimizin debütantı: “Fiziki baxımdan onlardan geri qalırdıq”

Millimizin debütantı: “Fiziki baxımdan onlardan geri qalırdıq”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də oyundan 2 gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Çünki biz Bakıda parket örtükdə məşq edir və oynayırıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rüstəm Bağırov deyib.

Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşmasında ilk dəfə millinin formasını geyinən debütant görüş barədə fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Burada isə örtük terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, şanslardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib ayrılmalı idik”.

Rüstəm debütü barədə də danışıb: “Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi. Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Doğma meydanda keçirəcəyik bu görüşü. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Qeyd edək ki, millimiz Isveçə 3:4 hesabı ilə uduzub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri