Milyard yaşlı muzey eksponatları oğurlandı
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bonn Universitetinin Paleontologiya muzeyindən yüzdən çox daşlaşmış eksponat oğurlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ARD kanalı məlumat yayıb. Oğurlanan eksponatların hər birinin kütləsi 70-100 kiloqram aralığındadır. Onların əksəriyyətinin yaşı 1 milyard ildən çoxdur.
Maraqlıdır ki, naməlum şəxslər vitrinləri qıraraq hər birinin dəyəri 10 min avro olan eksponatları çıxarsalar da, qapılarda heç bir zədə yoxdur. Oğurluğun hansı üsulla törədildiyi müəmma olaraq qalır.
Universitet bütün dünyada muzeylərə və kolleksiyaçılara müraciətində bu eksponatları almamağı xahiş edib.
Xoşbəxtlikdən oğrular ən dəyərli eksponatlar olan qədim at və quş çıxara bilməyiblər. Vitrində onların gipsdən hazırlanan mulyajı yer alırdı. Oğrular məhz bunları aparıblar, orijinal isə fondda qalır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















