Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Muzey eksponatları necə qorunur?

Muzey eksponatları necə qorunur?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Yenə muzey haqqında yazmaq istədim. Amma budəfəki yanaşma bir qədər fərqli oldu. Müasir dövrdə muzey anlayışı da bir növ dəyişib. Muzey artıq yalnız eksponatların nümayiş edildiyi ekspozisiya məkanı deyil. Bu məkanın qoruma və araşdırma sahələri ilə yanaşı, təhlükəsizlik kimi görünməyən tərəfi də var. Məhz bu görünməyən tərəfi araşdırmaq üçün ünvan olaraq Tarix muzeyinə üz tutdum. Həmsöhbətimiz Milli Azərbaycan Tarix Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi şöbəsinin müdiri, dosent Sevinc Vahabovadır.

- Adından da görünür ki, rəhbərlik etdiyiniz şöbə muzeylərdə məsuliyyətli sahə hesab olunur. Tarix muzeyində bu sahənin missiyası ilə başlayaq söhbətə...

- Ümumilikdə muzeylərin əsas missiyası mədəni irsi, tarixi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Bir muzey əməkdaşı olaraq bildirirəm ki, bəli, eksponatların təhlükəsizliyi çox məsuliyyətli və vacib sahədir. Muzeylərdə saxlanılan bütün materiallar, tarixi əks etdirən hər bir eksponat mütləq şəkildə təhlükəsizlik baxımından qorunmalıdır. Təbii ki, bu sahə  bizim Milli Azərbaycan Tarix Muzeyində məsuliyyətdən əlavə, ciddi nəzarətə və təcrübəyə də söykənir. Bunlar ekspozisiyalarda nümayiş etdirilən eksponatlardır ki, vitrinlərə qoyulur, bağlanır, siqnalizasiyaya qoşulur və hər axşam ekspozisiyalar mühafizə xidmətinə təhvil verilir.

- Muzeylərdə ekspozisiyalardan əlavə, fondlar da olur və orada eksponatlar saxlanılır...

- Bəli. Eksponatların sayının çox olması onların hamısının ekspozisiyalarda yerləşdirilməsinə imkan vermir. Muzeyimizdə hər mövzuya aid fondlar var ki, onlarda saxlanılan eksponatların özünəməxsus saxlanma qaydaları mövcuddur. Misal üçün, Etnoqrofik fonda aid eksponatların xüsusi saxlanma qaydaları var. Burada istilik, soyuqluq, işığın düşmə müddəti eksponatların təhlükəsizliyinə xidmət edir. Muzeyimizin bərpa laboratoriyası var. Burada minlərlə eksponat ikinci dəfə həyata qaytarılıb. Muzey dilində onlara "xəstə eksponatlar" deyilir. Təbii ki, onlar sağlam eksponatla yanaşı qoyula bilməz. Həmin "xəstə eksponatlar" bərpa və konservasiya ediləndən sonra ayrıca rəflərə yerləşdirilir ki, sağlamlarla təmasda olmasınlar. Kənardan kiməsə sadə görünən muzey işinin belə incəlikləri çoxdur.

- Söhbətinizdən elə anladım ki, təhlükəsizlik yalnız eksponatların qorunmasıdır...

- Muzey yalnız eksponatlardan ibarət deyil ki... Muzey məhsuldar bir orqanizmə bənzəyir. Bu gün Milli Azərbaycan Tarix Muzeyində on bir fond, bərpa laboratoriyası, kitabxana, fərqli şöbələr fəaliyyət göstərir. Hamıya məlumdur ki, muzeyimizin yerləşdiyi bina vaxtilə messenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi yaşayış mülkü olub və bura deyilənə görə, yüz bir otaqdan ibarətdir. Binanın bir və ikinci mərtəbələri sırf ekspozisiyalara aiddir. Üçüncü mərtəbədə bayaq sadaladığım xidməti sahələr yerləşir. Yəni muzeyin ekspozisiyalardan əlavə, bütün sahələrinin qorunması təhlükəsizlik xidmətinə bağlıdır.

- Təbii ki, muzeydə xüsusilə tarixi və əvəz olunmayan eksponatlar var ki, onların qorunmasının da məxsusi prinsipləri olmalıdır...

- Eksponatların qorunmasında müəyyən olunmuş xüsusi saxlanma qaydaları var. Daha sonra istər ekspozisiyalarda, istər fondlarda saxlanılan eksponatlara mütəmadi olaraq mövsümə uyğun prosedurlar həyata keçirilir - ya günə verilir, ya üzərində hansısa bərpa işləri aparılır. Bizim bir bayraqlar fondumuz var. Burada orta əsr xanlıqlar dövrünə aid bayraqlar saxlanılır. XVIII əsrə aid bayraqlar çox zərif, nazik ipək parçadandır. 1804-cü ildə Gəncə döyüşlərindən sonra Cavad xanın hakimiyyət rəmzi olan bayraqlar işğaldan sonra alınıb və 1888-ci ildə Tiflisdə yaradılan Hərbi Tarix Muzeyinə verilib. Cümhuriyyət dövründə hərbi attaşeyə müraciət olunub ki, həmin bayraqlar dövlətçilik rəmzi kimi Azərbaycana qaytarılsın. Bəzilərini qaytarmaq mümkün olub. Onların arasında Şəki, Bakı, Gəncə, Cənubi Azərbaycanın bəzi xanlıqlarının bayraqları, daha sonra Gəncə xanlığının buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın polad şeşpəri yer alır. Xüsusi tarixi əhəmiyyətli eksponatlardan Şuşa qalasının, Quba, Bakı xanlıqlarının açarları da var. Əvəzolunmaz dediyiniz bu eksponatlar indiyə qədər necə qorunubsa, gələcək nəsilə də elə çatırılmalıdır və bir muzey olaraq təhlükəsizlik xidmətinin səviyyəsini bütün ölçülərə cavab verə biləcək səviyyədə qurmağı bacarmışıq. Amma onu da qeyd etməliyəm ki, həm zaman baxımından, həm müxtəlif təsirlərdən təbii ki, belə eksponatlar deformasiyaya uğrayır. İpək parçadan hazırlanan bayraqların hazırda bərpaya ehtiyacı var. Təəssüf ki, hər mütəxəssis bu işə əl qoya bilmir, biz də belə nadir inciləri yalnız sırf peşəkarlara etibar etmək istəyindəyik. Onların mühafizəsi yüksək səviyyədə qorunur, təmizlik zamanı əl toxunuşuna belə, maksimum dərəcədə riayət edilir ki, xələl gəlməsin.

- Muzeylərin ziyarətçiləri həmişə var. İstər özümüz olaq, istər turistlər, xarici nümayəndələr. Və onlarla təhlükəsizlik arasında balans vacibdir...

- Eksponatların üzərində zal nəzarətçiləri var. Onlar nəzarət etdikləri zalda bütün eksponatların sayını, hərənin yeri haradadır, hansı vəziyyətdə dayanıb bunu əzbər bilir. Bir məsul şəxs olaraq hər gün nəzarət etdikləri zalı onlara təhvil verir, işin sonuna yaxın geri alıram. Onların artıq vitrindəki eksponatlarla bir göz təması var. Ziyarətçilər bir otaqdan digərinə keçərkən onları nəzarətçi müşayiət edir. Belə olan halda ziyarətçinin hansısa bir eksponata toxunması ehtimalı yox dərəcəsindədir.

- Yəni təhlükəsizliyin texniki vasitələrinə baxmayaraq, insan faktoru da əsas olaraq qalır...

- Bəli, insan faktorunun hələ ki rolu qalmaqdadır. Zalların hamısında kameralar quraşdırılıb və onları rahat izləmək olur. Buna baxmayaraq, elə məqamlar var ki, orada insan faktoru mütləq olmalıdır.

- Şöbənizin əməkdaşları bir növ  mühafizəçi funksiyasını daşıyır...

- Elə deməzdim... Ayda bir dəfə eksponatların təmizlik günüdür. Həmin gün vitrinlər siqnalizasiyadan ayrılaraq açılır və eksponatlarla yalnız şöbəmizin əməkdaşları təmasda ola bilər. Bu iş fond əməkdaşları ilə birlikdə görülür. Əgər eksponatda hər hansısa dəyişiklik nəzərə çarparsa, dərhal xəbər verilir, akt tərtib edilərək bərpa laboratoriyasına göndərilir. Bərpadan sonra yenidən yerinə qoyulur. Bütün bu proses yalnız təhlükəsizlik şöbəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Əməkdaşlarımız eksponatların xüsusiyyətləri haqda biliklərə malikdir. Yeri gəlmişkən onu da deyim ki, eksponatların nümayişindən əlavə, muzeydə tədqiqat işləri də gedir. Elmi işçilərimizin əksəriyyəti namizədlik və doktorluq işlərini müdafiə edib. Onların sayəsində fondların kataloqları tərtib edilir, broşürlər, məqalələr toplusu muzeyin vəsaiti hesabına çap olunur. Bu kataloqlar əsasında şöbəmizin əməkdaşlarından savayı, zal nəzarətçiləri də eksponatlar haqqında məlumatlı olurlar.

- Məkandan asılı olmayaraq fövqəladə halların yaranması istisna deyil. Bununla bağlı yəqin ki, təhlükəsizlik planınız var...

- Təbii ki, var... İlkin olaraq təxliyə planı mütləqdir. Hər bir zaldan çıxış yolları mövcuddur. Muzeyin mülki-müdafiə qərərgahı var və orada muzey işçilərinə təlimlər keçirilir. Hər bir əməkdaş hadisə baş verdiyi  halda ziyarətçiləri təhlükəsizlik baxımından tez çıxarma yollarını bilir. Ümumiyyətlə, muzeydə bütün təhlükəsizlik qaydalarına həm nəzarət, həm də riayət olunmalıdır. İstər eksponatların saxlanılması, istər havalandırma sistemi, istər vitrinlərin bağlanması olsun - hamısı ayrılıqda məsuliyyətdir. Bir məqama da toxunum, muzeydə eksponatların hamısı vitrin arxasında deyil. Tağıyevin ev-muzeyində eksponatların əksəriyyəti açıqdadır. Bayaq vurğuladığınız insan faktoru bu halda böyük əhəmiyyət kəsb edir.  Hazırda ekspozisiyada 4900-ə qədər eksponat var. Fondlarda qızıl, silah nümunələri, qədimi parçaların növləri, arxeoloji qazıntıların nümunələri yerləşdirilib. Onların hamısı saxlanılmalı, qorunmalı, təhlükəsizliyi təmin edilməlidir və eyni zamanda nümayiş olunmalıdır.

- Bir neçə dəfə fondlarda saxlanılan eksponatları da vurğuladınız. Amma ziyarətçi onları bir eksponat kimi görmür...

- Elə şeymi olar? Mütəmadi olaraq eksponatlarımız müəyyən vaxtdan sonra başqası ilə əvəz edilir. Bu, bütün muzeylərdə xas bir haldır. Eksponatların sayı, davamlı artması məkan baxımı ilə uzlaşmadığı üçün muzey ekspozisiyaları yeniləmək məcburiyyətindədir. Bu eksponatların həm də təhlükəsizliyi deməkdir. Eksponatlar da hər bir canlı kimi nəfəs almalı, işıq üzü görməlidir, əks halda qapalı şəraitdə onlar məhv olub gedər.

- Kifayət qədər muzey sahəsində təcrübəyə və biliyə maliksiniz. Luvr, Britaniya, Ermitaj kimi muzeylərin təhlükəsizlik xidmətilə illərinizi verdiyiniz muzeyiniz arasında fərqlərə nəzər salmısınız yəqin ki...

- Gəlin belə bir müqayisə aparmayaq. Çünki hər bir muzeyin təhlükəsizlik sistemi onun fondunda qorunan eksponatların dəyərinə, tarixi əhəmiyyətinə uyğun, yerləşdiyi ölkənin qanunvericiliyi çərçivəsində qurulur. Dünya muzeylərində yer alan təhlükəsizlik sistemi uzun illərin təcrübəsi, yüksək maliyyə və müasir texnologiyalar üzərində formalaşıb. Bu baxımdan fərqləri qabartmayaq, çünki bu, heç də zəiflik əlaməti deyil. Hər bir muzeyin öz imkanları daxilində mədəni sərvətləri qorumağa yönəlmiş səyləri dəyərlidir. Milli tarix muzeyləri də öz növbəsində qoruduqları eksponatların milli yaddaş, mədəni kimlik və tarixi irs baxımından əvəzsiz olduğunu yaxşı bilir. Bu baxımdan öz növbəmizdə təhlükəsizlik məsələlərinə həssaslıqla yanaşmaqdan savayı, mövcud imkanlar daxilində yenilənmə və təkmilləşməyə də çalışırıq. Siqnalizasiya sistemi, zallarda quraşdırılan kameralar müasir standartlara cavab verir. Bunu da unutmaq olmaz ki, muzeyin təhlükəsizliyi yalnız texniki avadanlıqlarla ölçülmür. Muzeydə fəaliyyət göstərən peşəkar kadrlar, fond əməkdaşlarının məsuliyyəti, hər bir vəziyyətə hazırlıqlı olmaq, kütləvi ziyarətçilərin düzgün idarə olunması kimi amillərin də əhəmiyyəti böyükdür. Unutmayaq ki, muzeylər yalnız eksponatların saxlanıldığı məkan deyil. Muzey tarixi yaddaşın qorunduğu mədəni bir ocaqdır, onun mühafizə və təhlükəsizliyi hər ölkə üçün özünəməxsus əhəmiyyət daşıyır.  Bir muzey əməkdaşı kimi məni qürurlandıran odur ki, Milli Azərbaycan Tarix Muzeyinə kimliyindən asılı olmayaraq gələn istər öz vətəndaşlarımız olsun, istərsə də əcnəbilər, muzeydən çıxanda Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, mətbuatı, yəni bütün sahələr haqqında məlumat almış olur. Bu, hər şeyə dəyər.

SÖZARDI: Tarix uzaq keçmiş deyil, bu günümüzün yaddaşıdır. Biz onu qoruduqca, o da bizi qoruyur, kimliyimizi xatırladır. Muzeylər isə bu yaddaşın sakit və sədaqətli keşikçiləridir.

Tamilla M-ZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see256

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see240

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see237

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see236

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see228

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see222

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see222

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see218

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see216

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see215

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see212

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see211

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see206

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see196

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see194

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see189

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see186

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see183

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri