Icma.az
close
up
RU
Milyarder zənn etdib qaçırtdılar Ulduzların bərbərinə 9 saat işgəncə verildi

Milyarder zənn etdib qaçırtdılar Ulduzların bərbərinə 9 saat işgəncə verildi

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Belçikalı məşhur futbol ulduzlarının şəxsi bərbəri Kventin Sepeyljak onu kriptovalyuta milyarderi hesab edən bir cinayətkar dəstə tərəfindən Londonda qaçırılıb. 

Qaynarinfo xəbər verir ki, 21 yaşlı Sepeyljak 500 min funt-sterlinq girov tələbi ilə saxlanılıb və saatlarla işgəncəyə məruz qalıb.

Kventin Sepeyljak "TikTok" və "Instagram" vasitəsilə tanış olduğu 20 yaşlı Davina Raaymakers ilə əlaqə saxlayıb. Özünü uğurlu kriptovalyuta sərmayəçisi kimi təqdim edən Raaymakers, Sepeyljakı Londonda lüks bir mənzildə qonaq etmək istədiyini bildirib.

5 may tarixində Brüsseldə Raaymakers ilə görüşən Sepeyljak onunla birlikdə Londona yola düşüb. Londonda, Shepherd’s Bush bölgəsindəki bir mənzilə gətirilən Sepeyljak burada Raaymakers və onun dəstəsi tərəfindən qaçırılıb.


Davina Raaymakers 

Dəstə üzvləri Sepeyljakın boğazına bıçaq dirəyib, ayağından yaralayıb və qarnına zərbələr endiriblər. 9 saat davam edən işgəncələr zamanı ona ölüm təhdidi olan bir video göstərilib. Cinayətkarlar Sepeyljakın milyarder olduğunu bildiklərini və pul ödənilməzsə, mənzildən sağ çıxmayacağını deyiblər. Sepeyljak isə bank hesabında cəmi 6.71 funt-sterlinq olduğunu göstərib.

Dəstə üzvləri Sepeyljakın pulu olmadığını anlayınca girov tələblərini əvvəlcə 50 min funt-sterlinqə, sonra isə 2 min funt-sterlinqə qədər endiriblər. Nəhayət, bu məbləğ qarşılığında Sepeyljak azadlığa buraxılıb və St.Pancras stansiyasına aparılaraq pasportu və telefonu ona qaytarılıb.

Sepeyljakın Belçikadakı dostunun polisə məlumat verməsi ilə London polisi araşdırmaya başlayıb. Dəstənin onu saxladığı, Airbnb vasitəsilə icarəyə götürülən mənzilə baxış keçirilib və cinayətkarların izi müəyyən edilib.


Adlan Haci

Davina Raaymakers, onun sevgilisi Adlan Haci, həmçinin Aleksandr Xalil və Ömər Şərif İslevort Kral Məhkəməsində şantaj ittihamını etiraf ediblər. Məhkəmədə ifadə verən Sepeyljak yaşadığı travmadan sonra yuxu problemləri və güvən çətinlikləri ilə üzləşdiyini bildirib. Hakimiyyət, təqsirləndirilən şəxslərin uzun müddətli həbs cəzası alacağını açıqlayıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri