Icma.az
close
up
RU
Milyarderlərin ömür uzatma yarışı: RTR242 nin sirri nədir?

Milyarderlərin ömür uzatma yarışı: RTR242 nin sirri nədir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Texnologiya dünyasının ən varlı adları yaşlanmanı dayandırmaq və ömrü uzatmaq üçün milyardlarla dollar sərmayə yatırır. 

Qaynarinfo xəbər verir ki, laboratoriyalarda gənclik vəd edən dərmanlar hazırlanır, hüceyrələr proqramlanır, süni intellekt işə qoşulur. Bəs indiyədək hansı nailiyyətlər əldə olunub, kim nə qədər xərcləyib və doğrudanmı zamanı geri çevirmək mümkündür?

"Retro Biosciences və RTR242

Bu yarışda diqqət çəkən mərkəzlərdən biri "OpenAI” rəhbəri Sem Altmanın dəstəklədiyi "Retro Biosciences” şirkətidir. Məqsəd – insan biolojisini gəncləşdirmək və ömrdə ən azı 10 sağlam il əlavə etməkdir.

2021-ci ildə qurulan şirkətə Altman şəxsi sərvətindən 180 milyon dollar yatırıb. Şirkətin rəhbəri Co Betts-Lakrua əvvəllər dünyanın ən kiçik kompüterini hazırlamış alimdir. Onun hazırkı iddiası isə daha böyükdür: yaşlanmanı geriyə çevirəcək müalicələr tapmaq.

İlk klinik sınaqlar üçün seçilən molekul – RTR242-dir. Bu preparat yaşlanma ilə zəifləyən və Altsheymer kimi xəstəliklərə səbəb olan otofaji prosesini bərpa etməyi hədəfləyir. Otofaji – hüceyrələrin zədələnmiş və ya lazımsız strukturlarını təmizləyib yenidən istifadə etməsini təmin edən təbii bir prosesdir.

RTR242 hüceyrədaxili tullantıları təmizləyərək neyrodejenerativ xəstəliklərin əsas səbəblərindən birini aradan qaldırmağı nəzərdə tutur. Digər dərmanlar amiloid yığıntılarını hədəf alsa da, "Retro” daha fundamental yanaşma ilə beynin özünü sağaltma mexanizmini işə salmağa çalışır.

Süni intellektlə əməkdaşlıq

"Retro”nun ən mühüm addımlarından biri "OpenAI” ilə əməkdaşlıqdır. Bu çərçivədə xüsusi uyğunlaşdırılmış "GPT-4b mikro” adlı model zülal dizaynı və hüceyrə proqramlaşdırmasında istifadə olunur. Bu texnologiya laboratoriyada gəncləşdirici təsirə malik zülalların hazırlanmasına imkan yaradır.

Hüceyrələrin yenidən proqramlaşdırılması Silikon vadisində uzunömürlülük üçün ən məşhur strategiyalardan biridir. Məqsəd – yaşlı hüceyrələri gəncləşdirmək, hətta sıfırdan bərpa etməkdir.

Digər layihələr

"Retro” yalnız RTR242 üzərində dayanmayıb:

* RTR890 - Qan xəstəlikləri üçün xəstənin öz hüceyrələrindən yeni qan kök hüceyrələri yaratmaq,

* RTR888 - Sinir sistemi xəstəliklərinin müalicəsi üçün kök hüceyrə əsaslı terapiya hazırlamaq.

Şirkətin əsas hədəfi ömrü yalnız uzatmaq deyil, son günə qədər sağlam və enerjili qalmaqdır.

Milyarderlərin yatırımları

Bu sahəyə yalnız Altman deyil, digər texnologiya nəhəngləri də sərmayə qoyur:

* Peter Tiel – "Unity Biotechnology”, "Methuselah” fondu və kriyonika sahəsində milyonlarla dollar dəstək.

* Lerri Ellison – "Ellison Tibb Fondu” vasitəsilə 600 milyon dollardan çox sərmayə, həmçinin xərçəng araşdırmalarına böyük ianələr.

* Lerri Peyc – "Calico Labs” şirkəti ilə yaşa bağlı xəstəliklərin müalicəsinə yönələn araşdırmalar.

* Sergey Brin – Parkinson xəstəliyi üzərində araşdırmalara və "Verily Life Sciences” layihəsinə 1 milyard dollardan artıq dəstək.

* Mark Zukerberq – "Chan Zuckerberg” təşəbbüsü və "Breakthrough” mükafatı ilə elmi araşdırmalara milyonlarla dollar dəstək.

* Ceff Bezos – "Altos Labs” şirkətinə yatırımla hüceyrə gəncləşdirilməsi sahəsində öncül işlər.

* Brayan Conson – şəxsi "Project Blueprint” proqramı ilə ciddi həyat rejimi tətbiq edərək bioloji yaşını 5,1 il geriyə qaytardığını elan edib.

Qlobal maraq və mübahisələr

Mövzu artıq siyasət səviyyəsinə də çıxıb. Çin lideri Si Sinpin və Rusiya prezidenti Vladimir Putin, yaxın vaxtlarda insan ömrünün 150 ilə qədər uzana biləcəyini müzakirə ediblər. 

Bütün bu təşəbbüslər həm həyəcan doğurur, həm də etik mübahisələr yaradır. Kimlərinə görə bu, insanlığın gələcəyini dəyişə biləcək böyük bir irəliləyişdir, digərlərinə görə isə ölümlə aparılan bahalı və bəlkə də nəticəsiz bir mübarizədir.

Lakin aydın görünür ki, texnologiya milyarderləri yalnız texnologiyanı deyil, zamanı da idarə etməyə çalışırlar.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri