Icma.az
close
up
RU
Milyarderlərin bahalı boşanmaları Siyahı

Milyarderlərin bahalı boşanmaları Siyahı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu yaxınlarda 12 illik məhkəmə çəkişməsindən sonra London Apellyasiya Məhkəməsi tarixi qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, məhkəmənin qərarına əsasən, rusiyalı milyarder Vladimir Potaninin sərvətinin 70%-i keçmiş həyat yoldaşı Nataliya Potaninaya veriləcək.
Potanina keçmiş ərindən “Norilsk Nikel”dəki səhmlərinin 50%-ni, 2014-cü ildən bəri bütün dividendlərin yarısını və Rusiyadakı daşınmaz əmlakdan 150 milyon dollar tələb edir. Onun iddialarının ümumi məbləği təxminən 17 milyard dollardır.
Qeyd edək ki, Potaninlər 1983-cü ildən ailə həyatı qurublar, üç övladları olub. 2013-cü ildə Vladimir boşanma üçün müraciət edib və 2014-cü ildə nikah rəsmən pozulub. O vaxt Nataliya yalnız 41,5 milyon dollar əldə edib. Vəkillərin sözlərinə görə, bu, cütlüyün sərvətinin 1%-dən də az olub. Nataliya isə 84 milyon dollar tələb edirdi.
Onu da qeyd edək ki, bu, milyarderlərin boşanmaları arasında ilk böyük qalmaqal deyil. Oxşar məhkəmə işləri və ödənişlər bir çox məşhur iş adamlarının taleyində də baş verib.
Dmitri və Yelena Rıbolovlev
Onlar 1987-ci ildə ailə qurublar. 2008-ci ildə Yelena ərinin xəyanətini əsas gətirərək boşanma üçün məhkəməyə müraciət edib. Daha sonra iddia edib ki, Dmitri əmlak bölgüsündən yayınmaq üçün aktivləri qızlarının adlarına keçirsə də, onlara nəzarəti saxlayıb. 2010-cu ildə İsveçrə məhkəməsi milyarderin əsas aktivlərini dondurub. 2014-cü ildə məhkəmə Dmitrinin sərvətinin yarısını – 4,5 milyard dolları həyat yoldaşına verməsinə qərar verib. Amma apellyasiya qərarı bu məbləği 604 milyon dollara endirib. Yelena həm də İsveçrədə iki ev alıb.
Roman və İrina Abramoviç
Roman Abramoviç və keçmiş stüardessa İrina Malandina 16 il evli qalıblar, beş övladları olub. Onların boşanması milyarderin Daria Jukova ilə münasibəti barədə yayılan şayiələrlə üst-üstə düşüb. Boşanma zamanı İrina 300 milyon dollar alıb. Bundan başqa, Qərbi Susseksdə ev, iki London mənzili, Fransada bir şato və Abramoviçin yaxtası ilə təyyarəsindən istifadə hüququ əldə edib. Biznes aktivləri bölgüyə daxil edilməyib.
Boris Berezovski və Qalina Beşarova
Berezovski 1991-ci ildə Qalina Beşarova ilə evlənib. 2011-ci ildə məhkəmə onların boşanmasını təsdiqləyib. Qalina keçmiş ərindən 220 milyon funt-sterlinqə qədər, yəni 350 milyon dollara yaxın vəsait əldə edib. Ancaq Beşarova sonradan dostlarına “heç nə almadığını” iddia edib.
Ceff Bezos və Makkenzi Skott
“Amazon”un qurucusu Ceff Bezos və həyat yoldaşı Makkenzi Skott 25 illik evlilikdən sonra 2019-cu ildə boşanıblar. Makkenzi  “Amazon” səhmlərinin 4%-ni əldə edib ki, bu da 35 milyard dollardan çox dəyər edir. Sonradan o, böyük xeyriyyə fəaliyyətinə başlayıb və 1600-dən çox təşkilata 14 milyard dollar bağışlayıb.
Bill və Melinda Qeyts
Bill və Melinda Qeyts 27 illik evlilikdən sonra 2021-ci ildə ayrılıblar. Boşanma zamanı Melinda 3 milyard dollardan çox dəyərində aktivlər əldə edib. Boşanma səbəbləri arasında Bill Qeytsin Ceffri Episteynlə əlaqələri və işçi ilə münasibətləri göstərilir. Melinda 2024-cü ildə Qeyts Fondunu tərk edib və 12,5 milyard dollarla qadınlar və ailələr üçün xeyriyyə layihələrinə yönəlib.
Rupert və Anna Merdok
Mediamaqnat Rupert Merdok ikinci həyat yoldaşı Anna ilə 32 il evli qalıb. 1999-cu ildə boşanma razılaşması 1,7 milyard dollar olub. Daha sonra Merdok daha iki dəfə evlənib və boşanıb. 2024-cü ildə o, 93 yaşında yenidən ailə qurub.
Sergey Brin və Nikol Şanahan
“Google”un həmtəsisçisi Sergey Brin 2018-ci ildə hüquqşünas Nikol Şanahanla ailə qurub. Onların bir qızları olub. 2023-cü ildə boşanıblar. Şanahanın aldığı vəsait açıqlanmasa da, Brinin səhmlərindən ona təxminən 390 milyon dollar ötürüldüyü bildirilir.
İlon Mask və Talulah Riley
Milyarder İlon Musk iki dəfə Talulah Riley ilə evlənib və iki dəfə də boşanıb. İlk boşanma 2012-ci ildə baş verib və Riley 4,2 milyon dollar alıb. İkinci boşanma isə 2016-cı ildə olub və bu dəfə Riley 16 milyon dollar əldə edib.
Donald və İvana Tramp
ABŞ Prezidenti Donald Tramp və İvana Zelniçkova 1977-ci ildə evləniblər. 1991-ci ildə boşanarkən İvana 14 milyon dollar, 45 otaqlı malikanə, Tramp Plazada mənzil və ildə bir ay Floridadakı böyük malikanədən istifadə hüququ alıb. İvana Tramp 2022-ci ildə vəfat edib, arxasında 34 milyon dollarlıq sərvət qoyub.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri