Icma.az
close
up
RU
Milyarderlərin pulunun artması iqtisadiyyata ciddi zərər vurur

Milyarderlərin pulunun artması iqtisadiyyata ciddi zərər vurur

Icma.az, Azpost portalına istinadən məlumat verir.

2025-ci ildə milyarderlərin sərvətində müşahidə olunan kəskin artım qlobal iqtisadi bərabərsizliyi daha da dərinləşdirib.

Valyuta.az xəbər verir ki, bu barədə “Oxfam America” tərəfindən yayımlanan son hesabatda bildirilir.

Məlumata görə, ötən il milyarderlərin sərvəti əvvəlki beş ilin orta artım tempindən üç dəfə sürətlə yüksəlib. Bu fonda isə dünya əhalisinin təxminən yarısı yoxsulluq şəraitində yaşayır. 2025-ci ildə qlobal milyarder sərvəti 16 faizdən çox artaraq 18,3 trilyon dollara çatıb.

“Oxfam”un “Resisting the Rule of the Rich” adlı hesabatında vurğulanır ki, super-zənginlər iqtisadi və siyasi təsir imkanlarından istifadə edərək mövqelərini qoruyur, bu isə əmək hüquqlarından tutmuş sosial təminat sistemlərinin dayanıqlılığına qədər bir çox sahədə mənfi nəticələr yaradır.

Hesabata əsasən, milyarderlərin sərvətinin təxminən 60 faizi sahibkarlıq fəaliyyəti nəticəsində deyil, əsasən miras, korrupsiya və ya inhisarçı mövqelər hesabına formalaşır. Xüsusilə iri həcmli miras ötürülmələri yeni bir aristokrat oliqarxiyanın yaranmasına zəmin yaradır. Bu proses tarixi müstəmləkəçilik, sosial ayrı-seçkilik və gender bərabərsizliyi fonunda daha da dərinləşir.

“Oxfam” bildirir ki, inhisarçı şirkətlərin güclənməsi sərvət bərabərsizliyinin əsas səbəblərindən biridir. Bazarları nəzarətdə saxlayan milyarderlər qiymətləri diktə etmək imkanına malik olur və bu, həm istehlakçılara, həm də işçilərə mənfi təsir göstərir. 2025-ci ildə dünyada milyarderlərin sayı ilk dəfə 3 mini ötüb.

Hesabatda Jeff Bezos və Aliko Dangote kimi milyarderlər nümunə göstərilir. Qeyd olunur ki, bu şəxslərin rəhbərlik etdiyi şirkətlər bəzi regionlarda bazarda demək olar ki, inhisarçı mövqeyə sahibdir.

Miras vergilərindən yayınma da əsas problemlərdən biri kimi göstərilir. “Oxfam”un hesablamalarına görə, növbəti 30 ildə indiki milyarderlər 5,2 trilyon dollardan çox sərvəti varislərinə ötürəcək. Bununla belə, ölkələrin üçdə ikisində birbaşa varislər üçün miras vergisi ya mövcud deyil, ya da simvolik xarakter daşıyır.

Hesabatda ABŞ-da mövcud siyasi kurs da tənqid olunur. Bildirilir ki, milyarder prezident Donald Tramp administrasiyası varlı təbəqə üçün geniş vergi güzəştləri tətbiq edib. Proqnozlara görə, 2027-ci ildə qəbul edilən vergi dəyişiklikləri ən yüksək gəlirli 0,1 faiz üçün orta hesabla 311 min dollar əlavə qazanc yaradacaq, aşağı gəlirli ailələrin isə vergi yükü artacaq.

“Oxfam” eyni zamanda iqlim dəyişikliyi məsələsinə də diqqət çəkir. Təşkilatın məlumatına görə, dünyanın ən varlı 0,1 faizi bir gündə, ən yoxsul 50 faiz əhalinin bir il ərzində yaratdığı qədər karbon emissiyası buraxır. Bu tendensiya davam edərsə, qlobal karbon büdcəsi bir neçə həftə ərzində tükənə bilər.

“Oxfam” rəhbərliyi hesab edir ki, artan qlobal bərabərsizlik qəbuledilməzdir və hökumətlər təxirəsalınmaz şəkildə sərvət vergiləri, inhisarçılığa qarşı tədbirlər və sosial ədaləti gücləndirən siyasətlər həyata keçirməlidir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri