Icma.az
close
up
RU
Milyarderlərin sığınacağı kimi tanınan adada kanalizasiya problemi Tualet savaşı

Milyarderlərin sığınacağı kimi tanınan adada kanalizasiya problemi Tualet savaşı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Florida ştatında "milyarderlərin sığınacağı" kimi tanınan İndian Creek adası gözlənilməz bir böhranın mərkəzinə çevrilib: tualet tullantıları problemi ştatın qanunvericilik gündəminə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Florida sahilində yerləşən və yalnız ultra-zənginlərə açıq olan süni İndian Creek Village adası "milyarderlər sığınacağı" ləqəbi ilə tanınır. Quru ilə əlaqə yalnız xüsusi körpü vasitəsilə mümkündür və bu keçid ictimaiyyət üçün qapalıdır. Adanın girişində silahlı mühafizəçilər və yüksək səviyyəli təhlükəsizlik sistemləri mövcuddur.

Bununla belə, adanın sakinləri – aralarında Ceff Bezos da olmaqla – insanlıqla hələ də bir şeyi bölüşmək niyyətindədirlər: tualet tullantılarını.

Zəngin qonşular arasında kanalizasiya çəkişməsi

İndian Creek adasında yeraltı kanalizasiya sistemi yoxdur. Bu səbəbdən tullantıların qonşu Surfside qəsəbəsinin infrastrukturu vasitəsilə regional sistemə ötürülməsi planlaşdırılıb. Lakin Surfside rəhbərliyi bu proses üçün İndian Creekdən 10 milyon dollar ödəniş tələb edib.

İndian Creek isə bu tələbi "şantaj” kimi qiymətləndirib. Adanın hüquqşünası Stefan C. Helfman məsələni belə izah edib: "Biz də onlarınki kimi müstəqil yerli idarəetməyə malikik. Üstəlik Surfside da varlı bir bölgədir. Niyə bizdən pul istəsinlər?"

Məsələ ştat qanunvericiliyinə çıxarıldı

İndian Creek rəhbərliyi problemin həlli üçün Florida ştat qanunverici orqanına müraciət edərək lobbiçilik fəaliyyətinə başlayıb. "New York Times” qəzetinin məlumatına görə, adada yaşayan şəxslərdən biri - prezident Donald Trampın kürəkəni Cared Kuşner də bu prosesdə fəal iştirak edib.

Effektiv lobbiçilik nəticəsində ştat qanunvericiləri, yerli idarələrin bəzi kanalizasiya xətlərinə müdaxilə etməsini və ya ödəniş tələb etməsini qadağan edən maddəni yeni nəqliyyat qanun layihəsinə əlavə ediblər. Qanunun qüvvəyə minməsi üçün yalnız qubernator Ron DeSantisin imzası yetərlidir.

Surfside meri təəccüblə qarşılayıb

Surfside bələdiyyə başçısı Çarlz Burkett İndian Creekin bu qanun dəyişikliyi üçün Tallahasseeyə müraciət etdiyindən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, İndian Creekə ştat rəhbərliyindən zəng gəldikdən sonra vəziyyətdən xəbər tutub. Burkett məsələni belə şərh edib: "Dedilər ki, sadəcə bir qanun çıxararıq və məsələ həll olar".

Milyarderlərin "boru” planı

İndian Creek rəhbərliyi ərazidəki köhnə septik sistemləri ləğv edərək ətraf mühit normalarına uyğun kanalizasiya xətti qurmaq niyyətindədir. Hüquqşünas Helfman, adanın Surfsidedəki ictimai bir küçənin altından 10 sm diametrində bir boru çəkmək istədiyini açıqlayıb. Bu boru vasitəsilə tullantılar birbaşa regional kanalizasiya sisteminə ötürüləcək.

Lakin Surfside rəhbərliyi bu boru üçün inzibati icazə verməkdən imtina edib və dəfələrlə 10 milyon dollar ödəniş tələb edib. İndian Creek bu tələbləri qəbul etməyib.

Ştat müdaxilə etdi

İndian Creek rəsmiləri bu cür problemlərin digər şəhərlərdə də yarana biləcəyi barədə xəbərdarlıq edərək məsələni ştat səviyyəsinə daşıyıblar. Nəticədə Florida ştat qanunvericiliyi, bələdiyyələrin belə layihələri əngəlləməməsi üçün hüquqi dəyişiklik edib. Yeni qanun, septik sistemdən kanalizasiya sisteminə keçid zamanı yerli idarənin razılığı olmadan belə, ictimai küçələrin infrastruktur məqsədilə istifadə olunmasını mümkün edir.

Sistem qurulur, qarşıdurma davam edir

İndian Creek hal-hazırda öz kanalizasiya sistemini inşa edir və yalnız Surfsidedəki bir ictimai küçə vasitəsilə boru bağlantısı qurmaq niyyətindədir. Məqsəd, mahal hökuməti tərəfindən idarə olunan ümumi infrastruktur sisteminə qoşulmaqdır.

Zənginlərin tullantılarını qonşularının infrastrukturu ilə daşımağa çalışması, müasir cəmiyyət quruluşuna ironik bir metafor kimi görünür. Milyardlarla dəyəri olan əmlaklarda yaşayan şəxslər, ən əsas ehtiyaclarını belə başqa bir icmanın resurslarına arxalanaraq qarşılamaq məcburiyyətində qalırlar. Bu isə "var-dövlət” anlayışına dair düşündürücü bir mənzərə yaradır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri