Icma.az
close
up
RU
MİLYARDLARLA ZƏRƏR VƏ BORC İÇİNDƏ OLAN ASC LƏĞV EDİLDİ Siddətli töhmət almış Rzayevi nə gözləyir?

MİLYARDLARLA ZƏRƏR VƏ BORC İÇİNDƏ OLAN ASC LƏĞV EDİLDİ Siddətli töhmət almış Rzayevi nə gözləyir?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

“AzPolitika” Prezidentin saytına istinadla xəbər verir ki, Fərmanda ASC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Fərmana əsasən, Cəmiyyətə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

1.Azərbaycan Respublikasının Prezidentinə:

-Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin icra orqanının yaradılması;

-Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.Nazirlər Kabinetinə:

-Prezidentlə ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

-Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

-Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

-Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

-bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

3.İqtisadiyyat Nazirliyinə:

-Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

-Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;

-Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.

-Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu Prezidentlə ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Qeyd edək ki, “Azərenerji” ASC 1996-cı ildə Prezidentin Fərmanına əsasən ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla, Dövlət Əmlak Komitəsinin 200 saylı 28.12.1996-cı il tarixli Sərəncamı ilə təsis edilib, 1997-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

ASC ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Səhmləri dövlətə məxsusdur.

ASC-yə 10 fevral 2015-ci il tarixdən Balababa Rzayev sədrlik edib. Ötən ay bu vəzifədə onun 10 ili tamam olub. B.Rzayevin yüksək vəzifədə işləri ötən ilin 5 oktyabrına qədər davam edib. Həmin tarixdə Baş nazir Əli Əsədov Balababa Rzayevə şiddətli töhmət elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərnəcamda qeyd olunurdu: “2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilsin”.

Bu cəza Əmək Məcəlləsinin 186 maddəsində nəzərdə tutulub, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin növlərindən biridir.

Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul “Azərenerji” ASC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur.

ASC-nin açıqladığı maliyyə hesabatına görə, 2023-cü ili 175,1 milyon manat xalis mənfəətlə bitirib. Həmin ilin yanvar-oktyabr aylarında "Azərenerji" 347,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, 2022-ci ilə nisbətən 60% və ya 261,4 milyon manat azdır.

Dövlət şirkəti 2022-ci il üzrə 436,5 milyon manat xalis mənfəət açıqlamışdı. Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqələndirilir. Belə ki, şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840,6 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 685,3 milyon manata enib. Yəni satış gəlirləri 155,3 milyon manat azalıb.

“Azərenerji"nin ümumilikdə əməliyyat xərcləri isə 2022-ci ildəki 1,4 milyard manatdan 2023-cü ildə 1 milyard 447,3 milyon manata yüksəlib.

Bundan başqa, ASC-nin açıqladığı rəqəmlərə əsasən 2023-cü ilin sonunda “Azərenerji"də 1 milyard 994,4 milyon manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər isə 2 milyard 164,7 milyon manat idi. Qeyd olunur ki, dövlət şirkətinin cəmi aktivləri 31 dekabr 2023-cü il tarixinə 17,5% artaraq, 5 milyard 313,9 milyon manata çatıb. Bu dövrdə ASC-nin kredit borcu 8% artaraq, 1 milyard 266 milyon manat olub.

Ötən ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub (2022-ci ilin sonunda 1 milyard 172 milyon 998 min manat).

Qeyd edək ki, 2023-cü ildə ASC-nin ən iri elektrik stansiyası “Azərbaycan” İES-in də gəlirləri kəskin azalıb. Belə ki, şirkətin xalis zərəri 2.32 milyon manat təşkil edib.

“Azərbaycan” İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir. Amortizasiya xərcləri 2023-cü ildə 1.83% artımla 46.77 milyon manat, təmir və texniki xidmət xərcləri 55% azalaraq, 2023-cü ildə 3.60 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 12% artaraq, 7.65 milyon manat olub.

Zərərdən sonra bölüşdürülməmiş mənfəət 2023-cü ildə 88.79 milyon manatdan 86.63 milyon manata düşüb.

Rəqəmlərdən də görünür ki, ASC-nin gəliri azalıb, zərər 2 milyardı keçib, kredit borcları artıb və s.

Görünür, qurumunun yenidən təşkil olunması B.Rzayevin yartımaz idarəçiliyi nəticəsində ortaya çıxan sözügedən mənzərədir. Şübhəsiz ki, şiddətli töhmət almış məmurun yenidən təşkil olunacaq qurumda yenidən etimad göstəriləcəyi sual atlındadır. Onun fəaliyyətinin hüquq mühafizə orqanlarının araşdırma prespektiv olması daha realdır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see230

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see124

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri