Icma.az
close
up
RU
Milyon illik SİRR: İlk insanlarla bağlı bütün nəzəriyyələr alt üst oldu

Milyon illik SİRR: İlk insanlarla bağlı bütün nəzəriyyələr alt üst oldu

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çində kəşf edilən milyon illik kəllə sümüyünün rəqəmsal rekonstruksiyasının insanların əvvəllər düşünüldüyündən yüz minlərlə il əvvəl meydana çıxdığını və bir yerdə mövcud olduğunu göstərir.

“Cebheinfo.az” bu barədə “CBS News”-a istinadən xəbər verir.

1990-cı ildə Hubey əyalətində kəşf edilən və Yunxian 2 adlandırılan kəllə sümüyünün uzun müddətdir ki, erkən insan əcdadı olan Homo erectusa aid olduğu düşünülürdü. 

Yeni bir araşdırma bu təsnifatın doğru olmadığını üzə çıxarıb, kəllənin Homo longi və hətta Homo sapiensə yaxın bacı nəslinə aid ola biləcəyini irəli sürür. Bu, ən yaxın əcdadımızın əvvəllər düşünüldüyündən 400000 il əvvəl meydana çıxa biləcəyini göstərir.

London Təbiət Tarixi Muzeyindən antropoloq Kris Strinqer  deyib: 

"Bu, bizim anlayışımızı çox dəyişir. Bir milyon il bundan əvvəl əldə edilən məlumatlara görə, əcdadlarımız artıq fərqli qruplara ayrılmışdılar ki, bu da insan təkamülündə daha erkən və daha mürəkkəb bir fərq olduğunu göstərir".

Təsdiq olunarsa, tapıntılar insan təkamülü ilə bağlı anlayışımızı kökündən dəyişə, müasir insanların, neandertalların və əlaqəli növlərin Asiyada yüz minlərlə il birlikdə mövcud olduğunu nümayiş etdirə bilər.

Alimlər ağır deformasiyalara baxmayaraq, kəllə sümüyünün rekonstruksiya edilməsi üçün ən müasir üsullardan - KT skaneri, strukturlaşdırılmış işıq modelləşdirməsi və rəqəmsal rekonstruksiyadan istifadə ediblər. Fudan Universitetinin professoru Xijun Ni qeyd edib ki, komanda modelləri dəfələrlə sınaqdan keçirib, çünki nəticələr demək olar ki, inanılmaz olub.

Tədqiqat göstərir ki, Yunxian 2 Homo longi ("Əjdaha Adam") və Homo sapiensin əcdadlarına yaxın olan nəslin erkən nümayəndəsidir. Yeni məlumatlar həm də müasir insanların yalnız Afrikada təkamül etdiyi barədə uzun müddətdir mövcud olan fərziyyəyə qarşı çıxır.

Avstraliya İnsan Təkamülü Mərkəzindən Maykl Petraqlia qeyd edir ki, insan miqrasiyası ilə təkamül arasında "bu çaşqınlığın" kəşfi Şərqi Asiyanın homininlərin inkişafında mümkün əsas rolunu vurğulayır. Yunxian 2 bir milyondan 300000 il əvvələ qədər olan dövrü aydınlaşdırmağa kömək edir. Kəllə göstərir ki, Homo sapiens, Neandertallar və bacı növlər bir yerdə yaşaya və hətta bir-birinə qarışa bilərdi.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: insanlar Çin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri