Icma.az
close
up
RU
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Fransanın məşhur kurort şəhərciyi Sen-Tropedə, təqribən 109 milyon dollar dəyərində olan dəbdəbəli Britaniya superyaxtasında genişmiqyaslı yanğın baş verib. Məlumata görə, alov fəlakəti həmin an onlarla digər yaxtanın dayandığı körpüyə yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə, dünyanın hər yerindən varlı və məşhur insanları cəlb edən, ən eksklüziv yaxta limanında baş verib. Yüksək mövsümdə həftəlik təxminən 94 min dollara icarəyə verilən yaxta, yuxarı hissədən başlayaraq tamamilə alova bürünüb, daha sonra isə yanğın aşağı göyərtələrə yayılıb. Ekipaj üzvü olduqları ehtimal edilən 24 və 35 yaşlarında iki nəfər xilas edilib, lakin onlar tüstüdən zəhərləniblər. Digər yaralananlar qeydə alınmayıb. Yanğının tam söndürülməsi isə yalnız bir neçə saat sonra mümkün olub.

Yanğının qarşısını almaq üçün operativ müdaxilə edilsə də, yanğınsöndürənlər müəyyən çətinliklərlə üzləşiblər. Alovun söndürülməsi zamanı ətrafdakı yaxtaların təxliyəsi həyata keçirilib və dənizin mümkün çirklənməsinin qarşısını almaq məqsədilə xüsusi maneələr qurulub. Hakimiyyət orqanları hələlik yanğının dəqiq səbəbini açıqlamayıb, araşdırma isə yeni başlayıb. Hadisə yüzlərlə turistin diqqətini cəlb edib — onlar baş verənləri maraqla izləyərək video və foto çəkiblər. Belə hallar bu elit bölgədə son dərəcə nadir baş verir.

Gəminin sahibi barədə hələlik heç bir rəsmi məlumat açıqlanmayıb. Yalnız o məlumdur ki, yanmış yaxta 1986-cı ildə Böyük Britaniyanın Kaus şəhərindəki gəmiqayırma zavodunda inşa edilib və həmin il suya buraxılıb. 2024-cü ildə tam təmir olunandan sonra yaxta hazırda Malta bayrağı altında üzür və öz sinfində ən dəbdəbəlilərdən biri sayılır. Gəminin daxilində şəxsi vanna otaqları olan beş kajuta mövcuddur və bu kajutalar ümumilikdə 10 sərnişin qəbul edə bilir. Səkkiz nəfərlik ekipaj isə qonaqların rahatlığı və təhlükəsizliyi üçün xidmət göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyul 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri