Milyonçuların sayı və sərvətləri tarixdə ən yüksək həddə çatıb
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Milyonçuların sayı və sərvətləri tarixdə ən yüksək həddə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFM TV "Capgemini" şirkətinin beynəlxalq araşdırmasına istinadən məlumat yayıb.
Bildirilir ki, milyonçuların sayı və sərvətləri əsasən səhmlərin qiymətlərinin yüksəlməsi və süni intellekt (AI) sahəsində yaranan maraq səbəbilə rekord həddə çatıb.
Gəliri bir milyon dollardan çox olan zəngin insanların sayı illik müqayisədə 2.6% artaraq, 2024-cü ildə 23.4 milyon nəfər olub.
Yüksək varidata malik şəxslərin sayı da 6.2% artıb. Onların ümumi sərvəti 90.5 trilyon ABŞ dolları təşkil edir ki, bu da ötən illə müqayisədə 4.2% çoxdur.
Ən yüksək artım ABŞ-də qeydə alınıb. Burada 562 min yeni milyonçunun ortaya çıxması ilə, ümumi say 7.9 milyona çatıb. Bu artım əsasən birja bazarındakı yüksəlişlə əlaqələndirilir.
Baxış sayı:75
Bu xəbər 05 İyun 2025 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















