Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Milyonların qazanıldığı teleserial iqtisadiyyatı: Necə işləyir?

Milyonların qazanıldığı teleserial iqtisadiyyatı: Necə işləyir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün dünya ölkələrinin iqtisadiyyatında kino çəkilişlərinin də xüsusi payı var.

Bir çox ölkələr bu sektordan yüksək gəlir əldə edirlər ki, həmin ölkələrdən biri də Türkiyədir. 

İxrac hədəfini 1 milyard dollara yüksəldən Türkiyədə serial sektoru həm baxış, həm də reklam payında öndədir.

“Cebheinfo.az” xəbər verir ki, Avropa, ABŞ, Rusiya, Uzaq Şərq və Latın Amerikası kimi bütün dünyada populyarlığı artan Türkiyənin yerli serialları beynəlxalq ticarətdə ildən-ilə daha böyük paya sahib olurlar. 

Bu, Türkiyə bazarını genişləndirsə də, bəzən amansız rəqabətə də səbəb olur. Televiziya serialları sənayesinin 2023-cü ildə ixrac gəlirinin təxminən 600 milyon dollara çatdığı təxmin edilir. Xidmət İxracatçıları Birliyinin fikrincə, 2024-cü il üçün ixrac rəqəmi 1 milyard dollardır. 

Hər il 50-60 yeni serial Türkiyədə hər il orta hesabla 50-60 yeni serial meydana çıxır. İstanbul Ticarət Palatasının 2022-ci ildə nəşr etdiyi “Türk Televiziya Serialları Mədəni Dəyişim və Sənayeləşmə Müddətində” başlıqlı hesabata görə, 1970-ci illərdə 10 ildə 35-40 serialla başlayan yerli serial istehsalı 1980 və 1990-cı illərdə təxminən 100 oldu. 

Televiziya Tamaşaçıları Araşdırmasına (TİAK) görə, 2023-cü ildə TV-də cəmi 115 serial yayımlanıb ki, onlardan 66-sı ilk dəfədir efirə gedib. İl ərzində 51 serial yayımını dayandırıb. Televiziyada ən çox baxılan proqram növü seriallar olsa da, seriallar ümumi izləyicilərin 26,5 faiz payını alıb. 

Ticarət naziri Ömər Bolat Türkiyənin 2000-ci illərdə mədəniyyət və əyləncə xidmətləri sektorundan 10 milyon dollarlıq ixrac gəliri olduğu halda, 2023-cü ildə bu rəqəmin təxminən 600 milyon dollara çatdığını açıqlayıb. 

Buna uyğun olaraq serial sektorunun ixrac gəlirləri 60 dəfə artıb.

Nazir Bolatın verdiyi məlumata görə, dünyada eyni vaxtda 800 milyon tamaşaçı türk istehsalına baxır. Xidmət İxracatçıları Assosiasiyasının təqdim etdiyi rəqəmlərə görə, yerli seriallar hər il təxminən 170 ölkəyə ixrac edilir. Bir epizod üçün orta qiymət 300.000 dollardır. 

Xaricdə populyarlıq nə vaxt artdı?

Türkiyədə yerli serial istehsalı 1974-cü ildə Halid Ziya Uşaklıgilin eyniadlı “Aşk-ı Memnu” filmi ilə başladı. İlk ixrac “Aşk-ı Memnu” serialı ilə oldu. TRT-də yayımlanan serial 1981-ci ildə Fransaya satılıb. 2000-ci illərin əvvəllərində türk seriallarının ixrac olunduğu ilk ölkələr Qazaxıstan və Azərbaycan kimi türk mədəniyyətinə yaxın ölkələr olub. Daha sonra Yaxın Şərqdə böyük bazar qazanan sektor Avropaya Balkanlardan daxil olub. 

“Deli Yürek”in Qazaxıstana, “Gümüş”ün isə Yaxın Şərqə satışından sonra, 2008-ci ildə “Min bir Gecə”nin Balkan ölkələrinə satılması sənayenin mərhələlərindən biri oldu. Bundan sonra Çiliyə də ixrac edilən serial Latın Amerikasında türk seriallarına marağın əsasını qoyub. 

“Min bir gecə” serialı ilə başlayan türk serialları, “Kanuni Sultan Süleyman”ı və Osmanlı tarixindən bəhs edən “Möhtəşəm Yüzyıl” serialı ilə geniş vüsət alıb. “Möhtəşəm Yüzyıl” indiyədək 100-dən çox ölkədə yayımlanıb. İstanbul Ticarət Palatası Türkiyənin dünyada ən sürətlə inkişaf edən televiziya drama sənayesinə malik olduğunu bildirir. Yerli seriallar Yaxın Şərq, Şərqi Avropa, Rusiya və Latın Amerikası ölkələrində də böyük diqqət çəkir. 

“The Economist”-in “Parrot Analytics” məlumat firmasına əsaslanan araşdırmasına görə, Türkiyə 2023-cü ildə ABŞ və Böyük Britaniyadan sonra dünyanın üçüncü ən böyük serial ixracatçısı oldu. 2020-2023-cü illər arasında türk seriallarına tələbat 184 faiz artıb. 

“Forbes Türkiyə”tərəfindən açıqlanan 2023-2024 mövsümündə ən çox ixrac olunanların prodüserlər siyahısına görə, mövsümün ən çox serialını istehsal edib ixrac edən ad “Yarğı”, “Şahanə Həyatım”, “Qəddar” kimi serialların prodüseri 45,2 milyon dollarlıq ixracatla “Ay Yapım” olub. Dörd serialı ilə (“Sakla Beni”, “Ömer”, “Yalı Çapkını”, “Çöp Adam”) 34,1 milyon dollarlıq ixracat əldə edən “OGM Pictures” ikinci, “Kuruluş Osman”, “Ateş Kuşları”, “Bir Sevdadır” serialı ilə cəmi 30,3 milyon dollarlıq ixracat əldə edən “Bozdağ Film isə üçüncü sırada yer alıb. 

Türkiyədə neçə baxış var? 

Radio Televiziya Üst Kurulunun (RTÜK) Media İstifadə Vərdişləri 2023 Araşdırmasına görə, Türkiyədə gündə orta hesabla 3 saat 54 dəqiqə televiziya izlənir. Televiziya daha çox prime time (qızıl saat) kimi tanınan saatlarda baxılır. Praym-taymda yayımlanan verilişlər arasında seriallar ön sıradadır. RTÜK-ün məlumatına görə, televiziya izləyicilərinin 65 faizi saat 18:00-20:59 arasında televizor qarşısında oturursa, bu nisbət 21:00-23:59 arasında 72 faizə çatır. Tamaşaçıların 37 faizi video paylaşma saytlarında televiziya proqramlarını izləyir. 

Nigar 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:477
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri