Milyonlarla insanı maraqlandıran sual Prezident müsbət anons verdi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə sosial rifahın gücləndirilməsi istiqamətində görülən işləri bir daha gündəmə gətirib. Dövlət başçısı sosial siyasətin əsas hədəfinin vətəndaş olduğunu vurğulayaraq son yeddi ildə maaş, pensiya və müavinətlərin mərhələli şəkildə artırıldığını, bu dövrdə həyata keçirilən beş sosial islahat paketinin isə 4 milyona yaxın insanın həyatına birbaşa təsir göstərdiyini bildirib.
Sitat: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Biz strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq”
Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasəti ardıcıl, məqsədyönlü və insan amilini önə çəkən dövlət strategiyası kimi dəyərləndirmək olar:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu, konkret qərarlar və real nəticələrlə öz təsdiqini tapır. İlk növbədə, minimum əməkhaqqının və minimum pensiyanın mərhələli şəkildə artırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır. Bu artımlar aztəminatlı ailələrin gündəlik həyatına birbaşa təsir edən sosial mexanizmdir. Xüsulə enerji və ərzaq qiymətlərinin artdığı bir dövrdə dövlətin bu sahədə məsuliyyətli mövqeyi sosial sabitliyin qorunmasına xidmət edir.
Son yeddi il ərzində həyata keçirilən beş sosial islahat paketi sosial siyasətin sistemli xarakter daşıdığını göstərir. Bu islahatlar maaş, pensiya və müavinət artımları ilə yanaşı, sosial ödənişlərin əhatə dairəsinin genişlənməsinə, sosial ədalətin gücləndirilməsinə və vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib”.
Aydın Hüseynov
Deputat bildirib ki, həyata keçirilən tədbirlərdən təxminən 4 milyon vətəndaş faydalanıb:
“Sosial siyasətin ən həssas və eyni zamanda ən vacib istiqamətlərindən biri şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısıdır. Şəhid ailələrinin və qazilərin mənzillə təmin olunması, müharibə əlillərinə avtomobillərin verilməsi, aylıq müavinətlərin artırılması və müxtəlif güzəştlərin tətbiqi dövlətin bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin bariz nümunəsidir. Bu yanaşma təkcə sosial dəstək deyil, həm də mənəvi dəyərin, dövlət-vətəndaş münasibətlərində etimadın ifadəsidir. Burada məqsəd maddi təminatla yanaşı, sosial həssas təbəqənin icəmiyyətə tam inteqrasiyasını təmin etməkdir.
Ümumilikdə, Azərbaycanın sosial siyasəti iqtisadi inkişafla sosial rifah arasında balansın qorunmasına əsaslanır. Dövlətin maliyyə imkanları artdıqca bu imkanların birbaşa vətəndaşların rifahına yönəldilməsi Prezident İlham Əliyevin sosial dövlət konsepsiyasının əsas mahiyyətini təşkil edir. Bu siyasət gələcək dövrdə də sosial sabitliyin, ictimai həmrəyliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri olacaq”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 08 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















