Icma.az
close
up
RU
Piylənmə milyonlarla insanı bu vəziyyətə salıb

Piylənmə milyonlarla insanı bu vəziyyətə salıb

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Əgər 20-30 il əvvəl piylənmə problemi sadəcə sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmədən və artıq çəkidən əziyyət çəkənlərin sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta çox vaxt ürək-damar sistemi və onkoloji xəstəlikləri həmin problemlə əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran qlobal problemlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada artıq çəkidən əziyyət çəkən 1 milyarddan çox insan var və 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir.

Piylənmə əlilliyə, hətta erkən ölümə səbəb ola bilir

News24.az mütəxəssislərin təhlili əsasında piylənmə probleminin meydanaçıxma səbəbləri, onunla mübarizə yolları istiqamətində araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Günel Fətəliyeva piylənmənin hazırda sosial statusdan, peşədən, yaşdan və cinsdən asılı olmayaraq milyonlarla insanı əhatə edən qlobal epidemiya olduğunu bildirib: “Həmin xəstəlik dərialtına, orqanlar və toxumalara piy kütləsinin toplanması, bədən çəkisinin artması ilə xarakterizə olunur. Piylənmə bir çox xəstəliklərə tutulma riskini artırır, daha erkən ağırlaşmalara, əlilliyə və hətta erkən ölümə səbəb ola bilir. Əsasən, bununla bağlı müraciət edən xəstələrdə şəkərli diabet, arterial hipertoniya, ürək çatışmazlığı, miokard infarktı, qaraciyər, onurğa-oynaq xəstəlikləri kimi ciddi sağlamlıq problemləri müşahidə olunur. Lakin bilmək lazımdır ki, hər normadan artıq çəki piylənmə demək deyil. Xəstəliyi aşkarlamaq üçün mütəxəssislər müəyyən üsullardan istifadə edirlər”.

G.Fətəliyeva piylənmənin yaranma səbəblərindən danışıb: “Oturaq həyat tərzi, genetik meyllik, qeyri-sağlam qidalanma, psixoloji problemlər, stres, bəzi dərmanların qəbulu piylənmənin yaranma səbəblərinə daxildir. Xəstəliklə bağlı müraciət edən pasiyentlərə dəqiq diaqnozdan sonra müalicənin istiqaməti müəyyən edilir. Davamlı və sağlam pəhriz, fiziki aktivlik müalicənin əsas şərtləridir. Lakin son dövrlər, xüsusilə, gənclər və yeniyetmələr arasında stres, depressiya kimi psixoloji problemlərin artması səbəbindən psixoterapiyaya da ehtiyac yaranıb”.

Azərbaycan əhalisinin 20-25 faizi piylənmədən əziyyət çəkir

Həkim-endokrinoloq Elza Əsgərova isə hazırda Azərbaycan əhalisinin 20-25 faizinin piylənmədən əziyyət çəkdiyini deyib: “Bəzən həkim göstərişi ilə iştahakəsici preparatlar istifadə olunur. Lakin bu yalnız müayinələrdən keçdikdən sonra, xəstədə dərmana qarşı əks göstəriş yoxdursa, icazə verilir. Ağır formada olan xəstələrə isə mədəkiçiltmə və ya mədə daxili balonun yerləşdirilməsi kimi cərrahi əməliyyatlar məsləhət görülür. Müalicə zamanı hormonal dəyişiklik müşahidə olunarsa, həmin pasiyentin müalicə metodu dəyişdirilir”.

Endokrinoloq uşaqlarda piylənmənin yaranma səbəbləri haqda danışıb: “Oturaq həyat tərzi, fastfud qidalar, qazlı-şirin içkilərin istehlakı, hormonal problemlər, planşet, telefon və televizora normadan artıq baxmaq uşaqlarda piylənməni yaradan əsas səbəblərdir. Xüsusilə, şəhər və bina evlərində yaşayan, küçəyə çıxmayan uşaqlar piylənməyə daha meylli olurlar. Onlara dərman müalicəsi, əsasən, hormonal problemlər müşahidə edildikdə yazılır. Lakin, ümumiyyətlə, uşaqlarda piylənmə xəstəliyi səbəbindən dərman istifadəsi məqsədəuyğun deyil. Onlar üçün pəhriz və idman müalicənin ilkin üsuludur”.

Piylənmənin müalicəsində pəhriz ilə yanaşı, fiziki və psixoterapevtik metodlar da istifadə olunur

Həkim-terapevt Vəfa Hüseynova bədən kütləsi indeksinin (BKİ) hesablama qaydası barədə məlumat verərək bunun xəstəyə piylənmə diaqnozu qoymaq üçün əsas şərt olduğunu qeyd edib: “BKİ bir insanın çəkisinin onun boyunun kvadratına bölməklə əldə edilən ölçüdür, əgər indeks 25 kiloqram/kvadratmetr ilə 30 kiloqram/kvadratmetr arası və daha yuxarı olarsa, bu, piylənmə sayılır. Xəstənin müalicəsi üçün pəhriz terapiya ilə yanaşı fiziki və psixoterapevtik müalicə metodları da təyin edilir. Bundan əlavə, piylənməsi olan pasiyentlərdə qanda qlükozanın miqdarının nəzərə alınması vacibdir. Xüsusilə, onlarda susuzluq, ağızda quruluq şikayətləri varsa, göstərişlərə uyğun olaraq qlükozaya tolerantlıq testi aparılır”.

Qeyd edək ki, ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir.\\azərtac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri