Milyonlarla rublu Azərbaycana qanunsuz keçirmək istədilər FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqə İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 rus rublu (170 000 manat) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


