Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Milyonluq tenderlər udan Auto Azerbaijan niyə hesabat vermir? ARAŞDIRMA

Milyonluq tenderlər udan Auto Azerbaijan niyə hesabat vermir? ARAŞDIRMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Dövlət satınalmaları sahəsində şəffaflıq və korporativ hesabatlılıq məsələsi hər zaman aktualdır. Xüsusilə də milyonlarla manatlıq büdcə vəsaitlərinin idarə olunduğu tenderlərdə qalib gələn şirkətlərin ictimaiyyətə açıqlığı vacib şərtdir. Lakin görünən odur ki, bəzən şirkətlər bu tələbə əməl etməyə meylli olmurlar. Məsələn "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ölkənin avtomobil bazarında ən böyük oyunçulardan biridir və dövlət satınalmalarında mütəmadi olaraq iştirak edir. Şirkət əsasən bir neçə aktual markanın rəsmi distribütoru olduğu üçün dövlət qurumlarının avtoparkının yenilənməsi və texniki xidmət tenderlərində tez-tez qalib gəlir.

Avtosfer.az "Afn.az"a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında bu gün açıqlanan məlumata görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin minik avtomobillərinin satınalınması üzrə keçirdiyi son tenderin qalibi "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bu qalibiyyət bir daha diqqəti ölkənin avtomobil bazarındakı bu nəhəng, lakin bir o qədər də qapalı oyunçuya yönəldir. Araşdırmalarımız göstərir ki, "Auto Azərbaycan" MMC dövlət qurumlarının ən sadiq tədarükçüsünə çevrilsə də, onun fəaliyyəti haqqında ictimaiyyətə açıqlanan rəsmi məlumatlar yox səviyyəsindədir.

Qaranlıq qalan milyonlar: Tender statistikası

Dövlət büdcəsindən, yəni hər bir vergi ödəyicisinin pulundan ayrılan milyonların hara və necə xərcləndiyi hər bir vətəndaş üçün maraqlı olmalıdır. "Auto Azərbaycan"ın son illərdəki tender portfeli isə heyrətamizdir. FHN ilə bağlanan bugünkü son müqavilədə 7 ədəd sedan tipli avtomobil üçün 471 400 manatlıq anlaşma imzalanıb. Bundan başqa, 2024-cü ilin sonunda TƏBİB-in avtoparkı üçün 262 000 manat, Su Ehtiyatları Agentliyi üçün 193 775 manat, hətta rayon icra hakimiyyətlərinin lüks avtomobil tələbatı – məsələn, İsmayıllı RİH üçün 57 800 manatlıq "Hyundai Sonata" – məhz bu şirkət tərəfindən təmin edilib.

Şirkətin Daxili İşlər Nazirliyi və prokurorluq orqanları ilə bağladığı illik servis müqavilərini də bura əlavə etdikdə, ümumi məlbəğin bir neçə milyon manatı ötdüyü aydın olur. Lakin bu qədər iri vəsait dövriyyəsinə rəğmən, "Auto Azərbaycan" MMC-nin maliyyə hesabatlarını, ödədiyi vergilərin illik miqdarını və ya mənfəət göstəricilərini açıq mənbələrdə tapmaq qeyri-mümkündür. Bu cür "sükut" strategiyası korporativ şəffaflıq prinsiplərinə tamamilə ziddir və sual doğurur: Şirkət nəyi gizlədir?

Distribütorluq monopoliyası və iqtisadi asılılıq

"Auto Azərbaycan"ın tenderlərdəki sarsılmaz mövqeyi onun "Hyundai", "Jeep", "Chrysler" və "Dodge" kimi dünya nəhənglərinin rəsmi eksklüziv distribütoru olması ilə sıx bağlıdır. İqtisadi baxımdan bu, şirkətə "təbii monopoliya" üstünlüyü verir. Dövlət qurumları balanslarındakı avtomobillərin rəsmi servisdə qulluq olunmasını tələb etdikdə, rəqabət mühiti sıfıra enir və bütün yollar "Auto Azərbaycan"a çıxır. Bu cür asılılıq büdcə vəsaitləri üçün riskli ola bilər; rəqabətin olmadığı yerdə qiymət diktəsi və ya xidmət keyfiyyətinin aşağı düşməsi qaçılmazdır.

"NAB Holdinq"in tərkibinə daxil olan bu şirkət 1996-cı ildən fəaliyyət göstərsə də, hələ də ictimai hesabatlılıq mədəniyyətini formalaşdırmayıb. Mərkəzi Bank və Gömrük Komitəsi tərəfindən vaxtaşırı olaraq valyuta tənzimi və idxal qaydalarının pozulmasına görə cərimələnməsi isə göstərir ki, daxili nəzarət sistemində də problemlər mövcuddur. Nəticə etibarı ilə, dövlətin milyonlarla manatını idarə edən bir şirkətin "qapalı qutu" qalması həm iqtisadi rəqabətə zərbə vurur, həm də dövlət satınalmalarının şəffaflığına dair ciddi şübhələr yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Aprel 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri