Icma.az
close
up
RU
Bir ildə 67 milyonluq tender udan “lal” deputat ARAŞDIRMA

Bir ildə 67 milyonluq tender udan “lal” deputat ARAŞDIRMA

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar Azərbaycanda tenderləri udan iri şirkətlərin əksəriyyətinin arxasından ya bir məmur, ya da deputat çıxır. Bu sırada öncül yerlərdən birini tutan şirkət isə “AzəriMed”dir. Tribunainfo.az həmin şirkət, onun gerçək sahibi və digər məsələlərlə bağlı araşdırma aparıb.

67 milyonluq tenderləri udan “əjdaha”

“Azəri Med” QSC-ni “tender əjdahsı” saymaq olar. Çünki ölkədə ən çox tender udan, üstəlik, bahalı müsabiqələrin qalibi olub. O ayrı məsələdir ki, şirkət buna necə nail olub.

Fakt odur ki, sözegedən şirkət təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçidiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub. Belə ki, “Azəri Med”in ən böyük tenderinin məbləği 30 milyon manat təşkil edib. Həmin tender Milli Onkologiya Mərkəzinin keçirdiyi müsabiqə olub. Müsabiqəyə əsasən “Azəri Med” kimyəvi reaktorlar, avadanlıqlar və digər vasitələr alıb.

Bundan başqa, şirkətin milyonluq tenderlərin qalibi olması faktı isə açıq mənbələrdə də qeyd olunub. Sonuncu belə “əməliyyatlardan” biri isə Naxçıvanda baş tutub. Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin 1 milyonluq tenderinin qalibi olub.

“Azəri Med”in əsl sahibi kimdir?

Tribunainfo.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında, “Azəri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındəğə qeyd edilib. Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Lakin araşdırma zamanı bəlli olub ki, Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib. Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Daha doğrusu, onun əmisi uşaqları olduğu vurğulanır.

Bundan başqa, 2020-ci ilədək “Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Mediada gedən məlumatlara görə, bu ünvanda deputat Kamaləddin Qafarov da qeydiyyatdadır.

Təbii ki, “əl dəyişdirmə”, yəni əmioğlanlarının adını çıxarıb, başqa birini qanunu təmsilçi təyin etmək izi itirmək məqsədi daşıyıb.

MOM-un tenderlərinin “qənimi”

Nəzərinizə çatdıraq ki, deputat Kəmaləddin Qafarov təkcə deputat deyil, həm də Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Elə Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərin əsas qalibinin “Azəri Med”in olması da bu işlərdə Qafarovun əlinin olması şübhələrini artırır.

Nəzərinizə çatdıraq ki, Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib.

Yuxarıda qeyd edtdiyimiz kimi, Qafarovun olduğu bildirilən şirkət MOM-un 30 milyonluq tenderini birdəfəyə qazanıb. Bunun da səsbsiz yerə olması inandırıcı deyil.

Deputatın daha hansı şirkətləri var?

Bundan başqa, mediada gedən məlumatlardan aydın olur ki, Kamaləddin Qafarovun biznesi “Azəri Med” QSC ilə məhdudlaşmır. “AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospaital” və “Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, “Shafran”ın da qanuni təmsilçisi deputatın əmisi oğlu Hüsaməddin Qafarovdur.

Xaricə uzanan biznes

Tribunainfo.az bildirir ki, açıq mənbələrdə Kəmaləddin Qafarovun biznesinin təkcə Azərbaycanda deyil, onun hüdudularından kənara çıxdığına dair də çoxlu məlumatlar var. Xüsusən də onun şirkətlərinin Gürcüstanda yayğın şəkildə fəaliyyət göstərdiyi bildirilir.

Bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli daha detallı məlumat paylaşıb.

Qanunu pozan millət vəkili

Qeyd edək ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Lakin görünən odur ki, bəzi deputatlar üçün qanun vacib deyil. Əks təqdirdə, nə Qafarov, nə də onun kimi daha bir neçə deputat açıq şəkildə bizneslə məşğul olmazdı.

Digər tərəfdən, Kəmaləddin Qafarov qanunverici orqanın təmsilçisidir. Onun qanunlara hörmət etməsi digərlərindən daha çox lazımdır. Bu, həm məsuliyyət, həm də millət vəkili kimi onun borcudur.

Amma məlum olan odur ki, Qafarov qanunu pozanların sırasında ən öndə gedənlərdən biridir.

Qafarov “Lal derutat” ləqəbini niyə qazanıb?

Maraqlı məqamlardan biri də odur ki, Kəmaləddin Qafarov elə dərin istedada və ya güclü siyasi fəaliyyətə malik deyil. Bunu onun iki dəfə seçildiyi deputatlığı zamanı fəaliyyətsizliyi də təsdiq edir. Elə bu səbəbdəndir ki, əksəriyyət Qafarovu “lal deputat” kimi səciyyələndirir.

İkinci maraqlı məsələ odur ki, Kəmaləddin Qafarov ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən və strateji məqsəd daşıyan mövzular barədə də danışmır. Məsələn, AZAL təyyarəsinin terror məruz qalması, dövlət başçısının bununla bağlı əhatəli açıqlama verməsi və fikirlər səsələndirməsi də deputatı silkələməyib. Həmçinin İranda Azərbaycana qarşı təxribat tədbiri barədə də Qafarovun səsi belə çıxmayıb.

Bəzilərində belə bir təsəvvür yaranıb ki, Kəmaləddin Qafarov kimi deputatlar məhz bizneslərini qorumaq üçün mandat almağa çalışıblar. Bu fikirdə olanlar hesab edirlər ki, Qafarov və onun kimilərin missiyası dövlət və onun maraqları deyil, öz biznesləridir. Arqumentləri isə budur ki, ölkə üçün mühüm əhəmiyyət daşıyan hadisələrdə belə susan mandat sahibinə başqa cür yanaşmaq mümkün deyil.

Hərçənd onun başlıca vəzifəsi biznes deyil, dövlətin maraqlarını qorumaqdır ki, Qafarov baş verən mühüm əhəmiyyət daşıyan mövzularda mütləq danışmalıydı. Ağzına su alaraq oturmaq, heç bir hadisəyə münasibət bildirməmək isə deputatlıq deyil, daha çox hadisələrə biganəlik, əhəmiyyət verməmə və ya vecinə almamaqdır.

Meyvə-tərəvəzçilikdən maliyyəçiliyə qədər

Bildirək ki, Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurduqdan sonra, həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub. 1997-ci ildə isə universitetin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.

Rəsmi qaynaqlarda onun ikinci təhsil aldığı da qeyd edilib. Vurğulanır ki, deputat ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.

Iki ali təhsili olan adamın parlamentdə danışmaması qəribə görünə bilər. Deyək ki, Qafarov maliyyə və kredit sahəsində ikinci təhsil alsa da, biliklərini yetərli qədər əxz etməyib. Bəs, meyvə-tərəvəzçilik və üzümçülük? Heç olmasa, bu adam parlamentdə meyvə və tərəvəzdən, üzümdən, bu sahələrin inkişafından danışsın. Deputat olaraq bir yol göstərsin, təşəbbüslə çıxış etsin, hadisələrə qarışsın. Lakin bunların heç biri nə baş verir, nə də müşahidə olunur. Kəmaləddin Qafarov “lal”lıqdan əl çəkməyəcək kimi görünür.

Tamam, deyək ki, bu mövzularda da fikir bildirmək istəmir. Heç olmasa seçildiyi dairənin seçicilərinin problemlərindən danışsın, onların məsələlərini qaldırsın ki, görsünlən, belə bir deputat var. Axı, adam bunu da etmir?

Bir sözlə, seçicisinin dərdini danışmayan, onun problemlərini qabartmayan, müzakirəyə çıxarmayan, dövlət üçün mühüm hadisələr baş verdiyi halda ağzına su alıb susan, strateji məsələlərə reaksiya verməyən birinin parlamentdə nə işi var? Məgər Milli Məclis “lallar yığıncağı”dır? Parlament danışmaq, müzakirə etmək, təşəbbüslərlə çıxış etmək, ölkənin gələcəyi üçün qanunlar qəbul etmək üçündür. Daha Kəmaləddin Qafarov kimi, “lal deputat” olmaq üçün yox.

Bu imkan niyə yaradılır?

Bütün bunların fonunda üçüncü bir maraqlı məqam daha var. Məsələ odur ki, “lal”, heç bir işə yaramayan, parlamentdə boş yerə yer tutan, bir sözlə “xeyrə-şərə” yaramayan Kəmaləddin Qafarova niyə belə geniş imkanlar yaradılıb? Bəlkə o fenomenal biznes istedadına malikdir? Əgər elədirsə, o zaman mandatını təhvil verib, bizneslə məşğul olsun.

Amma əminliklə qeyd edirik ki, sabah Qafarovun mandatı əlindən alınsa və özünü də MOM-dan çıxarsalar, yaratdığı şirkətlərdən heç biri uğur qazana bilməz. Ən yaxşı halda bir ildən sonra hamısı müflis olar. Elə Kəmaləddin Qafarov özü də bunu yaxşı bildiyindən mandatdan ikiəlli yapışıb.

Yazıda adları keçən şəxslərin, şirkətlərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri