Icma.az
close
up
RU
Min dərdin dərmanıdır: Həkim tövsiyəsi idi, ayda 130 ton istehsal edir

Min dərdin dərmanıdır: Həkim tövsiyəsi idi, ayda 130 ton istehsal edir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İlik suyu

 Türk milli mətbəxinin bir zamanlar vazkeçilməzi sayılan ilik suyu (bulyonu) təəssüf ki, müasir dövrdə çox da bəyənilmir, istifadəsi azalıb. Nənə-babalarımızın “can dərmanı” dediyi ilik suyu, əslində, orqanizmin güclənməsi və bir çox ağır fəsadlara səbəb olan xəstəliklərin dərmanıdır. Türkiyəli iş qadını Bahar Şamhili Tanju ilik suyu istehsalı və satışı ilə məşğuldur. Bu işə başlamasınınsa səbəbi özəldir.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən Bahar Tanjunun həyat hekayəsini təqdim edir. Bahar Tanju reklamçılıq üzrə ali təhsil alıb, müxtəlif şirkətlərdə çalışıb. İşinə davam edərkən həkimlərin osteoporoz diaqnozu qoymasıyla hər şey dəyişib. Həkimlər ona dərmanlardan əlavə, sümükləri, oynaqları bərkitmək və birləşdirici toxumanı gücləndirmək üçün sümük suyu və içalat şorbalarından istifadə etməyi tövsiyə ediblər və bu, onu tamam başqa səmtə yönəldib. Bahar mətbəxə keçib müntəzəm olaraq sümük iliyi, toyuq və balıq bulyonları hazırlamağa başlayıb. Müntəzəm istehlakla immunitet sisteminin gücləndiyini və enerjisinin artdığını görüb. Bundan əlavə, o, sağlam şəkildə arıqlayıb, dərisi və saçları nəzərəçarpacaq dərəcədə canlanıb və parlaq olub. Sağlığındakı müsbət dönüş ona iş həyatında da yeni bir yol açıb. Sümük iliyi bulyonunu düzgün hazırlamaq çox zəhmətli və vaxt aparan bir işdir. Evdə hazırlaya bilməyəndə hazır məhsul almaq istəyib. Amma görüb ki, bazarda evdə hazırladığı qədər təbii, təzə və “soyuq qida zənciri”ndə belə məhsul satılmır. Bu təcrübə gənc qadını sahibkarlığa yönləndirib. Bahar Şamhili Tanju da onun sağalmasına kömək edən və yeməklərinə özünəməxsus ləzzət qatan ən təbii formada ilik suyunu hər kəsin xeyrinə istehsal etmək qərarına gəlib. 

Bu yola qədəm qoyarkən sahibkar təkcə ənənəvi reseptlərlə deyil, həm də elmi məlumatlarla dəstəklənən istehsal modelini inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Beləliklə, ilik sümüyü bulyonunun qida dəyərini qorumaq və sağlamlığa təsirini araşdırmaq üçün universitetlərlə əməkdaşlığa başlayıb. Akademiklər, mütəxəssis dietoloqlar və qida mühəndisləri ilə birlikdə aparılan AR-GE prosesləri nəticəsində bişirmə texnikası, qida komponentləri və onların funksional qida kimi qiymətləndirilməsi ilə bağlı hərtərəfli araşdırmalar aparılıb. O, həmçinin ləzzətlə bağlı qida akademiyaları ilə işləyib.  2,5 ay ərzində o, lazımi xammal tapmaq üçün Türkiyənin demək olar ki, bütün təsərrüfatlarını gəzib. Antibiotiklər, hormonlar və ya GMO olmadan idarə olunan və davamlı istehsal edən heyvandarlıq təsərrüfatları ilə əməkdaşlıq edib. B.Tanju "Bu araşdırmalar nəticəsində sümük iliyi bulyonlarımızın qida dəyərini ən yüksək səviyyədə qoruyacaq xüsusi bir istehsal üsulu inkişaf etdirdik. Məhsullarımızı benmari üsulu ilə hazırlayır və onların tərkibində olan kollagen, amin turşuları, minerallar və onların tərkibində olan hər hansı qidalandırıcı maddələri heç bir irin qatqısı olmadan qoruyuruq. Saf kollagen və bütün yağlarını çıxardığımız zülal qaynağı olan toyuq və balıq bulyonu həm sərinləşdirici içkisi, həm dadı, həm də yeməklərə qatdığı dərin dadı ilə çay kimi istehlak edilə bilər. Elmi infrastruktura əsaslanan modellə Türkiyənin ilk təzə və soyuq qida zəncirli sümük iliyi bulyonunu istehsal edərək bazarda yeni bir kateqoriya yaratdıq”, deyir. Bu yenilikçi yanaşma Türkiyənin ən etibarlı market şəbəkələrinin diqqətini çəkib və məhsullar tez bir zamanda rəflərdə yerini alıb. B.Tanju ənənəvi kulinariya dəyərlərini elmi araşdırmalarla dəstəkləyərək, ilik sümüyü bulyonunu yenidən mətbəxlərə gətirməyə nail olub. “7 ildən sonra ayda 130 ton məhsuldarlığa çatdıq. Məhsullarımız milli bazar sektorunda 15 mindən çox nöqtədə istehlakçılara çatır. Biz həmçinin məhsullarımızı bütün rəqəmsal marketlər və internet saytımız vasitəsilə Türkiyənin hər yerinə təhlükəsiz şəkildə çatdırırıq”, deyən B.Tanju qeyd edib ki, keyfiyyət yönümlü istehsal yanaşması ilə fəaliyyət göstərən fabrikdə 40 nəfər işçi çalışır. Gələcəkdə qlobal bazara açılmağı və məhsullarını qlobal miqyasa daşımağı hədəfləyirlər. Məqsəd beynəlxalq bazara çıxmaq və yeni nəsil sağlam qida məhsullarının istehsalını inkişaf etdirməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:375
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri